Ardını oxu...
“Rusiya Könüllülər Korpusu”nun (RDK) əsgərləri “Vaqner” özəl hərbi şirkətinin silahlılarını onların tərəfinə keçməyə çağırıb.

Teref.az “oxu.az”a istinadən xəbər verir ki, 2014-cü ildən Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfində vuruşan ultrasağ rus millətçiləri tərəfindən 2022-ci ilin avqustunda yaradılmış RDK hərbi birləşməsinin “Vaqner”çilərə ünvanlanan müraciəti “RDK” “Telegram” kanalında yayımlanıb.

“Göründüyü qədər, dünən sizin komandirləriniz və qurucu atanız riyakarcasına “edam ediliblər”. Onların Rusiya Federasiyasının ən yüksək hakimiyyət eşelonunun nümayəndələrinin göstərişi ilə öldürülməsi faktı hamıya aydındır. Ona görə də indi sizin qarşınızda çətin, lakin kifayət qədər məntiqli bir seçim dayanır: ya Rusiya Müdafiə Nazirliyinin sıralarında komandirlərinizin qatillərinin xidmətində durmaq, ya da öz şərəfinizi qoruyub Ukrayna tərəfinə keçməklə onların cəlladlarından qisas almaq”, – deyə müraciətdə qeyd edilib.

Onlar Ukrayna ərazisində hərbi cinayətlər törətməyən rusiyalı muzdluları “Rusiya Könüllülər Korpusu”nun sıralarına qoşulmağa çağırıblar.

RDK üzvlərinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri və Müdafiə Nazirliyi könüllü olaraq Ukrayna tərəfinə keçənlərin təhlükəsizliyinə zəmanət verir və onlara layiqli şərait yaradırlar.

 
 
 

Ardını oxu...
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri ilə Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında telefon danışığının indiki məqamda baş tutması əvvəlki təmaslardan bir neçə səbəbdən fərqlənir. Kritik dönəmi adlamağa çalışan hər iki tərəfin hərb sahəsində müzakirələr aparması maraq doğurur.

DİA.AZ bildirir ki, bu sözləri Axar.az-a güneyli siyasi şərhçi, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

O, telefon danışığının Ermənistana ötürülən silahlarla bağlı olduğunu ehtimal edib:

“İki azərbaycanlının bu telefon danışığı parçalanmış Azərbaycanın acı həqiqətidir. Lakin bugünkü reallıq budur ki, fars rejiminin silahlı qüvvələrinin təmsilçisi olan Bagiri azərbaycanlı nazirlə böyük ehtimalla Cahbahar limanından Ermənistana ötürülən silahlarla bağlı danışıqlar aparmalı olub. Bu artıq birinci belə hal deyil. Azərbaycan bu dəfə əlində olan faktları İranın qarşısına qoyaraq, Bagiridən tutarlı cavab istəyə bilər. Bununla yanaşı, Zəngəzur məsələsi ilə bağlı müzakirələrin olma ehtimalı da yüksəkdir.

İran Araz çayında keçirdiyi hərbi təlimlərdən sonra, yaxud bu addımını sığortalamaq naminə Azərbaycanla birgə təlim keçirmə təşəbbüsünü irəli sürə bilər”.

Siyasi şərhçinin sözlərinə görə, İran rejimi Azərbaycanla münasibətlərin istənilən sahədə normallaşmasında maraqlıdır:

“Baş tutan rabitə əlaqəsini Tehranın taktiki addımları kimi də yozmaq olar. Daxildə və xaricdə rejimin uğursuz siyasət yürütdüyü hər kəsə bəllidir. İran çox ağır xalq etirazları dönəmindən keçib. Molla rejimi iqtidarını qorumaq üçün qonşuları ilə yaxşı münasibət görüntüsü yaratmağa məcburdur. Anlayır ki, zor gücünə uğur qazana bilməyəcək. Səudiyyə Ərəbistanı ilə yumşalmaya getdi və üzdə olmuş olsa belə, Azərbaycanla stabillik istəyir. Bir sözlə, hər iki tərəf bir-birindən nə istədiyini dəqiq bilir.

Ehtimal edirəm ki, istənilən sahəyə təsir edən terror, narkotikanın İrandan Azərbaycana qaçaqmalçılığı müzakirə predmeti olub, bununla bağlı Bakının narahatlığı dilə gətirilib”.

O bildirib ki, Bakının əlindəki tutarlı faktlar İranı çıxılmaz duruma salıb:

“Budəfəki danışıqlarda Azərbaycan üstün bir mövqedədir. Çünki əlində faktları var. İstər Hindistandan göndərilən silahların İrandan keçməklə Ermənistana daşınması, istər Zəngəzurla bağlı qarşıdurmada İranın İrəvana hərbi dəstək verəcəyi ilə bağlı sızılan məlumatlar fakt kimi ortadadır. Düşünürəm ki, Tehran hökuməti Azərbaycanın əlindəki dəlilər qarşısında necə zəif duruma düşdüyünü dərk edir”.
 
Ardını oxu...
Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Mi-8 hərbi helikopteri Ukraynanın nəzarətindəki aviabazaya enib.

Rusiya hərbi blogerlərindən biri helikopterin naviqasiya sistemində problem yarandığını, bu səbəbdən ekipajın ilk gördüyü aerodroma endiyini iddia edib.

Digər versiyaya görə isə pilot könüllü şəkildə Ukrayna tərəfə keçib. Günün başqa vacib xəbəri Krımın Tarhanqut burnunda Rusiyanın ən müasir S-400 “Triumf” zenit-raket kompleksinin Ukrayna ordusunun raket zərbəsi ilə məhv edilməsidir.
Əməliyyat dron kamerası ilə qeydə alınıb.

Bu kompleksin sıradan çıxarılması şübhəsiz ki, Krımın hava-raket hücumundan müdafiəsinə mənfi təsir edəcək və yarımadanın Ukrayna tərəfindən demilitarizasiyasını bir qədər asanlaşdıracaq.
 
Ardını oxu...
“BMT Təhlükəsizlik Şurasının iclası zamanı Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti tənqid olunmadı. Çünki heç bir Qərb ölkəsi öz sülhməramlılarını ora göndərməyə hazır deyil”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

“Qərb ölkələrinin diplomatları və ekspertləri ilə söhbətlərdən məlum olur ki, heç bir ölkə öz sülhməramlılarını Qarabağa göndərməyə hazır deyil. Hətta Aİ-nin monitorinq missiyasının necə reaksiya verdiyinin şahidi olduq. Bu fonda Aİ-nin “Qarabağ ermənilərini qorumaq” üçün ən azı 2000 silahlı sülhməramlı göndərəcəyini gözləmək doğru deyil. Orada belə söhbətlər belə aparılmır”, – deyə erməni politoloq bildirib.
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri(SQ) rusların birinci müdafiə xəttini yarıblar.

“AzPolitika.info” xəbər verir ki, “Teleqram” kanallarında strateji əhəmiyyətli Robotino kəndini azad edildiyini əks etdirən görüntülər yayılmağa başlayıb.

Daha əvvəl Qərb və Ukrayna mənbələri rusların minaladığı geniş ərazilərin minalardan təmizlədiyini bildirirdilər. Qeyd olunurdu ki, nəticədə Ukrayna SQ üçün geniş ərazilər açılır. Bu da nəticə etibarı ilə hücumların sürətini artıra bilər.

Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar da qoşunların Robotino kəndinə daxil olduqlarını təsdiqləyib. O bildirib ki, 47-ci briqadanın döyüşçüləri yerli sakinlərin “Bradley” BMP-lər vasitəsi ilə təxliyəsini təşkil ediblər.

“Döyüşlər davam edir, rus hərbçiləri Rabotinoyu artilleriyadan davamlı olaraq atəşə tutur”, - Malyar “Teleqram”ında yazıb və foto dərc edib.

Rusiya Müdafiə Nazirliyi Malyarın bəyanatını şərh etməyib.
 
Ardını oxu...
Vağzalın damına edilən hücumda yanğın baş verib, beş nəfər yüngül xəsarət alıb.

Avqustun 19-dan 20-ə keçən gecə Moksvanın cənubunda, təqribən 500 km-də yerləşən Kursk şəhərində dəmiryolu vağzalına dron hücumu olub.

Bu haqda AzadlıqRadiosunun Current Time layihəsi xəbər verir.

Vağzalın damına edilən hücumda yanğın baş verib, beş nəfər yüngül xəsarət alıb.

Rusiya Müdafiə Nazirliyi Moskva istiqamətində başqa bir pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildirib.

Rostov vilayəti də gecə üç kamikadze dronun zərərsizləşdirildiyi haqda məlumat yayıb.

Rusiya isə Ukrayna şəhərlərini bombalamaqda davam edir.

Rusiyanın Ukraynaya hərbi təcavüzü 2022-ci ilin fevralından davam edir.
 
Ardını oxu...
Ukraynanın Almaniyadan almağa ümid etdiyi “TAURUS” qanadlı raketləri qanunsuz tikilmiş Krım körpüsünü tamamilə məhv edə bilər.

Teleqraf.com xəbər verir ki, aviasiya üzrə ekspert Valeri Romanenko “FREEDOM” telekanalının efirində deyib.

İndi Ukrayna körpünü dağıtmaq üçün dəniz dronlarından istifadə edir, lakin Rusiya Federasiyası onu bumla qorumağa çalışır.

"Hazırda əlimizdə olan silah növlərindən yalnız dəniz qüvvələrinə məxsus pilotsuz təyyarələr körpüdə fəaliyyət göstərə bilər. Və onlar bir neçə dəfə əməliyyatları uğurla həyata keçiriblər. Körpünün ilk ciddi şəkildə zədələnməsini onların sayəsində olub. Ruslar körpü dayaqlarının yanında bum torları yerləşdiriblər ki, onu pilotsuz təyyarə vurmasın”.

Ekspertin fikrincə, Ukrayna “TAURUS” qanadlı raketlərini alacağı təqdirdə Krım körpüsünü tamamilə məhv edə bilərdi. Onlar “Storm Shadow” və “SCALP” raketlərindən daha uzun məsafəyə malikdirlər.
 
Ardını oxu...
Ukraynalı pilotlar, mühəndislər və texniki işçilər artıq Amerikanın "F-16" qırıcılarında təlimlərə başlayıblar. Təlim proqramına ingilis dilinin tədrisi də daxildir, çünki baza səviyyə kifayət deyil.

Publika.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Kanal 24”ə deyib.

Reznikov əlavə edib ki, bu təlimlərlə bağlı təfərrüatları açıqlamayacaq.

Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, aviasiya koalisiyasına 11 tərəfdaş ölkə daxil olub. Ukraynalı pilotların, texniklərin və mühəndislərin hazırlanması layihəsində isə liderliyi Niderland və Danimarka götürüb.
 
Ardını oxu...
İtkin düşən şəxslərdən kiminsə sağ qalması barədə məlumat yoxdur.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

"Güman edirik ki, onların hamısı ermənilər tərəfindən qətlə yetirilib", - o qeyd edib.
 
Ardını oxu...
Maraqlıdlr ki, İT təhlükəsizlik üzrə Kordinasiya Komissiyasının toplantısı ilk dəfə olaraq digər bir qurumda, Müdafiə Nazirliyində keçirilib .
Görünən odur ki, kritik infrastrukturla bağlı dəyişikliklərdən sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ölkənin kiber mühiti üçün, kritik infrastruktur üçün Müdafiə Nazirliyini daha önəmli hesab edib.
Açıqlanan məlumatlardan görsənir ki , 2-ci Qarabağ Savaşından sonra MN-də kiber infrastruktur xeyli modenrləşdirilib, yeni strukturlar formalaşdırılıb, sistemlər yenilənib.
Bu görüşün, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələsinin XRİTDX rəisi və MN-nin Baş Qərargah rəisi səviyyəsində baş tutması da çox maraqlı və diqqətçəkən məqamdır.
Düşünmək olar ki, qarşıdakı dövrdə İT təhlükəsizlik üzrə Kordinasiya Komissiyasının diqqəti, ölkənin kiber resursları daha çox MN istiqamətinə yönələcək, orduda, onun müxtəlif strukturları arasında kommunikasiyada kiber məsələlərə ciddi önəm veriləcək.
Belə görünür ki, Kordinasiya Komissiyası həm də kibermüharibə məsələlərinin kordinasiyasına önəm verəcək.
Necə deyərlər, hibrid müharibələr müvafiq Komissiyaların da hibridləşməsini zəruri edir.
Osman Gunduz
Teref.az

Dünyapress TV

Xəbər lenti