Hurriyyet.az “Vestnik Kavkaza” xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin İttifaq dövlətinə daxil olmağa və nüvə silahına sahib olmağa ehtiyacının olmadığını söyləyib.
Tokayev Şimali Qazaxıstan rayonuna səfəri zamanı çıxışında deyib: “Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstana İttifaq dövlətinə daxil olmağı təklif etdi. Mən onun zarafatını qiymətləndirirəm. Mənim fikrimcə, buna ehtiyac yoxdur, çünki artıq digər inteqrasiya birlikləri də var, məsələn, Avrasiya İqtisadi İttifaqı”.
Tokayev Qazaxıstanın nüvə silahına da ehtiyacının olmadığını söyləyib. Çünki ölkə Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi və Nüvə Silahlarının Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinə qoşulub.
Qeyd edək ki, Aleksandr Lukaşenko Qazaxıstan başda olmaqla digər ölkələri də Rusiya ilə Belarusun İttifaq dövlətinə daxil olmağa dəvət edərək deyib: “Qazaxıstan və digər ölkələr də bizim Rusiya ilə olduğu kimi münasibətlərimizə qoşula bilər. Heç kim buna qarşı deyil. Bu, çox sadədir: Rusiya ilə Belarusun ittifaqına qoşulmaq. Vəssəlam. Bununla da hamının nüvə silahı olacaq. Bu mənim fikrimdir, rusların yox. Bunun mümkün olduğunu düşünürəm. Başa düşməliyik ki, bizim strateji olaraq birləşmək üçün unikal şansımız var”
"Rus işğalçıları hərbi hissələrdən qaçmaqda davam edir".
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, 80 nəfərə yaxın rusiyalı Luqansk vilayətinin işğal altındakı Lisiçansk bölgəsində, Donetsk vilayətinin Baxmut rayonunda isə "Vaqner" özəl hərbi dəstədən 30-a yaxın adam fərarilik edib.
"Luqansk vilayətinin Lisıçansk şəhərində Rusiya işğalçı qüvvələrinin "Storm-z" bölməsindən 80-ə yaxın adam fərarilik edib. Onlar könüllü olaraq döyüş mövqelərini tərk ediblər. Həmçinin Baxmut rayonunda "Vaqner" PMC-dən 30-a yaxın şəxs fərarilik edib. Onlar da hərbi texnikanı oğurlayaraq könüllü olaraq döyüş mövqelərini tərk ediblər", - məlumatda deyilir.
Rusiya Belarusa daha bir neçə S-400 zenit-raket kompleksləri tədarük edib.
"Unikal" xəbər verir ki, bu barədə bazar günü Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"S-400 zenit-raket kompleksinin növbəti hissəsi Belarus Respublikasına gəlib. Yaxın vaxtlarda kompleks döyüş növbəsinə keçəcək. Belarus zenitçilərinin döyüş istifadəsi üzrə tam hazırlıq kursu keçib”, - mesajda deyilir.
Müdafiə Nazirliyi qeyd edib ki, Belarus silahlı qüvvələrin birləşmə və hərbi hissələrinin yeni müasir silahlarla təchiz edilməsi də daxil olmaqla, regional qüvvələr qrupunun döyüş potensialının artırılması üzrə tədbirlərin həyata keçirilməsini davam etdirir.
Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası bu gün Rusiya qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə səkkiz zərbə endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
Məlumata görə, raket qoşunları və artilleriya bölmələri üç komanda məntəqəsini, iki silah və hərbi texnikanın cəmləşdiyi ərazini, bir sursat anbarını, atəş mövqelərində iki artilleriya bölməsini, bir hava hücumundan müdafiə və rusların digər mühüm hədəflərinə zərbələr endirilib. \\Axar.Az
Bu gün səhər saatlarında Rusiya ordusu Ukraynanın Dnepr şəhərində tibb müəssisəsinə raket zərbəsi endirib.
Hücum nəticəsində üç nəfər həlak olub, 25 nəfər yaralanıb. Onlardan 19-u xəstəxanaya yerləşdirilib, üçünün vəziyyəti ağırdır. Yaralananlardan ikisi uşaqdır.
Fövqəladə hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hadisə nəticəsində tibb müəssisəsinin üçmərtəbəli binası qismən dağılıb və yanıb. Yaxınlıqdakı baytarlıq klinikasının birmərtəbəli binasında da yanğın baş verib. Yanğın artıq söndürülüb.
Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsinə başlanılıb.
APA CNN-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksander Lukaşenko BelTA xəbər agentliyinə deyib:
“Saxlama məkanlarının hazırlanması zəruri idi. Biz bunların hamısını etdik. Ona görə də nüvə silahlarının hərəkətinə başlanılıb”.
Lukaşenko nüvə silahlarının Belarusda təhlükəsizliyinə söz verib:
“Nüvə silahları ilə bağlı narahat olmayın. Buna görə biz məsuliyyət daşıyırıq. Bunlar ciddi məsələlərdir. Burada hər şey qaydasında olacaq”, - Lukaşenko deyib.
Ukrayna Müdafiə Nazirliyi Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin bölmələrinin Baxmut şəhərinin ətrafından çıxarılmasını təsdiqləyib. Bu barədə “Strana” məlumat yayıb. Qeyd edək ki, “Vaqner” muzdlu qrupu öz bölmələrini Baxmutdan çıxarmağa başlayıb, Priqojin Baxmutun ələ keçirilən hissəsini Rusiya qüvvələrinə təhvil verib iyunun 1-dək rayondan tam çəkiləcəyini əlavə edib.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş komandanı Valeri Zalujninin yaralanması ilə bağlı xəbərləri təkzib edib.
APA xəbər verir ki, bu barədə Oleksiy Danilov Tvitter paylaşımında bildirib. O, Ukrayna Prezidenti Vladimir Zelenskinin bu gün səhər Valeri Zalujninin hesabatını dinlədiyini qeyd edib.
“24 may 2023-cü il saat 10:00-da USQ-nin Ali baş komandanı Vladimir Zelenski Baş Qərargahın iclasında USQ-nin Baş komandanı Valeri Zalujninin və baş qərargahların digər üzvlərinin hesabatlarını dinləyib”, - Danilov vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin iki böyük strateji səhvə yol verdi. Birincisi, o, ukraynalıları - Ukrayna xalqının, rəhbərliyinin və hərbi qüvvələrinin cəsarətini, gücünü doğru qiymətləndirmədi.
APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Brüssel forumunda çıxış edərkən bildirib.
Stoltenberq qeyd edib ki, Putin, həmçinin NATO müttəfiqlərinin və tərəfdaşlarının həmrəyliyini düzgün qiymətləndirə bilməyib: “O, bizim Ukraynaya belə bir dəstəyimizi, həmrəyliyimizi gözləmirdi. Biz bu müddət ərzində Ukraynaya böyük dəstək vermişik. Keçən ay Ukraynaya ağır silahlar, o cümlədən "Leopard", "Challenger", "Abraham" döyüş tankları verilib. Ötən həftə isə Böyük Britaniya uzaqmənzilli qanadlı raketlərin göndəriləcəyini bəyan edib. Verilən bu dəstək artıq döyüş meydanında fərq yaradır. Son günlərdə isə biz ukraynalı pilotların təlimləri ilə bağlı razılığa gəldik. Bütün bunlar bizim Ukraynaya uzun müddətli dəstəyə sadiq olmağımızın təsdiqidir”.
Baxmutda gedən döyüşlərdə təxminən 10 min keçmiş rusiyalı məhbus həlak olub.
APA "Detusche Welle"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Vaqner" muzdlu döyüşçülər qrupunun rəhbəri Yevgeni Priqojin bildirib.
"Mən 50 min məhbus götürdüm, onların təxminən 20 faizi həlak oldu", - Priqojin deyib.
O, əhali arasından topladığı təxminən eyni sayda döyüşçüsünün həlak olduğunu da əlavə edib.
Bildirilir ki, Vaqnerin Baxmutdakı itkiləri SSRİ-nin 1979-1989-cu illərdə Əfqanıstanda 15 min olduğu təxmin edilən itkilərindən daha çoxdur. Priqojin müsahibəsində Rusiya qüvvələrini müharibə dövründə mülki şəxsləri öldürməkdə də ittiham edib.