Rusiya Prezidenti Vladimir Putinlə “Vaqner” RMC-nin rəhbəri Yevgeni Priqojin arasında razılaşmalar pozulub . Bunu "vaqnerçilər"in Rusiyaya qayıtması ilə bağlı məlumatlar da göstərir.
"AzPolitika.info"-nun məlumatına görə, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat yayıb.
Məlumatda iddia edilir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın muzdluları saxlamaq üçün pul ödəməyəcəyini anlayanda "Vaqner RMC"ni maliyyələşdirməkdən imtina edib. Hesabatda həmçinin bildirilir ki, Putin "Vagner RMC"ni döyüş bölməsi kimi saxlamaqda maraqlıdır, lakin Priqojini təhlükə olaraq görməkdə davam edir.
Analitiklər hesab edirlər ki, bütün bunlar muzdluları əsəbiləşdirəcək və Putinin üsyandan bəri fəal şəkildə yaratmağa çalışdığı daxili təhlükəsizlik cəbhəsini sarsıdacaq.