Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin ehtiyyatda olan hərbi vəzifəlilərin təlim toplanışına çağırılması haqqında fərman imzalayıb.

Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

“2023-cü ildə ehtiyatda olan Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyası Silahlı Qüvvələrində, Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarında, dövlət təhlükəsizlik orqanlarında və Federal Təhlükəsizlik Xidmətinin orqanlarında hərbi təlim keçməyə çağırılır”, - sənəddə deyilir.
Ardını oxu...
“Avropa İttifaqı Ukraynaya 1 milyon artilleriya mərmisi verməyə hazırdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə keçirdiyi brifinqdə deyib.

“Ukrayna hər gün Rusiyanın təcavüzünə qarşı müdafiənin effektivliyini nümayiş etdirir. Terrorçuların hər vurulan raketi, əsgərlərimizin Rusiya hücumlarını dəf etməkdə əldə etdiyi hər bir uğur bizim bu təcavüzkarı məğlub edə biləcəyimizin sübutudur”, - o bildirib.

V.Zelenski həmçinin qeyd edib ki, digər məsələlərlə yanaşı, AK rəhbəri ilə bu sursatların tədarükü və çatdırılmasının tezliyi məsələsini də müzakirə edib.

Xatırladaq ki, mayın 5-də Aİ Şurası Ukrayna üçün sursat alınması üçün 1 milyard avro ayrılmasını təsdiqləyib. \\Redaktor.Az
Ardını oxu...
Ukrayna ordusunun gözlənilən əks-hücumu üçün gözlər yenidən cəbhə xəttinə çevrilib. Rusiyanın Ukraynaya atdığı hipersəsli “Kinjal” (“Xəncər”) raketinin vurulması isə on beşinci ayını başa vurmaq üzrə olan müharibədə yeni səhifə açıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna ordusunun ötən həftə açıqladığı “Kinjal”ın ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı məlumatı Vaşinqton tərəfindən təsdiqlənib.

“CNN İnternational”a məlumat verən ABŞ mənbələri Kiyev səmasına atılan hipersəs raketinin Amerikanın Oklahoma ştatında təlim keçmiş Ukrayna hərbçiləri tərəfindən məhv edildiyini bildirib.

CNN xatırladır ki, məşhur “Patriot” sistemləri indiyədək adi ballistik raketlərə qarşı istifadə olunub və hipersəs raketlərini vurmaq qabiliyyəti yalnız nəzəri olaraq ifadə olunub.

Məlumata görə, “Kinjal”ın “Patriot”lar tərəfindən vurulması ABŞ Müdafiə Nazirliyində (Pentaqon) narazılıq yaradıb.

Rusiya lideri Vladimir Putin ilk dəfə 2018-ci ilin martında təqdim edilən “Kinjal”ı “məğlubedilməz” adlandırmışdı.
 
Ardını oxu...
İranın İsfahan əyalətində naməlum PUA elektrik stansiyasına hücum edib.

Axar.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Hücum barədə əlavə məlumat verilməyib.
Ardını oxu...
“İndiki gənclər orduda xidmət etmək istəmirlər”.
Bunu erməni aktyor Qrant Toxatyan İrəvan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində jurnalistlərlə söhbətində bildirib.
Qeyd edək ki, İrəvan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun işi üzrə məhkəmə iclası başlayıb. Onun tərəfdarları məhkəmənin həyətinə toplaşıb.
“Müstəqillik əldə etdikdən sonra ölkəmizdə iki təsisat var idi. Biri kilsə, digəri isə ordu idi. Son illər bunların hər ikisi darmadağın edilib. Onlar ordunun nüfuzunu mümkün qədər sıfıra endirmək istəyirlər.
Bunu etmək olmaz. Bu, biabırçılıqdır. Hərbçilərə deyəcəkləri olsaydı, ayrı-ayrılıqda görüşüb deyə bilərdilər.
Bu məsələ daxildə həll edilməli idi. Bu gün oğlanları ordudan azad etmək üçün əllərindən gələni edirlər.
Təbii ki, əvvəllər də belə bir şey var idi, amma nadir hallarda olurdu. Bu gün gənclər, ümumiyyətlə, orduda xidmət etmək istəmirlər.
Söhbət çoxluqdan gedir. Təbii ki, hər zaman vətənpərvər oğlanlar var. Əgər ordunu bu cür gözdən salırlarsa, deməli, sabah bizdə, ümumiyyətlə, çağırışçılar olmayacaq”, – deyə o təəssüflənib.
 
Ardını oxu...
Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir. "Report" xatırladır ki, faşizm üzərində qələbədən 78 il ötür.

Azərbaycan xalqı artıq üçüncü ildir ki, faşizm üzərində qələbəni qalib kimi qeyd edir. Azərbaycan özünün 44 günlük Vətən müharibəsindən sonra dünyada və regionda yeni reallıqlar yaradıb. Xalqımız bu dəfə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində böyük bir qələbə qazanıb. Tarixən öz döyüşkənliyi, cəsurluğu, igidliyi və qorxmazlığı ilə seçilən bu xalq öz tarixinin səhifəsində bir çox qələbələrə imza atıb. Amma 44 günlük Vətən müharibəsilə qazanılan zəfər ölkənin tarixinə ən parlaq qələbə kimi həkk olunub.

Azərbaycan xalqının İkinci Dünya müharibəsində qələbənin qazanılmasında böyük rolu olub.
Ətraflı

Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 600 min Azərbaycan vətəndaşının 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

Müharibə dövründə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.Bu il aprelin 26-da Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500,0 (bir min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750,0 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.Azərbaycanın 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,9 milyon (iki milyon doqquz yüz min) manat vəsait ayrılıb.
Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 3 729 şəxsə şamil olunacaq.

Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.

Qeyd edək ki, İkinci Dünya müharibəsi nəticəsində 60 milyona yaxın insan həlak olub.
Ardını oxu...
"Düşmən müxtəlif silahlardan istifadə etməklə Ukrayna ərazilərinə zərbələr endirir. O, təxminən 1 aydır ki, idarə olunan 500 kq, 250 kq, 1 ton və 1,5 ton çəkidə olan aviabombalardan istifadə edir".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuriy İqnat bildirib.
"Onlar GPS naviqasiya ilə təchiz olunub. Bu, həmin bombalar vasitəsilə Ukraynanın işğal altındakı ərazilərindən və Rusiya ərazisindən zərbələr endirməyə imkan verir. Buna görə də Ukraynanın hava hücumundan müdafiə sistemləri onları vura bilmir. Bu, Ukraynanın cəbhəyə yaxın bölgələrinə təhdidlər yaradır", - İqnat deyib.

HHQ komandanlığının sözçüsü qeyd edib ki, Ukraynanın daha uzaq məsafədə olan hədəfləri vura biləcək hava hücumundan müdafiə sistemlərinə, qırıcılara ehtiyacı var: "Məsələn, hazırda ən real variant “F-16” qırıcılarıdır. Bundan başqa, düşmən “S-300” zenit-raket kompleksləri vasitəsilə də zərbələr endirir. O, bu kompleksdən hava hədəflərini vurmaq üçün deyil, yerüstü hədəflərə zərbə endirmək üçün istifadə edir. Amma sadalanan aviabombalar və raketlər çox vaxt hədəfə dəymir. Nəticədə çox vaxt məktəblərə, bağçalara və yaşayış binalarına ziyan dəyir. Bundan başqa, düşmən bütün cəbhə boyu taktiki aviasiyadan, həmçinin “X-101”, “X-555”, “Caliber” kimi qanadlı raketlərdən istifadə edir. Amma Ukrayna Hərbi Hava Qüvvələri də vəziyyət və hava şəraiti imkan verdikcə düşmənə demək olar ki, hər gün zərbələr endirir. Söhbət hazırda gündəlik 10 zərbədən gedir".

İqnat əlavə edib ki, Ukrayna qırıcıları radioelektron mübarizə sistemlərinə, hava hücumundan müdafiə sistemlərinə, bombardmançı təyyarələr isə düşmənin mövqelərinə zərbələr endirir: "Bu məqamda qeyd etmək istərdim ki, düşmən “Shahed” kimi İran istehsalı olan dronlardan istifadə edir. Ötən həftə bu dronlar vasitəsilə hücumların sayı artıb. Məsələn, düşmən ötən gecə Azov dənizinin şərq sahili istiqamətindən Ukrayna ərazisinə zərbə endirilməsi məqsədilə 8 PUA buraxıb. Amma onların hamısı məhv edilib".
Ardını oxu...
Rusiya paytaxtı Moskvada Şeremetyevo hava limanına enmək üzrə olan təyyarəyə dronla hücuma cəhd göstərilib.

Naməlum dron “Aeroflot” şirkətinə məxsus “Airbus A320” təyyarəsinə hücum etmək istəyib.

Təyyarəyə təhlükəli şəkildə yaxınlaşan kopteri Samara-Moskva reysinin sərnişinlərindən biri görüb. Onun sözlərinə görə, pilotsuz uçan aparat təyyarənin yan tərəfini nişan alıb və yerə toxunmağa bir neçə on metr məsafə qaldıqda qəfildən istiqamətini dəyişib, aerodrom yaxınlığındakı meşə zolağına doğru uçub.

Təyyarə endikdən sonra bu barədə Şeremetyevo təhlükəsizlik xidmətinə məlumat verilib. Hadisə barədə araşdırma başlanılıb.

Mənbə: Monavista.ru
 
Ardını oxu...
Bu gecə Ukraynaya nüvə silahı atıla bilər.

Rusiya gecə saatlarında Ukraynaya nüvə zərbəsi endirilə bilər.

“Bir sıra TU-22M təyyarələrinin uçuşa hazırlanması üçün Engels və Şaykovkadakı aviabazalara göstərişlər göndərilib və gecə saatlarında Kiyevdə bir sıra inzibati binalara raket hücumları həyata keçirilə bilər.

Mənbə etiraf edib ki, ilk dəfə nüvə silahından istifadə oluna bilər, ən azı 2 “məhsul” artıq birbaşa göstərilən aerodromlardan birində yerləşir”, – qəzet yazır.

Xəbərlər bağlı hələlik heç bir rəsmi münasibət olmayıb.(oxu24.com)
 

Dünyapress TV

Xəbər lenti