Rus ordusu taxıl və noxud ambarlarına raket zərbəsi endirdilər...
Rusiya hərbçiləri Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxlanıldığı terminalı atəşə tutub.

Teref.az UNİAN-a istinadən xəbər verir ki, hücum “Kalibr” raketləri ilə həyata keçirilib.

Bildirilib ki, işğalçılar 100 ton noxud və 20 ton arpa məhv ediblər.

Partlayış nəticəsində iki nəfər yaralanıb.

Qeyd edək ki, ruslar üçüncü gecədir ki, Odessa vilayətinə hücuma keçiblər.

 
 
 

Dünyapress TV

Xəbər lenti