Pentaqon rəhbəri: “Logistik dəstək Ukraynadakı döyüşlərin nəticəsini müəyyən edə bilər” “Logistik dəstək Ukraynadakı döyüşlərin nəticəsini müəyyən edə bilər”.
Bunu Pentaqonun rəhbəri Lloyd Austin Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Düşünürəm ki, sonda üstünlük logistika baxımından daha yaxşı olan tərəfə keçəcək”-deyə, o bildirib.
O əlavə edib ki, Pentaqon Ukrayna qoşunlarını təsirli silahlarla təmin edəcək: “Döyüşlər dəyişkən və gözlənilməzdir, lakin ABŞ nə qədər lazımdırsa, Ukraynanı dəstəkləməyə hazırdır”.