İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının yeraltı tunellərinin tamamilə məhv edilməsi problemi ilə bağlı unikal həll yollarına malikdir.
Axar.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant “Yerusalem Post” qəzetinə müsahibəsində deyib.
“İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın bütün yeraltı tunellərinə çatmaq və onları məhv etmək imkanına malikdir”, - deyə nazir bildirib.
O, həll yollarının nədən ibarət olmasını isə açıqlamayıb.
Qallant həmçinin qeyd edib ki, İsrail qoşunları sektor daxilində ağır döyüşlər aparır, lakin İsrailin aşkar üstünlüyü var.