İyulun 28-i axşam saatlarında Rusiya Dneprdə çoxmərtəbəli yaşayış binasına hücum edib.
APA-nın UNİAN-a istinadla verdiyi xəbərə görə, iki güclü partlayış olub.
"Dnepr. Terrorçu dövlət çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib. Əməliyyat-xilasetmə xidmətləri insanların xilas edilməsi və nəticələrinin aradan qaldırılması üçün işə başlayıb. Bu, müharibə cinayətidir, müharibə qanunlarının və adətlərinin həyasızcasına pozulmasıdır. İcra edənlər və sifarişçilərmüharibə cinayətkarlarıdır. Onlar cəzalarını alacaqlar”, – deputat Aleksandr Bakumov yazıb.
Prezident Aparatının rəhbəri Andrey Yermak da Dneprdəki partlayışları “Rusiya terrorçuları” ifadəsi ilə şərh edib.
Raketin evin yuxarı mərtəbələrinə düşdüyü bildirilir. Çox sayda mənzil dağılıb və zədələnib.