Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu çərçivəsində Ukraynaya 2027-ci ilə qədər ildə 5 milyard avro məbləğində hərbi təchizat məqsədilə xüsusi mexanizm yaratmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.
“Biz Ukraynaya hərbi yardım üçün xüsusi xətt yaratmağı təklif etdik: növbəti 4 il ərzində ildə 5 milyard avro. Bu, eyni alət, Avropa Sülh Fondu çərçivəsindədir, lakin indi bu, xüsusi xətt olacaq”, - o bildirib.