Putin Şoyqu, Priqojin "ücbucağı" Priqojinin əfv ilə bitdi?
Kreml Putinin Priqojini qəbul etdiyi və “Vaqner” komandirləri ilə 3 saatlıq görüş keçirdiyini təsdiq edib, halbuki, onları “xain” elan etmiş və “sürgün”ə göndərmişdi.
Bununla Putinin “geri addım” atdığı görünür və qiyamçıların “bağışlanması” səbəbsiz də deyil:
- Ukraynada müharibənin getdiyi vaxt “Vaqner”ə ehtiyacı var;
- “Vaqner” Afrika ölkələrində Rusiyanın planlarını icra edir;
- Bu muzdlu döyüşçülərin nəzarətdən çıxması Rusiya daxilində Putinə qarşı cəbhənin genişlənməsi ilə nəticələnə bilər;
Lakin gözlənildiyi kimi, Priqojin və dəstəsinin qiyamı Putinin devrilməsi ilə nəticələnmir, əksinə, onlar yenidən “çarın” hüzuruna çıxmağa can atır. Məhz bu Priqojin-Şoyqu qarşıdurmasının əvvəldən Putinin özü tərəfindən “idarə olunduğu” ehtimalını gücləndirən amildir: tərəfləri döyüşdürür, “hakim” rolunda daim özündən asılı vəziyyətə salır və hakimiyyətini qoruyur;
Mümkündür ki, “Vaqner”ə Ukrayna müharibəsində yeni missiya tapşırılsın, bu, daha çox təxribat hücumları ilə bağlı ola bilər.
Asif Nerimanli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti