Mingəçevir şəhəri M. Füzuli küçəsi ev 6 ünvanında yaşayan sakinlər 12 ildir yaşayış binasının altıda yerləşən və kafe kimi fəaliyyət göstərən obyekt sahiblərindən şikayətçidilər. Yeniavaz.com xəbər verir ki, bina sakinləri 12 ildir bu barədə qapısını döymədikləri məmur qapısının qalmadığını deyirlər. “İndi ona görə mətbuata üz tutmuşuq. Bəlkə problemimiz işıqlansa öz həllini tapar”, - deyə, sakinlər bildirib. Sakinlərin sözlərinə görə, bu kafenin fəaliyyəti axşam saat 5-6 radələrindən səhər saat 6 radələrinə qədər davam edir: “Bu insanlar bu kafedən ancaq əxlaqsızlıq yuvası kimi istifadə edirlər. Səs-küyləri bina sakinlərini narahat edir”. Bina sakinlərindən Abbasov Yaşar, Mustafayeva Arzu, Novruzova Şamaxı və digər sakinlər bildirir ki, səhərə qədər yata bilmirlər. Dəfələrlə kafenin sahibinə desələr də heç bir nəticə əldə olunmayıb. Sakinlər aidiyyəti qurumlardan kömək istəyir. Ətraflı məlumat aşağıdakı videoda: