Zəngəzur dəhlizi ilə bağlı böyük anlaşma: Kreml kənarda qalır - İLGİNC GƏLİŞMƏ
Horadiz-Meğri-Arazdəyən-Culfa dəmir yolunun açılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında bütün texniki məsələlər razılaşdırılıb.

Ancaq Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini təmin edəcək dəmir yolunun bərpasına münasibətdə siyasi maneələr qalmaqdadır.

Əslində, problemin Azərbaycanla əlaqəsi yoxdur. Rusiya və Ermənistan arasında mövcud olan fikir ayrılığı iki ölkə arasında gərginliyə səbəb olub. Nikol Paşinyan hakimiyyəti Zəngəzur dəhlizini Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə adlandırmaqla kommunikasiyaların təhlükəsizliyinin Rusiya tərəfindən mühafizəsinə etiraz edir.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bununla bağlı mətbuata açıqlamasında dəmir yolunun blokdan açılmasının detallarının müzakirə edildiyini bildirsə də, Rusiyanın təhlükəsizliyin təmin olunmasında iştirakını yolverilməz hesab edib:

“9 noyabr (2020)-ci il tarixli Bəyanatda və Rusiya Prezidentinin imzaladığı sonrakı fərmanda konkret olaraq nəzarətdən yox, daha çox Rusiya FTX-nin həyata keçirməli olduğu monitorinq funksiyasından danışılır”.

Zəngəzurdan keçən yola sonda kimin nəzarət edəcəyinə dair suala cavabında Kostanyan deyib ki, 9 noyabr Bəyanatında nəzarətin Rusiya tərəfindən həyata keçirilməli olduğu açıq şəkildə göstərilib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə bildirib ki, yolların bağlanması ilə bağlı əsas fikir ayrılığı bu marşrutlardan istifadə edəcək insanların təhlükəsizliyini kimin təmin etməsi ilə bağlıdır.

“Dəmir yolu bu il istismara verilə bilərmi” sualına xarici işlər nazirinin müavini belə cavab verib:

“Ermənistan xüsusilə dəmir yolu məsələsində blokun açılması prosesini irəliyə aparmaqda maraqlıdır və hazırdır. Suverenlik və yurisdiksiya prinsipləri ilə bağlı razılıq əldə edildikdən sonra biz irəliləməyə hazırıq”.

Xarici işlər nazirinin müavini bir daha vurğulayıb ki, təhlükəsilik də daxil olmaqla blokun açılmasının bütün detallarının Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində baş verməsi erməni tərəfi üçün vacibdir.

Qeyd edək ki, Baş nazir müavinlərinin son üçtərəfli görüşündən sonra rəsmi İrəvan bəyan edib ki, blokun açılacağı təqdirdə Ermənistan ərazisində sərhəd xidməti Ermənistan tərəfindən həyata keçirilməlidir.

Xatırladaq ki, 10 noyabr Bəyanatının 9-cu bəndinə görə, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.
Lakin indi Ermənistanın mövqeyində dəyişiklik müşahidə olunur və Paşinyan hökuməti Rusiya qoşunları tərəfindən həyata keçirlməli olan nəzarət funksiyasını monitorinq kimi qəbul edir.

Təhlükəsizliyin isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edilməsini istəyir. Yəni Ermənistan təhlükəsizliyə zəmanaət verilməsi üçün dəmir yolunun mühafizəsinin öz qoşunları tərəfindən təmin olunmasında israr edir. Bu məsələnin Rusiyaya həvalə edilməsini Ermənistanın suverenliyinə və təhdid kimi qiymətləndirir. Ancaq Rusiya təhlükəsizliyin təminatını öz üzərinə götürmədən nəzarəti həyata keçirməyi qeyri-mümkün sayır.

Moskva dəmir yolunun keçdiyi ərazi üzərində Ermənistanın suverenliyini tanıdığını və orada Ermənistan qanunvericiliyinin tətbiq olunacağını bəyan etsə də. rəsmi İərvan bu vədlərə inanmır.

DİA.AZ-ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, 10 noyabr Bəyanatına əsasən, Zəngəzur dəhlizində təhlükəsizlik funksiyasını Rusiya həyata keçirməlidir:

“Həmin vaxt proseslər inkişaf istiqamətindən asılı olaraq, Ermənistan buna etiraz edə bilmədi. Rusiya nəqliyyat yolları üzərində öz geosiyasi mövqeyini qoruyub saxlamağa çalışdı. İndi isə Ermənistan Rusiyanın Zəngəzur dəmir yolu üzərində təhlükəsizliyi təmin etməsinə qarşı çıxır.

Bu, Nikol Paşinyanın anti-Rusiya siyasətinin tərkib hissədir. Onlar Ermənistanın müstəqilliyinin sual altında olduğunu qeyd edirlər. Halbuki Ermənistanın sərhədlərini Rusiya mühafizə edir. Ola bilsin ki, Ermənistan sərhədlərini Rusiyanın mühafizə etməsini istəməyən Qərb Paşinyana belə bir təlimat verib.

Ümumiyyətlə, monitorinq mülki missiyadır və Rusiyanın geosiyasi mövqeyinin güclənməsinə xidmət etmir. Dəmir yolunun mühafizəsi ilə bağlı yaranmış problem Ermənistanla Rusiya arasında olan daxili məsələdir. Azərbaycan bu məsələy qarışmır. Amma Rusiyanın Cənubi Qafqazdan getməsi Azərbaycanın maraqlarına uyğundur.

Azərbaycan da Zəngəzur dəmir yolunda Rusiya qoşunlarının olmasını qəbul etmir və Ermənistan kimi bu məsələni rəsmən qaldırmır. Çünki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmır. Yəqin ki, Rusiya və Ermənistan arasında bu mübahisə və gərginlik davam edəcək.

Hesab edirəm ki, Ermənistan tərəfi Rusiyaya qəti şəkildə güzəştə getməyəcək. Ermənistan özü vəziyyətə nəzarəti əlində saxlayacaq. Bu yolun geosiyasi layihə olduğunu nəzərə alsaq, Türkiyə də təhlükəsizlik funksiyasını Rusiyanın həyata keçirməsini istəmir. Pərdəarxası söhbətlərdə Rusiyanın bu yola nəzarət etməməli olduğuna dair fikirlər var. Dəmir yolu Ermənistan ərazisindən keçdiyi üçün rəsmi İrəvan buna icazə verməməlidir”.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti