Ardını oxu...
Qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri və FSB-nin əməkdaşı İqor Girkin Ukraynaya qarşı döyüşmək üçün rusiyayönlü qüvvələrə qoşulub.
Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarından sonra Girkin könüllü olaraq orduya yazılıb.

Onun Ukrayna cəbhəsində bir bölməyə qərargah rəisi təyin edildiyi bildirilir. Bu xəbərin ardınca Ukrayna Kəşfiyyatı Girkinin başına 100 min dollar mükafat qoyulduğunu açıqlayıb.

Hollandiya mətbuatının yazdığına görə, Girkin avqust ayında Xerson şəhəri yaxınlığında öz təşəbbüsü ilə cəbhəyə yollanmaq istəsə də, buna icazə verilməyib və o, saxlanılaraq yenidən Moskvaya göndərilib.

Xatırladaq ki, Girkin 2014-cü ildə Malayziya Hava Yollarına məxsus təyyarənin Ukraynanın şərqində vurulması işində əsas şübhəli şəxs qismində mühakimə olunur. Beynəlxalq araşdırma qrupunun məlumatına görə, 298 nəfərin ölümü ilə ntəicələnən qəza Rusiya istehsalı olan BUK raketi ilə vuruldub.

Bu hadisədən sonra Rusiya Donbas bölgəsindən Girkin və digər rəsmiləri Moskvaya geri çağırıb. Haaqada ömürlük həbs cəzası ilə qiyabi mühakimə olunan Girkinin ekstradisiyası tələbinə Moskva heç bir cavab verməyib.
 
Ardını oxu...
Belqorod vilayətinin Soloti kəndindəki poliqonda baş verən qətliam dini münaqişənin tərkib hissəsi ola bilər.

Bu barədə özünü hadisənin şahidi adlandıran hərbçiyə istinadən məlumat yayılıb.

Onun sözlərinə görə, münaqişə üç əsgərin - bir dağıstanlı, bir azərbaycanlı və bir adıgeyin “artıq xidmət etmək istəmədikləri barədə hesabat yazmaq istəməsi” ilə başlayıb. Etirazçılar bu müharibənin onalara aid olmadığını bəyan ediblər.

Bundan xəbər tutan, mənbənin polkovnik-leytenant Andrey Lapin adlandırdığı, komandirlərdən biri guya “hamını başına yığıb” və “bu, müqəddəs müharibədir”, - deyə bildirib. Bundan sonra tacik əsilli hərbçilər müqəddəs müharibənin müsəlmanların kafirlərə qarşı müharibəsi olduğunu bəyan ediblər. Polkovnik-leytenantın cavab olaraq Allahı “zəif” və ya “qorxaq” adlandırdığı iddia edilir ki, bu da orada olanların çoxunu “şoka salıb”. Belə ki, zabitlər arasında başqırdlar və tatarlar kimi müsəlmanlar da olub.

Tezliklə üç müqaviləli tacik əsgəri - baş cavuş Bikzot, kiçik cavuş Ami (o, qaçmağa müvəffəq olub) və Anuşa digər müsəlmanlara kənara çəkilmələrini söyləyərək, pulemyotlarını götürüb polkovnik-leytenant Lapinin və fərq qoymadan atəş açaraq daha 29 nəfərin həyatına son qoyublar. Atışma səsini eşidən Semyonov adlı gizir iki taciki öldürüb, üçüncüsü isə yaralanaraq qaçıb.
 
Ardını oxu...
Belqorod vilayətinin Soloti kəndindəki poliqonda baş verən qətliam dini münaqişənin tərkib hissəsi ola bilər.

Bu barədə özünü hadisənin şahidi adlandıran hərbçiyə istinadən məlumat yayılıb.

Onun sözlərinə görə, münaqişə üç əsgərin - bir dağıstanlı, bir azərbaycanlı və bir adıgeyin “artıq xidmət etmək istəmədikləri barədə hesabat yazmaq istəməsi” ilə başlayıb. Etirazçılar bu müharibənin onalara aid olmadığını bəyan ediblər.

Bundan xəbər tutan, mənbənin polkovnik-leytenant Andrey Lapin adlandırdığı, komandirlərdən biri guya “hamını başına yığıb” və “bu, müqəddəs müharibədir”, - deyə bildirib. Bundan sonra tacik əsilli hərbçilər müqəddəs müharibənin müsəlmanların kafirlərə qarşı müharibəsi olduğunu bəyan ediblər. Polkovnik-leytenantın cavab olaraq Allahı “zəif” və ya “qorxaq” adlandırdığı iddia edilir ki, bu da orada olanların çoxunu “şoka salıb”. Belə ki, zabitlər arasında başqırdlar və tatarlar kimi müsəlmanlar da olub.

Tezliklə üç müqaviləli tacik əsgəri - baş cavuş Bikzot, kiçik cavuş Ami (o, qaçmağa müvəffəq olub) və Anuşa digər müsəlmanlara kənara çəkilmələrini söyləyərək, pulemyotlarını götürüb polkovnik-leytenant Lapinin və fərq qoymadan atəş açaraq daha 29 nəfərin həyatına son qoyublar. Atışma səsini eşidən Semyonov adlı gizir iki taciki öldürüb, üçüncüsü isə yaralanaraq qaçıb.
 
Ardını oxu...
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cabbarov MirSaleh Təhməz oğlunun 15 oktyabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
 
 
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Zaporojye vilayətinin 7 yaşayış məntəqəsindəki mövqelərinə zərbələr endirib.
Ukrayna mətbuatı xəbər verir ki, silah-sursat anbarları, eləcə də S-300 kompleksləri sıradan çıxarılıb.

Ümumilikdə son 3 gün ərzində Berdyansk qəsəbəsi ərazisində dörd S-300 sistemi məhv edilib, sursat anbarı dağıdılıb və 20-dən çox hərbçi yaralanıb. Tokmakda 10 hərbi texnika vurulub, 40-a qədər hərbçi xəsarət alıb. Kamenets-Dneprovskayada 7 hərbi texnika məhv edilib, düşmənin 40-a yaxın hərbçisi yaralanıb. Orexov, Horse Rozdory və Tokmak yaşayış məntəqələri ərazilərində 100-ə yaxın hərbçi zərərsizləşdirilib.

 
Ardını oxu...
"Rusiya artıq dəqiq idarə olunan raket ehtiyatlarının üçdə ikisindən çoxunu istifadə edib".

Bu barədə Müdafiə naziri Aleksey Reznikov Telegram -da məlumat verib.

Eyni zamanda o, düşmənin yüksək dəqiqlikli uzaqmənzilli raketlərdən istifadə etməsi ilə bağlı statistik rəqəmlərə istinad edib: 1844 raket Rusiya tərəfindən istifadə olunub, 609-u qalıb.

"Ukraynadakı mülki hədəflərə qarşı yüzlərlə yüksək dəqiqlikli raketlərdən istifadə etməklə təcavüzkar dövlət hərbi hədəfləri məğlub etmək imkanlarını azaldır. İki nəticə: Rusiyanın hərbi məğlubiyyəti qaçılmazdır; Rusiya terrorçu dövlətdir", - Reznikov yazıb.
 
Ardını oxu...
Ermənistanın müdafiə naziri Suren Papikyan hökumət iclasında ölkə əhalisi üçün sensasion bəyanatla çıxış edib. Belə ki, o, ehtiyatda olan hərbçilərin üç aylıq toplanışlarının 25 günlüklərlə əvəz olunacağını bəyan edib.

Bu barədə yerli “Hraparak” qəzeti məlumat verib.

“Vətəndaşlar yeddi gün təlim keçir, 14 gün döyüş növbətçiliyindədirlər. Gələcək toplanışlar 25 günlük olacaq; biz üç aylıq toplanışlardan imtina edirik. Bu, Ermənistanın hərbi xidmətə cəlb olunan bütün vətəndaşları üçün məcburidir”, - deyə nəşrdə nazirdən sitat gətirilib.

“Hraparak”dan vurğulanıb ki, bu, əvvəllər heç vaxt hərbi xidmət keçməyən, əlində silah olmayan, 10-15-20 il əvvəl xidmət edənlər də daxil olmaqla 50 yaşdan yuxarı bütün kişilərin təlim düşərgəsinə, hətta lazım gələrsə, sərhədi qorumağa göndəriləcəyi deməkdir.
 
Ardını oxu...
NATO üzvü olan 15 Avropa ölkəsi ən yaxşı hava hücumundan müdafiə sisteminin yaradılması layihəsinə başlayıb.

Layihədə Almaniya, Böyük Britaniya, Slovakiya, Norveç, Latviya, Macarıstan, Bolqarıstan, Belçika, Çexiya, Finlandiya, Litva, Niderland, Rumıniya və Sloveniya iştirak edirlər.Bu ölkələrin müdafiə nazirləri “Səma qalxanı” adlı Avropa təşəbbüsünə dair bəyannamə imzalayıblar. Bəyannamə NATO-nun Brüsseldə keçirilən iclası çərçivəsində imzalanıb.

Layihə hazırda Avropanın qoruyucu qalxanındakı mövcud boşluqları bağlamağa kömək edəcək. Müəyyən məqamlarda problemlər mövcuddur. Məsələn, öz trayektoriyası üzrə yüksək hündürlüklərə çatan ballistik raketlərdən, həmçinin pilotsuz təyyarələrdən və qanadlı raketlərdən müdafiə ilə bağlı çatışmazlıqlar müşahidə olunur.

Diplomatların sözlərinə görə, Estoniya da layihədə iştirak etmək niyyətindədir.
 
Ardını oxu...
“Rusiyanın Ukraynaya raket hücumu cəbhədəki uğursuzluqla bağlıdır”.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.
Onun sözlərinə görə, Rusiyanın törətdiyi terror aktları əhalini qorxutmaq üçündür: “Lakin bu, əks-effekt verir. Fikrimcə, Rusiyanın hücumları davamlı ola bilməz. Bunun iki əsas səbəbi var. Birincisi, intensiv raket zərbələri Rusiyaya gündə ən azı 700 milyon dollara başa gəlir. İkincisi, “Kalibr” və “İskander”in ehtiyatları tükənmək üzrədir. Sanksiyalara görə yenilərini istehsal etmək isə çətindir”.
A.Yusov bildirib ki, zərbələr davam edə bilər: “Ona görə də hava hücumu siqnallarına laqeyd yanaşmaq olmaz”.
Qeyd edək ki, Rusiya oktyabrın 10-dan etibarən Ukraynanın paytaxtı Kiyev və digər vilayətləri müntəzəm raket zərbələrinə məruz qoyur.
 
Ardını oxu...
NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 12-13-də keçiriləcək NATO Müdafiə Nazirləri Toplantısı öncəsi Brüsseldə mətbuat konfransı keçirib.

Ovqat.com-un məlumatına görə, Stoltenberq mətbuat konfransında “Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərinin yerləşdiyi Baltikdə və Şimal dənizində NATO hərbi dəniz qüvvələrinin iki dəfə artırıldığını açıqlayıb.

Stoltenberq bəyan edib ki, alyans bu qərarı “Şimal axını” boru kəmərlərinin “təxribatından” sonra bölgədəki NATO infrastrukturunu qorumaq üçün qəbul edib. “Biz Baltik və Şimal dənizlərində mövcudluğumuzu patrul təyyarələri və sualtı imkanları olan 30 gəmiyə çatdırmaqla ikiqat artırdıq”, - Stoltenberq deyib.

«Şimal axını» boru kəmərlərində son sızmaların səbəbi tam aydın olmasa da, araşdırmalar «qəza»ların əslində təxribat olduğunu göstərir.

Bazar ertəsi səhər Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə, o cümlədən ölkə paytaxtına raket hücumlarına toxunan Stoltenberq, NATO-nun Kiyevə dəstəyini "davam etdirməyə" qərarlı olduqlarını vurğulayıb.

"Dünən gördüklərimiz (Ukraynaya endirilən raket zərbələri-Ovqat.com) əslində Rusiyanın zəifliyinin əlamətidir, çünki o, faktiki olaraq döyüş meydanında irəliləyişə nail ola bilmir. Rusiya faktiki olaraq döyüş meydanında uduzur", - deyən Stoltenberq əlavə edib: "Onlar bu vəziyyətdə Ukraynaya qarşı dinc əhali-hərbçi ayrıseçkiliyi etmədən şəhərlərə və kritik mülki infrastruktura hücumlar edərək cavab zərbələri endirirlər."

Baş katib NATO-nun illik nüvə cavabı manevri kimi xarakterizə olunan “Sabit Günorta” təlimlərinin planlaşdırıldığı kimi gələn həftə keçiriləcəyini təsdiqləyib: “Bu, çəkindirmə gücümüzü təhlükəsiz və effektiv etmək üçün hər il keçirdiyimiz müntəzəm təlimdir”.

Stoltenberq həmçinin bildirib ki, NATO Rusiyanın nüvə təxribatlarına cavab olaraq “Sabit Günorta” (“Steadfast Noon”) təlimlərini ləğv etməyəcək, çünki bu, pis presedent yarada bilər.

Ardını oxu...
Ötən il oktyabrda keçirilən “Sabit Günorta” təlimlərinin xəritəsi

O, Rusiyanın “gizli nüvə təhdidləri”nə toxunaraq vurğulayıb: “Rusiya bilir ki, nüvə müharibəsində qalib gəlmək olmaz. Rusiyanın nüvə güclərini yaxından izləyirik. İndiyə qədər Rusiyanın mövqeyində bir dəyişiklik görməmişik, bununla belə, yenə də ayıq-sayıqlığımızı qoruyuruq».

“Sabit Günorta” adlı hərbi təlimlər hər il keçirilir və adətən bir həftə davam edir. Buraya nüvə başlıqları daşıya bilən döyüş təyyarələri daxildir, lakin heç bir canlı bomba daxil deyil. Adi reaktiv təyyarələr, müşahidə və yanacaq dolduran təyyarələr təlimlərdə müntəzəm iştirak edirlər.

Fevralda Rusiyanın Ukraynaya təcavüzündən əvvəl planlaşdırılan təlimə NATO-ya üzv 30 ölkədən 14-ü cəlb olunacaq. NATO rəsmiləri bildiriblər ki, manevrlərin əsas hissəsi Rusiyadan 1000 kilometr (625 mil) uzaqlıqda keçiriləcək.
 

Dünyapress TV

Xəbər lenti