Ardını oxu...
"Rusiyanın Birləşmiş Qoşun Qruplaşması Ukraynada yarana biləcək operativ şəraitə uyğun cavab vermək üçün döyüş qabiliyyəti olan mobil ehtiyat yarada bilməyib..."

"Rusiya qüvvələrinin hərbi müdaxilə başlanandan indiyədək hava əməliyyatlarını aparmaq inkanları məhduddur..."

Rusiya ordusu təcrübəli hərbi mütəxəssislər baxımından qıtlıq keçirir və öz qoşunlarını Ukraynada səmərəli şəkildə əlaqələndirə bilmir.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin analitik hesabatında deyilir.

Britaniyalı kəşfiyyatçıları qeyd edib ki, Rusiyanın Birləşmiş Qoşun Qruplaşması formal olaraq 446 gün öncə hərbi müdaxilə başlananda olduğu kimi təşkil edilib.

"Birləşmiş Qoşun Qruplaşması, ehtimal ki, əvvəlkitək 200 mindən artıq şəxsi heyətdən, beş qoşun qruplaşmasına bölünmüş 70 alay və bruqadadan ibarətdir.

Lakin 2022-ci ilin fevralında Birləşmiş Qoşun Qruplaşması peşəkar əsgərlərdən ibarət olub, kifayət qədər müasir texnika ilə təchiz edilib və mürəkkəb əməliyyatları işləyib hazırlamaq üçün müntəzəm olaraq məşq edib", - Böyük Britaniya kəşfiyyatı qeyd edib.

Göstərilir ki, Rusiya qüvvələrinin həm o zaman, həm də indi hava əməliyyatlarının aparılmasında imkanları məhduddur.

Hazırda Birləşmiş Qoşun Qruplaşması, əsasən, ehtiyatdan səfərbər edilmiş və pis təlim keçmiş əsgərlərdən ibarətdir və getdikcə daha çox köhnəlmiş avadanlıqdan asılı olur.

Bu zaman onların bir çox bölmələri hiss ediləcək qədər yarımçıq komplektləşdirilib. Həm də hazırda rusiyalılar yalnız çox bəsit piyada əməliyyatları aparmağa qadirdir.

Britaniya kəşfiyyatı "son dərəcə mühüm amilə" diqqət çəkib. Belə ki, Birləşmiş Qoşun Qruplaşmasının Ukraynada yarana biləcək operativ şəraitə uyğun cavab vermək üçün böyük, döyüş qabiliyyətli mobil ehtiyat yarada biləcəyi az ehtimal olunur.

"Birləşmiş Qoşun Qruplaşmasının 1200 km-lik cəhbə xətti boyunca stres şəraitində genişmiqyaslı hərbi əməliyyatları səmərəli şəkildə koordinasiya etməsi az ehtimal olunur", - Britaniya kəşfiyyatı izah edib.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin əks-hücum əməliyyatları aparmaq üçün kifayət qədər silaha malik olub-olmamasından danışıb.

Prezident bunu Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi brifinqdə deyib.

Dövlət başçısının sözlərinə görə, bunun üçün Ukraynanı lazımi silah və texnika ilə təmin etməli olan xarici tərəfdaş ölkələrə daha bir neçə səfər etmək lazımdır.

"Daha bir neçə səfər və vəssalam", - o deyib.

Bu kontekstdə Zelenski Almaniyanın Ukraynaya verdiyi dəstək baxımından Amerika Birləşmiş Ştatlarından sonra ikinci ölkə olduğunu vurğulayıb.

O, Ukraynanın Almaniyanın birinci olması üçün hər şeyi edəcəyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, Almaniya Ukraynanın təhlükəsizliyini dəstəkləməkdə davam etmək üçün bu və ondan sonrakı illər üçün 11 milyard avrodan çox vəsait ayırıb.
UNİAN
Ardını oxu...
Azərbaycan Ordusunun dəqiq artilleriya zərbələri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin (SQ) Basarkeçər rayonundakı avtomobil texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb.
AzVision.az xəbər verir ki, bu görüntüləri “Calibr” nəşri yayıb.

Birinci videoda düşmənin “KamAZ” markalı yük maşınına dəqiq zərbə göstərilir. Qeyd olunub ki, zərbə zamanı düşmənin canlı qüvvəsi yük maşınında olub. İkinci videoda isə Azərbaycan Ordusu Ermənistan SQ-nin minaatan heyətini dəqiq zərbə ilə məhv edir.
 
Ardını oxu...
Ermənistan silahlı qüvvələrinin ordumuza hücum zamanı istifadə etdikləri əldəqayırma PUA-ların idarə olunduğu komanda – qərargah məntəqəsi Ordumuz tərəfindən məhv edilib.
Oxu.Az-ın əldə etdiyi videodan aydın olur ki, komanda – qərargah məntəqəsinin yerləşdiyi yük avtomobili sərrast atəş nəticəsində partladılıb.
Bununla da həmçinin, Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadənin intiqamı alınıb.
Bununla bağlı görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Şimali İraqda "Pəncə-kilit" əməliyyatı zamanı bir əsgər şəhid olub.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqaviləli piyada əsgər Məhəmməd Küçük terror qruplarının təşkil etdiyi raket hücumunda şəhid olub.

Bu acı xəbər Məhəmmədin ailəsinə verilib.
 
Ardını oxu...
Qəzza zolağında buraxılan raketin İsrailin Rehovot şəhərində yaşayış binasına düşməsi nəticəsində 5 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Axar.az xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım xidməti məlumat yayıb.

Əlavə məlumat verilmir.
 
Ardını oxu...
Rosqvardiyanın 96-cı operativ təyinatlı alayı Qroznıdan Ukraynaya hərbi əməliyyatlarda iştirak etmək üçün yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Bu gün onlar döyüş mövqelərində olan əsgər yoldaşlarını dəyişmək üçün cəbhəyə gediblər”, - deyə Kadırov bildirib.

Onun sözlərinə görə, bu, Maqomed Tuşayevin rəhbərliyi altında böyük uğurlar qazanan Rosqvardiyanın ən döyüşə hazır və effektiv bölmələrindən biridir.
Ardını oxu...
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, növbəti dəfə atəşkəsi pozub.

Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.

Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
 
Ardını oxu...
İsrailin Təl-Əviv və digər şəhərlərində raket hücumu xəbərdarlığı işə düşüb. Bundan sonra partlayış səsləri eşidilib.

Qeyd edilir ki, hava xəbərdarlığı Qəzza zolağından raket hücumları səbəbindən aktivləşdirilib.

İsrailin cənubundakı Sdeorot şəhərindəki evlərdən birinə də raket düşüb. Zərbə nəticəsində xəsarət alan olmayıb.

Tel-Əvivə raket hücumları zamanı təyyarələrin Ben Qurion hava limanına enişi qısa müddətə dayandırılıb.

Aşkelon xəstəxanasına raket hücumları zamanı sığınacağa çatmağa çalışan iki zərərçəkmimş daxil olub. Həmçinin, daha 3 nəfərə ciddi narahatlıqla bağlı tibbi yardım göstərilib.
 
Ardını oxu...
“Vaqner”in rəhbəri Yevgeni Priqojin Baxmutda çətin vəziyyətə düşüb, çünki növbəti addımlarının hər biri onun məhvi ilə nəticələnə bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbəri Mixail Podolyak deyib.

"İrəliləmək olmaz, o zaman Ukrayna ordusu məhv edəcək. Geri çəkilsə də, Rusiya MN-nin cəza dəstələri məhv edəcək. Yerində qalmaq da olmaz. Onda da məhv edəcəklər. Sursat da verilmir. O zaman nə etmək lazımdır? Bütün dünya tərəfindən rəsmən terrorçu təşkilat kimi tanınmaq və finalı gözləmək...", - Podolyak bildirib.
 

Dünyapress TV

Xəbər lenti