Ardını oxu...
Martın 25-də Ermənistanın müdafiə naziri Suren Papikyan qadın alayı üçün nəzərdə tutulmuş N saylı hərbi hissənin ərazisinə və çağırışçı qadınların tədris mərkəzinə baş çəkib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

Papikyan ərazini gəzib, tikililərin şəraiti ilə yerindəcə tanış olub.

Müdafiə Nazirliyinin əsaslı tikinti və şəxsi heyətin yerləşdirilməsi idarəsinin rəisi vəzifəsini icra edən Suren Papikyana hərbi hissənin bina və tikililərinin seysmik müqaviməti, eləcə də yenidən qurulacaq və təmir olunacaq binaların təfərrüatları barədə məlumat verib. Eyni zamanfa nazir layihə və tikinti işlərinin müddətləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Beləliklə, ordusunu kişilər hesabına komplektləşdirə bilməyən - 44 günlük müharibədə 10 min hərbçisi fərarilik edən ölkədən söhbət gedir - Ermənistan indi qadınların ümidinə qalıb… Üstümüzə axçilər gəlir!
Ardını oxu...
Bu gün növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti aşkarlanıb.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı videogörüntüdə ərazilərimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan "KamAZ" avtomobilinin hərəkəti texnikinin müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Azərbaycanın Müdafiə Nazirliyi son günlər artıq neçənci dəfədir ki, Rusiya sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət edən görüntülərini yayır.

Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərinə düşən vəzifə borcunu yerinə yetirmir, əksinə, bir sıra hallarda özü onu pozur. Bu isə həm Rusiya sülhməramlı kontingentinə olan etimadı azaldır, eyni zamanda Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni dəstələrinin geniş əl-qol açmasına, Azərbaycan ərazisində növbəti təxribatlara yol açır.

Üzərinə düşən missiyanı yerinə yetirməyən sülhməramlı kontingent mandatının tam əksinə fəaliyyət göstərir, qanunsuz əməllərini gündən-günə artırır, onların bu cür himayəsi isə erməni silahlılarının növbəti təxribatlarına rəvac verir. Ötən il, eləcə də 2021-ci ildə qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri təxribatlar “sülhməramlıların” bu himayəsindən qaynaqlanırdı.

Azərbaycan dəfələrlə Ermənistana, Rusiya Müdafiə Nazirliyinə və "sülhməramlıların" rəhbərliyinə bu qanunsuzluqlara yol verilməməsi müraciəti ilə xəbərdarlıqlar edib. Lakin Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatlar, foto və videogörüntülə vəziyyətin dəyişmədiyini, “sülhməramlıların” öz amplualarında qaldığını, müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində ikibaşlı oyun oynadıqlarını üzə çıxarır.

Ancaq belə davam edərsə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını reallığa çevriləcək. Bu isə təkcə regionda deyil, bütün dünyada adını “sülhməramlı” qoyan kontingentin missiyasının əsl mahiyyətini ortaya çıxaracaq, eyni zamanda onun daha da nüfuzdan düşməsinə səbəb olacaq. Çünki məramı sülh olan kontingent qanunsuz silahlı birləşmələr üçün silah daşımamalı, silah-sursat daşıyan karvanı müşayiət etməməlidir. Ən azı ona görə ki, qanunsuz silahın, birləşmənin olduğu yerdə sülhdən danışmaq sadəlövhlükdür.
Ardını oxu...
ABŞ Hərbi Hava Qüvvələrinin Suriyadakı iranyönlü birləşmələrin mövqelərinə ötən gecə həyata keçirdiyi hava hücumu İran hakimiyyətinə birbaşa xəbərdarlıqdır.

Bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.

“ABŞ-ın İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqelərinə hava zərbəsi endirməsi İrana birbaşa xəbərdarlıqdır”, – deyə rəsmi nümayəndə bildirib.

O əlavə edib ki, ABŞ-ın bölgədəki qüvvələri Tehranın sabitliyi pozan hərəkətlərinə qarşı mübarizə aparmaq üçün yüksək hazırlıq vəziyyətindədir.

Xatırladaq ki, ötən gün ABŞ Hərbi Hava Qüvvələri Suriyada iranyönlü birləşmələrin mövqelərinə zərbələr endirib. Zərbələr nəticəsində düşərgə, silah anbarı və 11 silahlı zərərsizləşdirilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan obyektlərə zərbələr cümə axşamı Rumeylandakı ABŞ bazasında dronun helikopter meydançasına hücumundan sonra həyata keçirilib. Sözügedən dron hücumu zamanı bir hərbçi həlak olmuşdu, 6 hərbçi isə yaralanmışdı.
 
Ardını oxu...
Slovakiya ötən il öz hərbi hava qüvvələrindən çıxarılan 13 “MiQ-29” qırıcısından ilk dördünü Ukraynaya təhvil verib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Transfer Slovakiya Hərbi Hava Qüvvələri ilə razılaşdırılaraq ukraynalı pilotlar tərəfindən həyata keçirilib.

Qalan təyyarələr yaxın həftələrdə Ukraynaya təhvil veriləcək.

Xatırladaq ki, martın 17-də Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.
 

Azərbaycanın Müdafiə Nazirliyi Arazdeyən (Yerasx) istiqamətində erməni hərbçisinin ölümündə Azərbaycan tərəfinin əli olduğunu təkzib edib.

“Martın 22-də saat 16:20 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusu Arşak Serezhaeviç Sarkisyan Yerasx istiqamətində yerləşən döyüş mövqeyində düşmən tərəfindən açılan atəş nəticəsində ölümcül yaralanıb”, – Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti çərşənbə günü bildirib.

Lakin Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib: «Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür».

Ardını oxu...
Ermənistan öz səmasını İran PUA-larına açıb.

SEPAH-a yaxın İran KİV-lərində yayılan məlumatlara görə, Ermənistan vəziyyətin dəyərləndirilməsi üçün öz səmasını İran PUA-larına açıb. İranın pilotsuz təyyarələri Ermənistan hökumətinin icazəsi ilə ölkə ərazisinə daxil olublar.

Eyni zamanda, SEPAH-ın təbliğat resursları regionda genişmiqyaslı müharibə ehtimalı barədə xəbərdarlıq edib.

Məlumatlarda iddia olunur ki, İrandan kənarda təxribat və terror əməliyyatları həyata keçirən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin Azərbaycanla silahlı münaqişəyə gisməsi ehtimalı ola bilər. Həmçinin İran-Azərbaycan müharibəsi baş verəcəyi təqdirdə İsrailin müdaxilə edəcəyi iddia edilir.

Bu mesaj IRGCQODS-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun teleqram kanalında Ermənistan və İran silahlı qüvvələrinin müharibəyə hazırlığı ilə bağlı xəbərdarlıqların yerləşdirilməsinin ardınca yayılıb.

İran KİV-ləri onu da iddia edir ki, İran xarici işlər nazirinin müavini Əli Baqerinin Ermənistana səfərinin məqsədi müharibə olacağı təqdirdə İrəvana dəstək göstərmək niyyəti daşıyır.
Ardını oxu...
İsrail təyyarələri Hələb beynəlxalq hava limanı yaxınlığında raket zərbəsi endirib.

Publika.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum Aralıq dənizindən həyata keçirilib:

"İsrail səhər saat 3:55-də Aralıq dənizindən, Latakiyanın qərbində, Hələb Beynəlxalq Hava Limanı ərazisinə bir neçə raket zərbəsi endirib.

Təcavüz nəticəsində Suriyanın şimal paytaxtının hava limanına maddi ziyan dəyib, hərbi idarədə fəaliyyət dayanıb. İsrail tərəfi hələlik insidentlə bağlı açıqlama verməyib".
Ardını oxu...
Ermənistana məxsus qırıcı Türkiyə ilə sərhəddə patrul uçuşu keçirir.

Cebhe.info xəbər verir ki, bu barədə İran mənbələri məlumat yayıb.

Ehtimal edilir ki, Türkiyə tərəfdən də sərhəd yaxınlığında hərəkətlənmə var.

Əlavə məlumat verilmir.
 
Ardını oxu...
Çinin Ukraynada müharibəni bitirmək planı əsas götürülə bilər. Təbii ki, Qərb və Ukrayna buna hazır olarsa.

Editor.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə birgə mətbuat konfransında deyib: “…Əlbəttə, biz Ukrayna ətrafındakı vəziyyəti də nəzərdən qaçırmadıq.

Biz hesab edirik ki, Çinin təqdim etdiyi sülh planının bir çox müddəaları Rusiyanın yanaşmaları ilə üst-üstə düşür və onlar sülh yolu ilə nizamlanma üçün əsas götürülə bilər. Əgər Qərbdə və Kiyevdə buna hazır olarlarsa. Lakin indiyə qədər biz onların belə bir hazırlığını müşahidə etməmişik”. Öz növbəsində Çin lideri qeyd edib ki, Pekin Ukraynada sülh və dialoqun tərəfdarıdır.

Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı müharibəsini həll etmək ideyaları ilə “sülh planı”nı elan edib və həmin plan aşağıdakı 12 bənddən ibarətdir:
– Bütün ölkələrin suverenliyinə hörmət;
– “Soyuq müharibə zehniyyətindən” imtina;
– Hərbi əməliyyatların dayandırılması;
– Sülh danışıqlarının bərpası;
– Humanitar Böhranla Mübarizə;
– Mülki əhalinin və hərbi əsirlərin müdafiəsi;
– Atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi;
– Strateji risklərin azaldılması;
– Taxıl ixracının təşviqi;
– “Birtərəfli sanksiyalara son”;
– Sənaye və tədarük zəncirlərinin sabitliyinin dəstəklənməsi;
– Müharibədən sonrakı yenidənqurmanın təşviqi.
 
Ardını oxu...
Əliyev Blinkenlə telefon söhbətində Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin Azərbaycan ərazisində olduğunu bildirib. Prezident ilk dəfədir erməni silahlı dəstələrinin sayı ilə bağlı konkret rəqəm açıqlayır.
Bu hərbçilər Azərbaycan ərazisindən çıxarılmadığı müddətdə Ermənistanla sülh müqaviləsinin imzalanması mümkünsüzdür. Əliyevin ABŞ-a izah etmək istədiyi də budur.
Şübhəsiz ki, Azərbaycanın bu qüvvələrin məcburi çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində planı var. Ermənistan ordusunun ərazimizdəki hərbçilərinin sayının dəqiqləşdirilməsi də hazırlığın bir hissəsi hesab edilə bilər.
Asif Nərimanlı
Teref.az

Dünyapress TV

Xəbər lenti