Ardını oxu...
“Ukrayna ordusu atəş gücü çatışmazlığı ilə üzləşib”.

Jamaz.info xəbər verir ki, bunu “The Times”ın köşə yazarı Ketrin Filp öz məqaləsində qeyd edib.

“Qərb əlavə silah tələbinə cavab verməsə, Kiyev öz hava məkanına nəzarəti itirmək riski ilə üzləşir”, – o yazıb.

Filpin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində zenit sursatlarının olmaması o qədər kəskindir ki, Ukrayna gələn ayın əvvəlində səmaya nəzarəti itirə bilər. Eyni zamanda müəllif Pentaqonun şəbəkəyə sızan məxfi sənədlərinə istinad edib.

Məqalədə həmçinin bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun PUA-ları ilə necə davranmağı öyrənib və bu, onların istifadəsini təhlükə altına qoyur. Filp qeyd edir ki, bu, sonda Ukrayna artilleriyasını hədəfə almaqda çətinliklərə gətirib çıxaracaq və daha çox mərmi istifadəsini tələb edəcək ki, bu da məhduddur.
Ardını oxu...
Britaniya Müdafiə Nazirliyinin bazar günü Twitter hesabında paylaşdığı son kəşfiyyat məlumatına əsasən, Rusiya Ukraynaya qarşı hücumunda döyüşmək üçün “həqiqi kişiləri” cəlb etmək haqda düşünür.

Nazirlik bildirib ki, reklam lövhələrində, televiziyada və sosial şəbəkələrdə yayımlanan yeni kampaniyada Rusiya ordusuna yazılmağın pul mükafatları vurğulanır, lakin buna baxmayaraq, Rusiyanın 400 min könüllü cəlb etmək hədəfinə çatması “böyük ehtimalla” mümkün deyil.

Bu arada, Ukrayna “Rusiya təcavüzünü dəstəkləyən və ya ona sərmayə qoyan” fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar elan edib. Ukrayna prezidenti Volodimir Zelenski şənbə videomüraciətində bildirib ki, Kyiv Ukraynaya qarşı Rusiya ordusu üçün silah və hərbi komponentlər istehsal edən 322 şirkətə qarşı sanksiya tətbiq edib.

Zelenski əlavə edib ki, Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən fiziki və hüquqi şəxslərə qarşı əlavə sanksiyalar tətbiq edilib.

“Məqsəd Rusiyanın sanksiyalardan yan keçməsi üçün istənilən fürsəti aradan qaldırmaqdır” - deyə, o bildirib: “Rusiyanın müharibə iqtisadiyyatına qarşı sanksiyalar nə qədər sərt olarsa, təcavüzün sonu bir o qədər tez olar”.

Hələlik Qərbin Rusiyaya qarşı sanksiyaları rusiyalı milyarderlərinin sərvətinə mənfi təsir göstərməyib.

Forbes-un nəşr etdiyi dünya milyarderlər siyahısına əsasən, 2023-cü ildə Rusiya milyarderlərinin sərvəti təxminən yarım trilyon dollara qədər artıb. Rus milyarderlərinin ümumi sərvəti 2022-ci ildəki 353 milyard dollar idisə, 2023-cü ildə 505 milyard dollar təşkil edib. Əlavə olaraq, Rusiya milyarderlərinin siyahısına daha 22 nəfər salınıb və ümumi say 110 nəfərə yüksəlib. Bu rəqəmlərə Rusiya vətəndaşlığından imtina etmiş milyarderlər daxil deyil. Forbes bildirir ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatının 2.1 faiz azalmasına səbəb olub.
amerikaninsei

Ardını oxu...
 

Türkiyənin öz istehsalı olan ilk "Altay" tankı test edilmək üçün orduya təhvil verilib. 

Musavat.com xəbər verir ki, təqdimetmə mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun testindən keçdikdən sonra "Altay" tanklarının kütləvi istehsalına başlanılacağını bildirib. 

Ərdoğan Türkiyənin yaxın tarixdəki hədəfini də açıqlayıb. O, bildirib ki, hədəf müstəqil müdafiə sənayesini yaratmaqdır. 

"Modern savaş tankı olan "Altay"la nailiyyətlərimizi taclandırdıq. Yeni Altay tankımız 10 il əvvəl ortaya çıxan prototipdən çox fərqli və üstün imkanlara malikdir. Digər müdafiə layihələrimiz kimi "Altay" tankının hazırlanması zamanı da çətinliklərlə qarşılaşdıq. Layihəmizə mane olmağa çalışdılar. Hər bir strateji məhsulda olduğu kimi, ona da "çirkab" atıldı. Gizli və açıq embarqolarla prosesi sabotaj etməyə çalışdılar. Bütün hücumlara məruz qalsaq da, təslim olmadıq, bir addım da geri çəkilmədik. Bu şəkildə ortaya çıxan tankımızı silahlı qüvvələrimizə çatdırırıq. Ordumuz sınaqlarını başa vurduqdan dərhal sonra tanklarımızın kütləvi istehsalına başlayacağıq", - Ərdoğan deyib. 

 

Musavat.com

Ardını oxu...
Danimarka Müdafiə Nazirliyi krallığın yaxınlığındakı təhdidlərlə mübarizə aparmaq üçün bütün hərbi mütəxəssisləri İraq və Suriya ərazisindən çıxaracaq.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Danimarkalı hərbi mütəxəssislər 2016-cı ildən İraq və Suriya ərazisində olub və İslam Dövləti terror təşkilatına qarşı mübarizədə iştirak ediblər. Onlar əsasən hava hücumundan müdafiə sahəsində çalışırdılar.

Danimarkanın Hava Hücumundan Müdafiə Birliyinin Hava Nəzarət Qanadının rəhbəri, polkovnik Bjarke Lomborg deyib ki, bölmələr qismən geri çəkilir, çünki bu ölkələrdə İD döyüşçülərinin sayı o qədər azalıb ki, onlara ehtiyac qalmayıb və bölmə döyüşləri bərpa etməlidir.
Ardını oxu...
Avropa İttifaqı ölkələri Ukrayna üçün döyüş sursatının alınması üçün nəzərdə tutulan 1 milyard avronun necə xərclənəcəyi ilə bağlı fikir ayrılığına düşüblər. “Politico” nəşri öz mənbələrinə istinadən qeyd edib ki, Fransa və Polşa sursatların alınması üçün Aİ-nin birgə müqavilələrini kimin alması barədə mübahisə edir - yalnız Avropa firmaları və ya ABŞ və Böyük Britaniya şirkətləri.

Digər tərəfdən Fransa qurumdakı bəzi dövlətləri qıcıqlandıraraq, blokda pul saxlamaq uğrunda mübarizəyə rəhbərlik edir. Avropalı diplomatların sözlərinə görə, Fransanın Aİ-dəki səfiri Polşalı həmkarını mətbuatda Parisi yekun razılaşmaya mane olmaqda ittiham etdiyinə görə tənqid edib. Polşa rəsmisi cavabında deyib ki, Fransa yalnız davam edən danışıqları çətinləşdirir.

Nəhayət, isveçlilər müqavilənin yenilənmiş mətnini təklif ediblər. Nəşrin məlumatına görə, bu məsələ ilə bağlı danışıqların gələn həftə davam etdirilməsi ehtimalı var.
 
Ardını oxu...
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolay “Vaqner” özəl hərbi şirkətinin sıralarında döyüşüb.

“Report” xəbər verir ki, bu barədə “Vaqner”in qurucusu Yevgeni Priqojın hərbi müxbir Aleksandr Simonova müsahibəsində bildirib.

“Bütün tanışlarımdan bir nəfər, bir vaxtlar axırıncı liberal kimi tanınan Dmitri Sergeyeviç Peskov, həyatının bir hissəsini Amerikada və ya, yanılmıramsa, İngiltərədə keçirmiş oğlunu gətirib deyir: “Onu sıravi artilleriyaçı kimi götürün”, - hərbi qruplaşmanın rəhbəri qeyd edib.

Priqojının sözlərinə görə, 33 yaşlı Nikolay “tamamilə normal” xidmət edib: “Dizinə qədər çirkdə, nəcisdə, "Uraqan"da. Çox adam bunu bilmir”.

Xatırladaq ki, ötən ilin sentyabrında Rusiyada qismən səfərbərlik elan edildikdən sonra mətbuatda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolayın hərbi komissarlığa getməkdən imtina etməsinə dair məlumat yayılmışdı. Kremlin nümayəndəsi bu iddiaları yalanlamışdı.
 
Ardını oxu...
Ukrayna əsgərləri Rusiya qoşunlarına güclü zərbələr endirib, mühüm hədəfləri vurublar.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Qərargahın məlumatına görə, raket qoşunları və artilleriyaçılar rusların iki sursat anbarını və hərbi texnika və canlı qüvvəsinin cəmləşdiyi ərazini vurub.
Ardını oxu...
Böyük Britaniya Ukraynaya 14 ədəd “Challenger 2” tankı göndərib.

APA-nın Britaniya bürosu xəbər verir ki, bubarədə Birləşmiş Krallığın Silahlı Qüvvələri özünün Tvitter səhifəsində məlumat yayıb.

Bildirilib ki, britaniyalı təlimatçılar ukraynalı hərbçilərə bu tankları idarə etmək və onlardan döyüş meydanında istifadə üçün təlim keçiblər.
Ardını oxu...
 
Ardını oxu...
Çin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacaq.
Teref.az “Report”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən illik silahlanmaya nəzarət konfransında deyib.
“Uzunmüddətli perspektivdə biz öz yanaşmamızı yenidən düşünməli və daha təhlükəli və rəqabətli dünyaya uyğunlaşdırmalıyıq. Bura 2035-ci ilə qədər 1500 döyüş başlığına sahib olacağı gözlənilən Çinlə əlaqə də daxildir”, - Stoltenberq bildirib.
O qeyd edib ki, Çin Xalq Respublikası qlobal güc olmaqla qlobal məsuliyyət daşıyır və o, silahlara nəzarət sazişlərində şəffaflığın və təhlükəsizliyin artırılmasından faydalanır.
 
Ardını oxu...
Ukraynada 2023-cü ilin aprelinə olan məlumata görə, 7 minə yaxın hərbçi itkin düşmüş hesab olunur.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.

"Həqiqətən belə bir rəqəm var, yeddi mindən bir qədər çoxdur. Biz itkin düşmüş kimi axtardığımız insanların hələ də əsir qalmasına inanırıq", - Kotenko deyib.

O, dəqiqləşdirib ki, itkin düşənlərin təxminən 60-65%-i, statistikaya görə, sağdır və əsirlikdədir.

Dünyapress TV

Xəbər lenti