BMT baş katibinin tərksilah üzrə müavini İzumi Nakamitsu martın 31-də Təhlükəsizlik Şurasının iclası zamanı Rusiya Federasiyası, ABŞ və Birləşmiş Millətlər Təşkilatını yeni nüvə silahı müqaviləsinə qayıtmağı müzakirə etməyə çağırıb.
Editor.az bildirir ki, bu barədə GORDON-un müxbiri xəbər verib: “İndi nüvə silahından istifadə riski soyuq müharibədən bəri ən yüksək həddə çatıb. Ukraynadakı müharibə belə riskin ən acı nümunəsidir.
Dialoqun olmaması, tərksilah və silahlara nəzarət arxitekturasının aşınması təhlükəli ritorika ilə birləşib ki, bu da potensial riskin ən təsirli nümunəsi və faktorudur”, – Nakamitsu deyib. O, bütün dövlətlərin eskalasiyaya səbəb olan hər cür hərəkətlərdən çəkinməli olduğunu vurğulayıb. Nakamitsu Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə üzv olan bütün dövlətləri öhdəliklərini yerinə yetirməyə və nüvə münaqişəsi riskini azaltmaq üçün səy göstərməyə çağırıb.
"Ukrayna hərbçiləri Enerqodarı atəşə tutmur, MAQATE-nin baş direktoru Rafael Qrossinin Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) ikinci səfərindən sonra vəziyyət sakitləşib".
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov məlumat verib.
Qrossinin səfərindən sonra Enerqodardakı vəziyyətlə bağlı sualı cavablandıran Roqov: “Vəziyyət dəyişməyib, Allaha şükür, sakit və sabitlikdir”, - deyib.
Onun sözlərinə görə, son bir həftə ərzində atışma Tokmak, Moloçansk, Veseli, eləcə də Melitopol ətrafında olub. “İntensivlik orta səviyyədədir, atəşlər davam edir", - Roqov əlavə edib.
Qrossi çərşənbə günü ZAES-ə baş çəkib və onun ərazisinə baxış keçirib. Rusiya mətbuatının verdiyi məlumata görə, ona Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində zədələnmiş obyektlər göstərilib. Xüsusilə, o, dördüncü enerji blokunun soyuducu çənlərinin arasına düşən raketlərdən birinin qopma yerini görüb. Bu, Qrossinin ZAES-ə altı ayda ikinci səfəridir, birincisi 1 sentyabr 2022-ci ildə baş tutub.
2022-ci il avqustun 31-də MAQATE-nin baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi missiyanın Zaporojye AES-ə ilk səfəri ərəfəsində Enerqodar stansiyası, eləcə də onun ərazisi dron və artilleriyadan atılan 100-dən çox zərbəyə məruz qalıb. Sentyabrın 1-də MAQATE və Rusiya nümayəndələrinin görüşməli olduğu ərazidəki Vasilyevkadakı keçidi atəşə tutulub.
Missiyanın orada olduğu müddətdə stansiya uğrunda döyüşlər olub. Hətta ZAES atəş atəşə tutulub.
Sentyabrın 2-də MAQATE missiyasının böyük hissəsi şəhəri tərk etdikdən sonra Silahlı Qüvvələr Enerqodara üç zərbə endirib. Sentyabrın 3-nə keçən gecə atəşə tutulması nəticəsində Ukraynadan keçən elektrik verilişi xətti zədələnib, ZAES müvəqqəti olaraq öz ehtiyaclarını təmin etməyə keçib.
Agentlik daha sonra hərbi əməliyyatlar nəticəsində baş verə biləcək qəzaların qarşısını almaq üçün stansiyanın ətrafında təhlükəsizlik zonasının yaradılmasını tələb edən hesabat yayıb. MAQATE ZAES-in haradan atəşə tutulduğunu dəqiqləşdirməyib.
TEREF.AZ yazır ki, müharibələrin taleyini demək olar ki, onlar həll edirlər. “Kabus Ordusu” 2-ci dünya müharibəsində yaradılır. Məxfi hərbi birlik uzun illər gizli saxlanılır. Düşməni çaş-baş salan məxfi qrupla bağlı inanılmaz faktlar... Teref.az
Lənkəran rayonu Osaküçə kənd sakini Səmədov Habil bildirir ki, 2022-ci ilin oktyabrında oğlu Rəvanı toy-bayramla hərbi xidmətə yola salıblar. İki ay sonra onun ciddi problemləri yaranıb xəstəxanalıq olub. Hazırda Müdafiə nazirliyinin Hərbi Hospitalında müalicə olunur. Amma ata oğlunun sağlıq durumundan çox narahatdır
Əsas vəzifə hərbi büdcənin maliyyələşdirilməsinə şərait yaratmaqdır. Ukraynanın dövlət büdcəsi 80 milyard qrivna (2,17 milyard dollar – red.) gəlir əldə edir və hərbi kampaniyaya ayda 130 milyard qrivna (3,53 mlrd – red.) xərclənir.
“RBC-Ukrayna” Avropa Biznes Assosiasiyasının (EBA) mətbuat xidmətinə istinadən yazır ki, bunu Ukrayna maliyyə naziri Serhi Marçenko bildirib.
EBA üzvləri ilə görüşdə Marçenko bildirib ki, ötən həftə Ali Rada hərbi ehtiyaclar üçün xərcləri artıran dövlət büdcəsinə dəyişiklikləri dəstəkləyib. Nazirin sözlərinə görə, bu il nəzərdə tutulan vergilərin yığılması vacibdir, lakin kardinal vergi dəyişikliyi nəzərdə tutulmur.
Xatırladaq ki, Ali Rada Ukraynanın 2023-cü il dövlət büdcəsinə dəyişikliklər edərək, müdafiə xərclərini 518 milyard qrivna artırıb.
“Hər kilometr üçün 650 dollar” - Rusiya hərbçilərə müxtəlif bonuslar təklif edir...
Rusiya müharibədə iştirak edən hərbçilərə irəlilədikləri hər kilometr üçün 650 dollar təklif edir.
Teref.az xəbər verir ki, bu barədə Britaniya nəşrləri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Kreml növbəti səfərbərlikdən yayınmaq üçün orduya çağrılan şəxslərə bir sıra əlavə güzəştlər və bonuslar təklif etməyə başlayıb. Həmin təkliflərin hökumət saytlarında, eləcə də bir sıra dövlət qurumları və təşkilatların internet resurslarında yerləşdirildiyi bildirilir.
Məsələn, Yaroslavl vilayətinin qərbindəki bir bələdiyyə administrasiyası tərəfindən dərc edilən elanda müharibəyə yollanmaq üçün qeydiyyatdan keçən hər hərbçiyə 3,800 dollar birdəfəlik bonus vəd edilib.
Əgər qeydiyyata alınan şəxs müharibəyə göndərilərsə, bu zaman o, aylıq 2500 dollar əmək haqqı, aktiv hücum əməliyyatlarında iştirak edərsə 100 dollar mükafat və hücum qruplarının tərkibində irəlilədiyi hər kilometr üçün əlavə olaraq 650 dollar qazana bilər.
Azərbaycan ordusunun Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarəti təmin etdiyini terrorçu rejimin ardınca Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.
Musavat.com xəbər verir ki, Qarabağdakı Rusiya hərbçilərinin komandanlığına istinad edən Rusiya MN Azərbaycan Silahlı Qüvvələrinin “yüksəkliyi ələ keçirərək postu təchiz etməyə başladığını” açıqlayıb.
Bildirilir ki, Azərbaycan ordusu Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəliləyib və istehkam işlərini həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, RHK komandanlığı “böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və təxribatların qarşısını almaq üçün tədbirlər görür”.
“Dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinə tələb irəli sürülüb”, - məlumatda belə bir cəfəng iddia əksini tapıb.
Əlavə olunub ki, atəşkəs rejiminin bir dəfə pozulması Xocavənd (Rusiya MN bu dəfə də “martuni” yazıb-M.) rayonu ərazisində də qeydə alınıb. İtki yoxdur, araşdırma aparılır.