Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin raket və mərmi istehsalına başladığını bildirib.
Bu barədə Ukrayna lideri “Rada” telekanalının efirində bildirib.
"Mən sizə nə qədər istehsal etdiyimizi deyə bilmərəm, amma bu, çox böyük miqdardır", - o deyib. Bundan əvvəl Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bildirib ki, 2023-cü ilin iyulunda Kiyev bütün ötən illə müqayisədə iki dəfə çox minaatan və artilleriya mərmisi istehsal edib.