Azərbaycandan Xankəndiyə təklif:
Hazırda Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan erməni əhalisinin ərzaq ehtiyatları kifayət qədərdir, acından heç kəs ölməyəcək.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Bildirilib ki, Azərbaycan rus sülhməramlılara təklif də verib:

“Azərbaycan rus sülhməramlılara təklif verib ki, ehtiyac varsa, Ağdamdan ürəkləri istəyən qədər ərzaq ala bilərlər”.

Nəşrin məlumatına görə, Bakının bu təklifinə yaxın zamanda müsbət cavab verilmə ehtimalı böyükdür.

Qeyd edək ki, 15 iyunda ermənilərin “Laçın” sərhəd-buraxılış məntəqəsində sərhədçilərimizi və rus sülhməramlıları atəşə tutmasından sonra post müvəqqəti olaraq bağlanıb.
 

Dünyapress TV

Xəbər lenti