Ardını oxu...
Ukraynanın “Ukroboronprom” şirkəti min km uçuş məsafəsi olan yerli pilotsuz uçuş aparatının sınağını uğurla həyata keçirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nataliya Sad bildirib.“Bizim pilotsuz uçuş apatarımız 1000 km uğurla istifadə etdikdən sonra”, – deyə o, “Facebook”da Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnı, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk və şirkətin direktoru Yuri Qusevin şəklini də əlavə edərək yazıb.

“Ukrayna Pravda” nəşrinin mənbələrinə görə, söhbət 2023-cü il mayın 3-də həyata keçirilən döyüş PUA-sının sınağından gedir.

Ukraynanın UNIAN agentliyinin məlumatına görə, pilotsuz aparat 75 kq-a qədər çəkisi olan döyüş başlığını daşıya biləcək və 1000 km-ə qədər uçuş məsafəsinə malik olacaq. 2022-ci ilin avqustunda məlum oldu ki, “Ukroboronprom” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilə birlikdə hərbi pilotsuz sistemlərin inkişafı proqramı hazırlayıb.
Ardını oxu...
İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bundan başqa, saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
 
Ardını oxu...
Hazırda Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan erməni əhalisinin ərzaq ehtiyatları kifayət qədərdir, acından heç kəs ölməyəcək.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Bildirilib ki, Azərbaycan rus sülhməramlılara təklif də verib:

“Azərbaycan rus sülhməramlılara təklif verib ki, ehtiyac varsa, Ağdamdan ürəkləri istəyən qədər ərzaq ala bilərlər”.

Nəşrin məlumatına görə, Bakının bu təklifinə yaxın zamanda müsbət cavab verilmə ehtimalı böyükdür.

Qeyd edək ki, 15 iyunda ermənilərin “Laçın” sərhəd-buraxılış məntəqəsində sərhədçilərimizi və rus sülhməramlıları atəşə tutmasından sonra post müvəqqəti olaraq bağlanıb.
 
Ardını oxu...
“İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil”.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda qeyd edilib.
 

Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin uzun müddət davam edə biləcəyini istisna etməyib.

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri yazır.

O, NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib ki, uzunmüddətli müharibəyə hazırlıq gedir.

“Biz buna hazırlaşırıq və siyasətimizi buna əsaslanaraq düzəldirik”, - o deyib və Almaniyanın lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
 
 


 

Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyinə dair məlumatlar var: avropalı müşahidəçiləri də bölgədən təcili təxliyə ediblər;

Ermənilər iddia edirlər ki, 1 nömrəli hazırlıq vəziyyəti Azərbaycan ordusunun hərəkətliliyinə görə elan edilib. Hərçənd, onların məlumatlarını analiz etdikdə hücumun Azərbaycan yox, Ermənistan tərəfindən hazırlandığı aydın görünür.

Birincisi, Azərbaycanın hərbi əməliyyatları öz ərazisində keçirməsi ehtimalı daha çoxdur, nəinki sərhədboyunca: mövcud şəraitdə Qarabağda separatizmin ləğv edilməsi daha aktual görünür;

İkincisi, ermənilər Azərbaycan ordusunun “Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində cəmləndiyini” iddia edir: Kəlbəcər və Laçın istiqamətində ordumuz strateji yüksəkliklərə sahibdir, Naxçıvan istiqamətində Zəngəzur dəhlizinin hərbi yolla açılması versiyası bölgədə üçüncü ölkələrin də qoşula biləcəyi hərbi eskalasiya riski yaratdığı üçün bu ehtimal az görünür;

Üçüncüsü, Ermənistan avropalı müşahidəçiləri sərhədə məhz “Azərbaycan atəş açır, təxribat törədir” iddialarını ispat etmək üçün gətiriblər: əgər Azərbaycan hücuma hazırlaşırsa, ermənilər müşahidəçiləri bölgədən təxliyə etməz, əksinə, “sübutlar toplamaq” üçün saxlayardılar; onların təxliyəsi hücumun Ermənistan tərəfindən hazırlandığını açıq şəkildə göstərir;

Ermənistanın mümkün təxribat hücumunun birdən çox hədəfi ola bilər:

1. Azərbaycan Qarabağda genişmiqyaslı anti-terror əməliyyatına başlayarsa, sərhəddə təxribatlarla cəbhəni böyütmək, qüvvələri ikiyə bölmək və zəiflətmək;
2. Kəlbəcər və Laçın istiqamətində əlverişli mövqelərə çıxmaq;
3. Naxçıvan istiqamətində təxribatlarla “Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla əldə etmək istəyir” görüntüsü yaratmaq və üçüncü ölkələri – Qərb ölkələrinin və İranın ən azı siyasi müdaxiləsinə (mümkünsə hərbi müdaxilə) nail olmaq;
4. Sərhəddə təxribatlarla danışıqlar masasında “güzgü prinsipi”ni – qoşunların geri çəkilməsini yenidən aktuallaşdırmaq və s;

Diqqətçəkən məqamlardan biri də Ermənistan ordusunun sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsindən sonra – bu gün müdafiə naziri Suren Papikyanın Fransaya səfər etməsidir. Fransa son günlər Ermənistanın silahlandırılması fəaliyyətini genişləndirib.

Asif Nərimanlı

Ardını oxu...
İsrail "Merkava" tanklarının Ukrayna və Polşaya satışı ilə bağlı danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə "Valla" qəzeti polşalı hərbi ekspertlərə istinadən məlumat yayıb.

İsrail Müdafiə Nazirliyi 1990-cı illərdə istehsal olunmuş "Merkava" tanklarının xarici ölkələrə satışına razılıq verib. Onlar Polşa və Ukrayna üçün nəzərdə tutulub.

Qəzetin yazdığına görə, "Merkava" tanklarının satışı "Tip 4" və "Barak" tanklarının, "Tiger" və "Eitan" zirehli transportyorlarının istehsalını artırmağa məcbur edəcək.

Daha əvvəl bildirilib ki, Ukrayna ilk dəfə olaraq İsraildən radarlardan müdafiə sistemlərini alıb, onlar artıq Kiyevdə yerləşdirilib. Söhbət İsrailin "RADA Electronic Industries" şirkəti tərəfindən istehsal olunan "ieMHR"dən gedir.
 
Ardını oxu...
Kaxovka Su Elektrik Stansiyasının partladılması zamanı ölənlərin sayı artıb.

Bu barədə Xerson vilayətinin rəhbəri Andrey Alekseenko məlumat verib.

Qeyd olunub ki, indiyə qədər 35 nəfər ölüb.

Alekseenko həmçinin bildirib ki, bölgədə daşqının nəticələrinin aradan qaldırılması davam edir.

Əhalinin vaksinasiyası, kompensasiyaların ödənilməsi, qəbiristanlıqların və küçələrin dezinfeksiya edilməsi, həmçinin enerji təchizatının bərpası həyata keçirilir.
 
Ardını oxu...
Rusiyanın ilk taktiki nüvə başlıqları Belarusa çatdırılıb
Rusiyanın ilk taktiki nüvə başlıqları artıq Belarusa çatdırılıb.

Aznews.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxışında bildirib.

O, birinci partiya nüvə başlıqlarının artıq Belarusa çatdırıldığını, bu yayın sonuna kimi bu prosesin sona çatdırılacağını söyləyib.
 
Ardını oxu...
Ermənistan açıqladı: bu gün, 15 iyunda Gorusun Dığ kəndi istiqamətində Azərbaycan ordusunun cavab atəşi nəticəsində hospitallıq olan snayper Masisdən (tarixi Zəngibasar rayonu-E.P.) olan 2002-ci il təvəllüdlü Artur Azroyandır. Digər bölgələrdə gün ərzində artilleriya döyüşü davam etdi. Vəziyyətin sonrakı gedişatı barədə konkret proqnoz vermək çox çətindir, vəziyyət nəzarətdən çıxa, 44 günlük müharibədən də dəhşətli hadisələr baş verə bilər…

Teref.az musavat.com-a istinadən xəbər verir ki, əslində belə bir durumda gərginliyi tətikləmək Ermənistanın zərərinədir, bu, birmənalıdır. Çünki Laçın yolunda normal şəkildə gediş-gəliş təmin olunurdu, kimsə narazı deyildi, artıq ermənilər də qəbul edirdilər ki, Azərbaycan qanunlarının alternativi yoxdur, üstəlik, Arayik Arutyunyan da son günlər taleyi ilə barışmış görkəmindəydi. Elə isə hərbçimizə güllə açan erməni caninin qulağına “atəş aç” əmrini kim pıçıldamışdı, bu, çox maraqlıdır? Adətən, nəzərlər Rusiyaya yönəlir. Sözsüz, bu dəfə də istisna deyil. Rus hərbçilərin Qarabağdakı erməni quldurlarının karvanlarına sarvanlıq etməsi adi hal alıb. Amma bugünkü gərginlikdən sonra bağlanan Laçın yolu boyunca rus hərbçilərinin maşın karvanı düzülüb. Bu sonluq rusların nəyinə lazım idi?
Ardını oxu...
Bir neçə gün əvvəl ABŞ-ın İrəvandakı səfiri Kristina Kvien Dığ kəndinə gəlmişdi. Binoklla biz tərəfə baxıb, geri qayıdandan sonra “mən özüm də gördüm ki, sərhəddə vəziyyət gərgindir”-yazdı diplomat. O vaxt elə bir gərginlik yox idi, əsl gərginlik bu gün oldu, Laçından Zəngilanadək döyüşlər getdi. Amerikalı səfirin “ayağının ağır olması” ilə bağlı deyil təbii ki…ABŞ və Rusiyanın bölgə uğrunda savaşının məntiqi nəticəsidir. ABŞ öz vətəndaşlarına çağırış etməmişdimi, o tərəflərə getməyin və sair? Hardan bilirdilər Azərbaycan əsgərinə atəş açılacağını?
Ardını oxu...
ABŞ-ın “Qarabağda antiterror əməliyyatı başlaya bilər” mövqeyinə Kremldən dərhal kəskin reaksiya verməsi də durumun aydın ifadəsidir. Sərhədlərin dəqiqləşməsi istiqamətində prosesin guya aparıldığı, danışıqların getdiyi bir dönəmdə şərti sərhəddə bayrağımızı asan hərbçimizə açılan atəş bütün prosesə son qoyulması və dəhşətli savaşın başlanılmasını tətikləyən ssenarinin tərkib hissəsidir.

Azərbaycan dövləti Tehrandakı səfirliyimizdə terror aktı törədənlərin cəzalandırılmasını tələb edir və diplomatik nümayəndəliyimizin yalnız ondan sonra fəaliyyətini bərpa edəcəyi İran rəhbərliyinin nəzərinə çatdırılıb. 15 iyunda Laçın istiqamətində ermənilərin törətdiyi terror aktına cavab olaraq sərhəd nəzarət məntəqəsində giriş-çıxış bağlanıb. Tamamilə düzgün addımdır. Bu qədər humanist davranışın – Azərbaycanın yalnız Ermənistanla quru sərhəddinin açıq olması unudulmamalıdır – qarşılığında qarşı tərəf növbəti dəfə alçaq yola əl atdı. Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq gedir. Hərbçimizin qanının töküldüyü ərazidən çəkilmiş kadrlara baxdım. Qeyri-döyüş ünvanı və vəziyyətində törədilib bu, ağır cinayət. Sözsüz ki, bədəli ağır olmalıdır, olacaq da! Özü də bu terror aktı Laçın şəhər sakinlərinin növbəti hissəsinin öz yurduna qayıtmasından bir gün sonra baş verib.
Ardını oxu...
15 iyunda açılan atəş Laşına Böyük Qayıdışımıza da atılmış güllədir. Biz ermənilərin dinc keçidinə 3-cü ildir göz yumuruq, onlar isə… Hansı ölkə sərhədçisinə atəş açan qarşı tərəfə gül-çiçək yollayır, yaxud sərhəd qapısını açıb, “gəl, kef elə” deyir? Əgər ABŞ və ya Fransadan “Laçın yolunu aç” çağırış gəlsə, demək budəfəki qanı salan təkcə Rusiya deyil, həm də onlardır…Fransa Ermənistana silah və hərbi texnikanı Hindistanın əli, İranın yolu ilə göndərirsə, ABŞ bu faktı ittiham etmirsə, mənzərə aydındır…Və Şuşa Bəyannaməsinin ildönümü günündə törədildi bu terror aktı.

Zəngilan istiqamətində düşmənin ağır artilleriyanı da işə salmasından belə məlum olur ki, Azərbaycan 1920-ci ilin dekabrındakı ədalətsiz qərarı da təkbaşına icra etməli olacaq. Diqqət edin, bölgəyə soxulmaq üçün fürsət gəzən ölkələrdən biri Arazdəyəndə – Horazidə qədər uzanacaq dəmiryolunun üstündə zavod tikir, başqası Qafanda rus dilinin öyrədilməsi üçün “kurslar” açır, başqa biri “azad iqtisadi zona” yaradır…Məram-məqsədləri yolumuzu kəsməkdir! Düzülüblər Zəngəzur dəhlizinin üstündə. Hələ biri də var, dəmiryoluna nəzarət iştahına düşüb…

Bütün pislikləri yenəcəyik, inşallah! Qərbi Azərbaycana qayıdışımız ilahi ədalətin bərpası olacaq! Sonuncu azərbaycanlının tərk etdiyi Nüvədidən başlayacağıq, Allahın köməkliyi, Ordumuzun əzmi ilə! Proseslər göstərir ki, Azərbaycan ordusu təhlükəsiz zona, bufer məkan yaratmalı olacaq bu gedişlə, əks təqdirdə “maşa” rolunu oynayanların təxribatlarından sığortalanmaq çətin olacaq. Qardaş Türkiyə nümunəsi var: terrorçuların nəslini Şimali İraqda və Suriyada kəsir!
 

Dünyapress TV

Xəbər lenti