Kərəm paşadan şikayət var -
Möhtərəm Kərəm paşa, bilirəm, başınız yeni icad etdiyiniz arxaya yeriş qaydasının təkmilləşdirmə məşqlərinə qarışıb, amma məşqdən sonra hərdən şikayətlərə də baxsanız yaxşı olar. Sizə bir zabitinizin şanlı məktubunu göndərirəm.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda (yəni məşhur arxaya addımı ilə yadda qalan Kərəm paşanın korpusunda) hərbi həkim kimi xidmət edən Sarvan Tağıyev adlı şikayətçi yazır:
"Sabahınız xeyir olsun. Çox sağolun minnətdaram ki, mənə vaxt ayırdız. Deməli, mənim problemim həm özümün, həmdə valideynimin-anamın xəstəlikləri ilə bağlıdır. Mən hərbi həkiməm zabitəm 2017-ci ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmət edirəm, ailənin tək övladıyam bacım və qardaşım yoxdur. Atam rəhmətə gedib həmin vaxt məni nə dəfnə nə yas mərasimlərinə buraxmadılar. İndi də Anamın vəziyyəti ağırdı tələb etdikləri qaydada hərbi həkim komissiyasından da keçirmişəm komissiya qərar verib ki, valideyn dağlıq və əlverişsiz iqlim şəraitində yaşaya bilməz. O arayışı Orduya da təqdim eləmişəm ama 1 ildən çoxdur ki, heç bir tədbir görmürlər, özümün gözündə keratokonus, mürəkkəb miopik astiqmatizm, miopiya xəstəlikləri var ama tərxis eləmirlər. Bugün mənim əsas problemim tərxis olunmaqda deyil əsas problemim valideynim gözümün önündə əriyir gedir və mən heçnə edə bilmirəm. Bu vəziyyət məni məhv edir artıq. Nazirliyə müraciət edirəm yazılı və şifahi. Müraciətlərə baxmırlar reaksiya vermirlər. Xahiş edirəm bu məsələni ictimailəşdirək mənim onsuz da itirəcək heçnəyim qalmayıb mən ailəmə görə rütbə, vəzifə və hərşeydən imtina eləmişəm. Nazirliyin qaynar xəttinə də bildirmişəm ki, bu məsələ məni cinayətə və intihara sövq edir artıq bu problemi ictimailəşdirəcəm. Gözümün önündə hərbi qulluqçuların yerini dəyişirlər hətta ən komfortlu yerlərə təyinat verib göndərirlər. Mənə gələndə müxtəlif bəhanələr gətirirlər. Sual verirəm suallarım cavabsız qalır cavab verə bilmirlər axı. Bilmirəm vallah uje o qədər çarəsiz qalmışam ki, nəyi necə edim bilmirəm.
Bilirəm buna görə mənə cəza da verəcəklər, bəlkə rütbəmi də alacaqlar, vəzifədən də çıxaracaqlar, ama başqa yolum qalmayıb artıq. Mənim üçün nə rütbə, nə vəzifə ailəmdən, valideynimdən önəmli deyil".
Heyder Oguz
Teref.az

Dünyapress TV

Xəbər lenti