Kaxovka SES-in partladılması nəticəsində ölənlərin sayı 35-ə çatıb
Kaxovka Su Elektrik Stansiyasının partladılması zamanı ölənlərin sayı artıb.

Bu barədə Xerson vilayətinin rəhbəri Andrey Alekseenko məlumat verib.

Qeyd olunub ki, indiyə qədər 35 nəfər ölüb.

Alekseenko həmçinin bildirib ki, bölgədə daşqının nəticələrinin aradan qaldırılması davam edir.

Əhalinin vaksinasiyası, kompensasiyaların ödənilməsi, qəbiristanlıqların və küçələrin dezinfeksiya edilməsi, həmçinin enerji təchizatının bərpası həyata keçirilir.
 

Dünyapress TV

Xəbər lenti