Ardını oxu...
Kremlə hücum nəinki Rusiyada bütün dünyada təşvişə salıb. Hərçənd, federasiyanın qəlbinə hücum Ukrayna tərəfindən Putinə sui-qəsd kimi qiymətləndirilsə də, Zelenski zərbənin arxasında rəsmi Kiyevin olmadığını açıqlayıb.

Lakin Moskva adekvat cavab vermə hüququna malik olduğunu bəyan etməyi də unutmayıb.

Bu isə qarşıdurmanın daha geniş ariala daşınacağını istisna etmir.

Türkiyəli politoloq Mehmet Perinçek bildirib ki, Rusiya artıq bənzər hədəfləri vurmaq haqqına sahib oldu.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Ukraynanın paytaxtı Kiyevdə hava həyəcanı elan edilib.

32gun.az xəbər verir ki, bu barədə vətəndaşları xəbərdar etmək üçün rəsmi resurs məlumat yayıb.

Hava həyəcanı ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb.
 
Ardını oxu...
Niderland öz müttəfiqləri ilə Ukraynaya hərbi yardım çərçivəsində "F-16" qırıcı təyyarələrinin tədarükü məsələsini müzakirə edir.

Cebhe.info xəbər verir ki, bunu Niderland Krallığının Baş naziri Mark Rutte deyib.

Hökumət başçısı əlavə edib ki, bu məsələdə hər hansı bir qadağa və ya maneə yoxdur.
Ardını oxu...
Rusların Ukraynanı ittiham etdiyi dronların Kremlə “hücum” etməsi Moskvanın irimiqyaslı terror aktına hazırlığına sübut ola bilər.

Redaktor.az “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, prezidentin dəftərxana rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” hesabında yazıb.

“Kreml üzərində pilotsuz təyyarələrə gəlincə. Hər şeyi proqnozlaşdırmaq olar… Rusiya açıq-aydın genişmiqyaslı terror aktı hazırlayır. Ona görə də əvvəlcə Krımda təxribat törətməkdə şübhəli bilinən böyük bir dəstəni saxlayır. Sonra isə Kreml üzərində “dronları nümayiş etdirir” – Podolyak bildirib.

O vurğulayıb ki, Ukrayna sırf müdafiə müharibəsi aparır və Rusiya Federasiyasının ərazisindəki obyektlərə bu cür “hücumlar” heç də bir hərbi problemi həll etmir. Ancaq eyni zamanda, Moskva üçün bu cür hərəkətlər dinc ukraynalılara qarşı zərbələrə haqq qazandırmaq üçün əsas olardı.

“İkincisi, biz Rusiyanın müxtəlif bölgələrində baş verən insidentlərin və həddi aşmanın artımını maraqla izləyirik. Enerji obyektlərində və ya Kremlin ərazisində naməlum PUA-ların peyda olması yerli müqavimət qüvvələrinin yeraltı işindən xəbər verə bilər. Bildiyiniz kimi, pilotsuz təyyarələri istənilən hərbi mağazadan almaq olar”, – OP rəhbərinin müşaviri bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və onun əlaltılarının ölkə üzərində hakimiyyət nəzarətini itirməsi göz qabağındadır. Buna görə də, “Rusiyada mütləq nəsə baş verir, amma Kreml üzərində Ukrayna pilotsuz təyyarələri olmadan”.

Xatırladaq ki, bu gün, mayın 3-də ruslar Ukraynanı dronların köməyi ilə Kremlə hücum etmək cəhdində ittiham etməyə başlayıblar.
 
Ardını oxu...
Məhəmməd Əsədullazadə: “Laçın yolu ilə bağlı Rusiya tərəfinin təklifləri olacaq”

Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsovun bu həftə ərzində danışıqlar üçün Bakıya gələcəyi bildirilir. Ermənilər danışıqların sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı olduğunu desələr də, bu, reinteqrasiya prosesinin növbəti addımı kimi də qiymətləndirilir.

Separatçı rejimin “rəsmiləri” sülhməramlı komandanlığının onlara çərşənbə gününə kimi gözləməyi tapşırdıqlarını qeyd edirlər. Bunu onunla əsaslandırırlar ki, Lentsov Xankəndidə separatçıların lideri Araik Arutyunyanla görüşdə onlara müəyyən söz verib. Görüşdə separatçılar Lentsovdan Laçın sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi üçün Rusiya tərəfinin addım atmasını istəyiblər. Lentsov yaxın günlərdə Bakıya gedəcəyini və məsələ ilə bağlı müzakirələr aparacağını bildirib. Halbuki, Ermənistan-Azərbaycan sərhədində qurulan Laçın sərhəd-buraxılış məntəqəsində ermənilərin Ermənistana gedib-gəlməsinə heç bir məhdudiyyət qoyulmayıb.

Bütün hallarda, Lentsovun Bakı səfəri zamanı müzakirə mövzusu nə ola bilər? Sərhəd-buraxılış məntəqəsinin qurulmsı erməniləri reinteqrasiya məsələlərində müəyyən addımlar atmağa sövq edə bilərmi?

“Sülhməramlı qüvvələrinin fəaliyyəti bizim üçün qənaətbəxş deyil”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, Rusiya sülhməramlı qüvvələrinin yeni komandanının Bakıya gəlişi protokol xarakterlidir. Bundan nəsə böyük bir yenilik gözləmək doğru olmaz. Çünki bundan əvvəl LentsovErmənistanda olub. Ona görə də o, Bakıya da gəlməlidir. Onun Bakıda apardığı müzakirələr əsasən Laçın yolundakı nəzarət tədbirləri və reinteqrasiya prosesi ilə bağlı ola bilər. Ancaq biz birdəfəlik bilməliyik ki, Rusiya tərəfi konkret reinteqrasiyaya qarşıdır. Belə olmasaydı, separatçılar bu vaxta qədər dirəniş göstərməzdilər. Çünki reinteqrasiya olandan sonra sülhməramlılara hansısa ehtiyac olmayacaq. Sadəcə, burada Azərbaycan tərəfi Rusiyanın reinteqrasiya prosesinə mane olmamasını tələb etməlidir. Bununla bağlı konkret tələblərini ortaya qoymalıdır. Laçın yolu ilə bağlı Rusiya tərəfinin təklifləri olacaq. Hesab edirəm ki, qəti surətdə bu məsələlər müzakirə predmeti olmamalıdır. Ona görə ki, bu təkliflər separatçıların maraqlarını özündə əks etdirəcək. Rusiyanın əsas məqsədi Laçın yolunda nəzarət-buraxılış məntəqəsinə birgə nəzarətin təmin edilməsidir. Buna da getmək olmaz. Çünki düşünürəm ki, sülhməramlı qüvvələrinin fəaliyyəti bizim üçün qənaətbəxş deyil. Ona görə də Rusiya tərəfinin mövqeyi bizim üçün yalnız problem yarada bilər. Hesab edirəm ki, Azərbaycan sülhməramlı qüvvələrinin çıxarılması istiqamətində işlərə başlamalıdır. Nəzarət-buraxılış məntəqəsi qurulduqdan sonra bizim üçün reinteqrasiya məsələləri asanlaşır. Bizim üçün Xankəndidə de-yure nəzarəti bərpa etmək prosesi başlayır”.

Vidadi ORDAHALLI
 
Ardını oxu...
Azərbaycana mina axtarışı üçün xüsusi təlim keçmiş daha beş it gətirilib. Bu barədə çərşənbə axşamı Azərbaycan Milli Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbəri Vüqar Süleymanov jurnalistlərə bildirib.

O xatırladıb ki, 2021-ci ildə ABŞ-ın Marşal İrsi İnstitutu ilə saziş imzalanıb, bu saziş çərçivəsində Azərbaycana mina axtarışı təlimi keçmiş itlər göndərilib. Bu sazişdə nəzərdə tutulan sonuncu 5 it indi gətirilib.

Xatırladaq ki, ümumilikdə Marşal İrsi İnstitutu Azərbaycana mina axtarışı təlimi keçmiş 70 itin hədiyyə olaraq veriləcəyini bildirmişdi.

* 10 noyabr 2020-ci il tarixində Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan SQ-nin basdırdığı minaların partlaması nəticəsində Azərbaycan tərəfdən 299 hərbiçi və dinc sakin xəsarət alıb. Onların 55 nəfəri ölüb, 244 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Ardını oxu...
Rusiya Baxmut yaxınlığında hərbi əməliyyatlar dövründə 100 min əsgər itirib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, bu rəqəmləri Amerika kəşfiyyatı əldə edib. Xüsusən dekabrdan bəri “Vaqner”in 20 min döyüşçüsü öldürülüb.

Kirbi bildirib ki, Rusiya ordusunun Baxmut hücumu dayandırılıb və uğursuzluğa düçar olub.
 
Ardını oxu...
Rusiya hərbçiləri mayın 1-də gecə saatlarında Dnepropetrovsk vilayətinə raket zərbələri endirib. Pavloqrad rayonu və vilayət ərazisinə iki dəfə raket hücumu olub.

Bu barədə Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşuk bildirib.

Ukrayna hava hücumundan müdafiə sistemi 7 raketi zərərsizləşdirməyə müvəffəq olub.

Onun sözlərinə görə, tibbi yardım üçün 25 nəfər müraciət edib, onlardan üçü uşaqdır.

Pavloqrad rayonunda sənaye müəssisəsi, 19 çoxmənzilli və 25 fərdi yaşayış evi, 3 məktəb və eyni sayda uşaq bağçası, yarım dükan dağıdılıb.

Ukraynaya ümumilikdə 18 ədəd qanadlı raketin atıldığı bildirilir. Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri düşmənin 15 hava hədəfini məhv edib.
Ardını oxu...
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) təşkil etdiyi əməliyyatda PKK/YPG-nin hərbi kəşfiyyatçısı Sabri Abdullah Ayn Əl Ərəb zərərsizləşdirilib.

Türkiyə mediasının təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Abdullahın 2018-ci ildə MİT-in keçirdiyi əməliyyatdan yaralı olaraq xilas olub.

Məlumatda bildirilir ki, terror təşkilatı PKK/YPG-nin böyük şəhərlərdə təxribatlara əmr verən "hərbi kəşfiyyat rəhbəri" Sabri Abdullah zərərsizləşdirilib.

Dünyapress TV

Xəbər lenti