“Yaxın vaxtlarda Ukrayna Müdafiə Qüvvələri cəbhənin Zaporoje istiqamətində Rusiya qoşunlarının birinci müdafiə xəttini keçəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, polkovnik Roman Svitan deyib.
“Sıçrayışa hazırlıq davam edir. Platformanın yaradılması, bəzi obyektlərdə rus qoşunlarının məhv edilməsi... Artıq yarıla bilən müdafiə xəttinə yaxınlaşırıq”, - polkovnik bildirib.
Onun sözlərinə görə, belə əməliyyatlar həmişə bir-iki həftə ərzində aparılır, amma gecikə də bilər: “Ruslar müdafiə xəttinin qarşısında kifayət qədər dərin istehkamlar qurublar və əraziləri minalayıblar”.
Svitan qeyd edib ki, Ukrayna qırıcıları ən uzağı gələn həftə Orexovonu yarıb keçəcəklər: “Bundan sonra ağır artilleriya işə başlayacaq”.