Ardını oxu...
Almaniyanın “Bild” nəşrinin müxbiri Byörn Ştritsel Ukraynada qəlpə yarası alıb.

Bu barədə nəşrin baş redaktoru Yohannes Boye tviterdə bildirib.

“Bild”in müxbiri Byörn Ştritsel Rusiyanın Ukraynaya təcavüzünü işıqlandırarkən qəlpə yarası alıb”, - o sosial şəbəkədə qeyd edib.

Baş redaktorun sözlərinə görə, yara çox ciddi olmasa da, bu olay Ukraynadakı müxbirlərin doğrunu demək üçün hansı çətinliklərlə qarşılaşdığını bir daha xatırladır.
 
Ardını oxu...
Ukraynadakı müharibədə qismən səfərbərlik başlayandan bəri artıq azı 538 səfərbər edilmiş rusiyalı ölüb.

Bu barədə “Mediazona” nəşri ilə birlikdə ölənləri sayan BBC məlumat yayıb.

Jurnalistlər vurğulayıblar ki, hesablama zamanı onlar yalnız açıq mənbələrdən - Rusiya KİV-in və regional hakimiyyət orqanlarının hesabatlarından əldə edilən təsdiqlənmiş məlumatlardan istifadə edirlər, buna görə də ölənlərin gerçək sayı daha çox ola bilər.

Donetsk vilayətinin Makeyevka şəhərində kazarmaya çevrilmiş peşə məktəbinin Yeni il ərəfəsində atəşə tutulması zamanı ölənlərlə bağlı məlumatlar bu rəqəmə daxil deyil, çünki onların adları hələ bəlli deyil və dağıntıların ayırd edilməsi hələ tamamlanmayıb. Rusiya Müdafiə Nazirliyi 63 nəfərin öldüyünü etiraf edib və bir çoxu itkin düşmüş hesab olunur. Teleqram kanalları hadisə şahidlərinə istinadən iddia edirlər ki, Makeyevkada ölənlərin sayı bir neçə yüzə çata bilər.
 
Ardını oxu...
DİA.AZ: - Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri onun məzarını ziyarət ediblər. Bu barədə DİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.



General-mayor P. Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.
2016-ci ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilmişdir.
P.Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.
0
 
 
Ardını oxu...
Müdafiə naziri Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Teref.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər.
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram.
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadi dayaqları formalaşdırılaraq, müstəqilliyimiz əbədi və dönməz olmuşdur. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin dayaqları daha da möhkəmlənərək Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.
Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasında böyük töhfələr verilib.
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan Vətən müharibəsi zamanı Böyük Zəfərin qazanılmasında rəşadətli Azərbaycan Ordusunun şəxsi heyəti misilsiz qəhrəmanlıq, fədakarlıq nümunələri göstərərək 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı, cəsarətli, qətiyyətli addımları nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı artıracaqsınız.
Hərbi anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bötövlüyünün qorunması naminə canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları hər iki bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, Xalqa, Dövlətə şərəfli xidmətinizdə uğurlar arzulayıram. Bayramınız mübarək olsun!
 
Ardını oxu...
Dekabrın 29-da Ukraynanın “S-300” zenit kompleksindən buraxılan raket Belarus ərazisinə düşüb.

Məlumatı “BelTA” agentliyi yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla saat 10-11 arasında baş verib və bununla bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko məlumatlandırılıb.

Məlumata görə, hadisə ilə bağlı iki versiya nəzərdən keçirilir. Qeyd edilir ki, Belarusa düşən raket bu yaxınlarda Polşada baş verən hadisənin oxşarıdır və raket Belarus Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub.
 
Ardını oxu...
İsrailin müdafiə naziri Beni Qantz ölkəsinin İrana hücuma hazırlığını artırdığını bildirib.

Bu barədə “Report” “Bloomberg”ə istinadla xəbər verir.
Qeyd edilir ki, o, hərbçilərin nüvə obyektlərinə zərbə endirməyə hazırlığına toxunub.

Hərbi Hava Qüvvələri əməkdaşlarına diplomların təqdimatı mərasimində danışan Qantz, bir gün pilotların belə bir hücumda iştirak etmək üçün çağırıla biləcəyini söyləyib.

"Siz iki və ya üç ildən sonra şərqdə səmanı keçə və son illərdə hazırlığı əhəmiyyətli dərəcədə artırarkən İranın nüvə obyektlərinə hazırlaşdığımız hücumda iştirak edə bilərsiniz", - Qantz deyib.
 
Ardını oxu...
“Rusiya məğlub olduğunu görsə, nüvə silahından istifadəyə cəsarət edəcək”.

Bunu İtaliyanın müdafiə naziri Guido Krosetto yerli KİV-ə müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın planında taktiki nüvə silahından istifadə məsələsi var: “Bizim üçün bu, ağlasığmazdır. Lakin Moskva, geri dönüşün olmadığını görsə, buna gedəcək”.

Nazir əmin edib ki, Rusiyanın sonuncu əsgəri Ukraynanın suveren torpaqlarını tərk edənə qədər Roma Kiyevlə yanaşı dayanacaq: “Biz Ukraynaya özünü qorumaqda kömək edəcəyik. Rusiya keçməməli olduğu sərhədi keçib”.

G.Krosetto İraliyanın Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyinə söz verib. O deyib ki, lakin bu prosedur bir qədər vaxt aparacaq.
 
 
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Corciya Meloni ilə danışıqlar aparıb.

“RBC-Ukraina” xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının teleqram kanalında məlumat verilib.

Müzakirə mövzularından biri Ukrayna hərbçiləri üçün hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü olub.

“Həmrəyliyə və “Ukraynaya hərtərəfli dəstəyə görə Corciya Meloniyə təşəkkür etdim. İtaliya hökumətinin əlavə 10 milyon avro yardım ayırmasını alqışladım. Corciya Meloni Ukrayna səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsinə baxılacağını açıqladı. “Sülh formulu”nu müzakirə etdik”, - V.Zelenski qeyd edib.
 
Ardını oxu...
Ukraynanın Zaporojye vilayətinin Vasilevsk rayonunun Novobeloserka kəndi yaxınlığındakı döyüşdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı məhv edilib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri dekabrın 25-də kəndə daxil olub. Nəticədə yüzə yaxın Rusiya hərbçisi öldürülüb və yaralanıb, o cümlədən Federal Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı zərərsizləşdirilib.

Qeyd edək ki, dekabrın 23-də Zaporojye vilayətinin Melitopol şəhərində avtomobildə partlayış baş vermişdi. Ehtimal olunur ki, avtomobildə Rusiya xüsusi xidmət orqanının əməkdaşları olub. Onların ikisi yaralanıb.
 
Ardını oxu...
Tayvan rəhbərliyi Çinin mümkün hücumlarından müdafiə olunmaq üçün yeni qərar qəbul edib.
Bakupost.az xəbər verir ki, ölkə başçısı Tsai İnq-ven 2024-cü ilin yanvarın 1-dən etibarən hərbi xidmət müddətinin 4 aydan 1 ilə qədər artırıldığını açıqlayıb.
Tayvan lideri bəyan edib ki, hərbi xidmət keçənlərə ödənilən aylıq əmək haqqı 6 510 Yeni Tayvan dollarından (təxminən 212 dollar) 20 min 320 Yeni Tayvan dollarına (təxminən 661 dollar) qədər artırılacaq.
Bu qərarın 2005-ci il yanvarın 1-dən sonra doğulmuş Tayvan vətəndaşlarına şamil ediləcəyi bildirilib.
 

Dünyapress TV

Xəbər lenti