Ardını oxu...
Ötən gün Tərtərdə baş verən mina partlayışının təfərrüatları məlum olub
Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub.

TEREF.AZ bildirir ki, “Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə Talış kəndində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub.

ANAMA əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb.

Partlayan TM62 PM-nin markalı tank əleyhinə mina olduğu ehtimal edilir.

Hadisə zamanı həlak olan hər üç şəxs ANAMA-nın dronla minaxtarama komandasının üzvü olublar.
Ardını oxu...
Türkiyə ABŞ-dan F-35 qırıcıları almaq üçün ödədiyi pulu geri alacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“F-35 üçün pul və öz töhfəmizi verdik, amma pulumuzu geri alacağıq. Bu sistemdən çıxmağımız öz istehsalımızı sürətləndirmək üçün hərəkətverici qüvvə oldu, lakin CAATSA doğru deyil”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar Türkiyənin ABŞ-dən F-35 qırıcıları layihəsinə yatırılan vəsaitin Ankaraya qaytarılmasını, həmçinin Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan 5 təyyarənin təhvil verilməsi məsələsinə konstruktiv yanaşma gözlədiyini demişdi.(Mənbə: Hürriyet)
 
Ardını oxu...
İtaliyanın “La Repubblica” qəzetində işləyən ukraynalı jurnalist Boqdan Bitik Rusiya ordusunun snayperi tərəfindən öldürülüb.

Hadisə Xerson vilayətində baş verib.

Qəzet bildirir ki, iki jurnalist Rusiya ordusu tərəfindən pusquya salınıb, Bitik həlak olub, italyan müxbir Corrado Zunino yaralanıb.

"Onların hər ikisinin üzərində “Press” yazılmış gülləkeçirməz jiletlər olub”, - deyə qəzet qeyd edib.
 
 
 
Ardını oxu...
Türkiyə “Gökdemir” Hava Hücumundan Müdafiə Sistemini uğurla sınaqdan keçirib.

Tribunainfo.az xarici mətbuata Türkiyə KİV-nə istinadən xəbər verir ki, sınaq zamanı “Gökdoğan” raketlərindən istifadə olunub.Qeyd edək ki, “Gökdemir” ASELSAN və TÜBİTAK-SAGE şirkətlərinin birgə istehsalıdır.

Bu sistemin raketləri 70 kilometrdən daha çox məsafəyə çata bilir.

Ehtimal olunur ki, yaxın vaxtlarda “Gökdemir” Hava Hücumundan Müdafiə Sistemində “Bozdoğan” raketlərinin də atışı həyata keçiriləcək.
Ardını oxu...
Ukrayna əks-hücum əməliyyatını vaxtında həyata keçirmək üçün Qərb silahlarını alacaq.
Teref.az APA-ya istinadən xəbər verir ki , bu barədə NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən general Kiyevin “hücum əməliyyatını həyata keçirmək üçün lazım olan bütün silahları vaxtında alacaqmı” sualına müsbət cavab verib.
"Bəli. Biz ukraynalı həmkarlarımızla bu hücum üçün onlara nə qədər material lazım olacağı barədə danışmışıq. Mən tam əminəm ki, biz onlara lazım olan materialı çatdırmışıq və onların əməliyyatlarını dəstəkləmək üçün çatdırmağa davam edəcəyik", - Kavoli bildirib.
General onu da bildirib ki, vəd edilmiş hərbi texnikanın 98%-dən çoxu artıq Kiyevə çatdırılıb.
 
Ardını oxu...
Rusiyanın qırıcı təyyarəsi qəzaya uğrayıb.

Teref.az TASS-a istinadən xəbər verir ki, MiQ-31 qırıcısı Murmansk vilayətində qəzaya düşüb.

İlkin məlumatlara görə, MiQ-31 qırıcısı gölə düşüb.

Bildirilib ki, MiQ-31-də planlaşdırılmış uçuşun icrası zamanı mühərriklərdən biri alovlanıb, daha sonra yerə çırpılıb.

Rusiya Müdafiə Nazirliyi məlumatı təsdiq edib.

Təyyarənin düşməsinin ilkin səbəbi kimi texniki nasazlıq göstərilib.
Ardını oxu...
 
Ardını oxu...
Polşa və Rumıniyada Ukrayna ordusunun istifadə etdiyi hərbi texnikaların təmiri və texniki xidmətlər üçün mərkəzlər yaradılacaq.

“Apolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rumıniyanın “Rheinmetall” şirkəti “Leopard 2”, “Challenger 2” tanklarını, Marder IFV-ləri, Fuchs BTR-ləri, həmçinin yük maşınlarını və artilleriya qurğularını təmir edəcək.

Polşanın “Bumar-Labedi” zavodu isə “Leopard 2A4” və “Leopard 2A6” tanklarına texniki xidmətlər göstərəcək.
 
Ardını oxu...
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına yeni komandan təyin olunub.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin edilib.
Ətraflı
Ad - 00:23

O, bu vəzifədə Andrey Volkovu əvəz e dəcək.

***

Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu geri çağırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnik, təcrübəli hərbçi, Rusiya müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir.
Ardını oxu...
Rusiya gəmiləri Ukraynada döyüşən qoşunları tədarük etmək üçün İrandan Xəzər dənizi vasitəsilə külli miqdarda artilleriya mərmisi və digər döyüş sursatları daşıyır.

UNİAN xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd edilib ki, son 6 ayda Rusiya yük gəmiləri İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşıyıb.

Məlumatlı mənbələrə görə, tədarüklər barədə məlumatlar ABŞ tərəfindən ötürülüb.

İran silahlarının Rusiya üçün sonuncu partiyasının martın əvvəlində göndərildiyi vurğulanıb.
Ardını oxu...
Kiyev Moskva ilə hərbi əsirlərin mübadiləsi ilə bağlı “hamının hamıya" formatında danışıqlar aparır. Bunu RBC-Ukraynaya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanov deyib. Onun sözlərinə görə, hazırda tərəflər müvafiq razılaşmaların icrasına yaxınlaşır. K. Budanov onu da aydınlaşdırıb ki, bu günə qədər Kiyev 2200-dən çox insanı mübadilə edə bilib.

Bundan əvvəl Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Rusiya ilə böyük Pasxa bayramı zamanı əsirlərin dəyişdirilməsi zamanı 130 nəfər ölkəyə qayıdıb.

O qeyd edib ki, mübadilə ediləcəklərin siyahısına xüsusilə Soledar, Artyomovsk, Xerson və Zaporojye istiqamətlərində gedən döyüşlər zamanı əsir düşən çavuşlar və sıravi əsgərlər daxildir.

Dünyapress TV

Xəbər lenti