Şoyqu Kiyevi İTTİHAM ETDİ:
Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatı başlayandan 66 mindən çox insan və 7,6 min silah-sursat itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib.

Şoyqu Kiyevi mülki hədəflərə hücum etməklə əks-hücumunun uğursuzluğunu gizlətməyə çalışmaqda ittiham edib:

“Əkshücum adlandırılan əməliyyatın əvvəlindən düşmən itkiləri 66 min nəfəri və 7,6 min silah-sursatı ötüb”.
Nazirin sözlərinə görə, bu müddət ərzində Rusiya qoşunları Ukrayna tərəfinin 159 HIMARS raketini, mindən çox pilotsuz uçuş aparatını, 13 qanadlı raketi vurub.
 

Dünyapress TV

Xəbər lenti