QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... -
Lerik rayon sakini Nuriyev Əlibala Təzəxan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, icra nümayəndələri oğlunu aldadaraq, obyektini söküblər:

“Mən, Nuriyev Əlibala Təzəxan oğlu, 3 övladım var. Hazırda 3-cü övladım müddətdən artıq hərbi xidmətdədir.

İkinci övladım Nurili Elsevər Alibala oğlu 2020-ci il sentyabrın 30-da könüllü olaraq Lerik rayon Hərbi Komissarlığından hərbi xidmətə yola salındı. Müharibədən qayıdandan sonra - 2021-ci ildə Xəzər rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən, bizim xahişimizlə oğluma Binə qəsəbəsində, "Mehriban Qonşular" adlanan yerdə, Şəhidlər bulağının qabağında bir balaca meyvə-tərəvəz dükanı açmaq üçün yer vermişdi. Oğlumun özünün də 2 uşağı var.

2025-ci ildə, yəni 20-25 gün bundan qabaq, möhtərəm Prezidentimiz İlham Əliyev zavodun açılışı ilə əlaqədar Binə qəsəbəsinə gələcəkdi. İcra Hakimiyyətinin işçiləri bildirdilər ki, sizin o dükanınızın görünüşü yaxşı deyil, sökülməlidir. Dedilər ki, söküb, yerində yenisini tikəcəyik. Hətta dəqiqliklə bildirdilər ki, cənab Prezident qayıdandan sonta tikinti üçün başlanılacaq.

Prezident gedəndən sonra Binə qəsəbəsinin icra nümayəndəsi Ərəstun adlı şəxs həmin əraziyə iki-üç ağac əkdi. Bu, bizi aldadıb, icra başçısının verdiyi yeri mənimsəmək deyilmi?!

Məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinə getdim. Ərəstun orada mənə imkan vermədi ki, başçının qəbuluna girim. Oradakı polislər də mənə dedilər ki, siz gedin Ərəstunla razılaşın...

Oğlum Elsəvər də bildirdi ki, siz mənim çörək ağacımı əlimdən aldınız. Amma yenisinin tikilməsi ilə bağlı bizə söz vermişdiniz. O isə deyir ki, sən get, həyətində balaca bir köşk düzəlt, çörək pulunu qazan.

Bəs bizim ora çəkdiyimiz əziyyət, xərclədiyimiz pulları kim verəcək? Bizə 7-8 min manat ziyan vurulub.

Bir övladım müddətdən artıq hərbi xidmətdədir, biri isə ikinci qrup əlildir, psixi durumu da yerində deyil. Yəni bəzi problemlərimiz də var. Düzdür, o problemlər bizim şəxsi işimizdir, amma ən azından qazinin evini dolandırmasına mane olmamalı idilər...

Oğlum Elsevər dəfələrlə intihara əl atmış uşaqdı. Mən oğlumu itirmək istəmirəm. Zərər verilən şəxs qazidir.

Yenidən icra başçısının qəbuluna girməyə çalışacam. Amma buna imkan vermirlər...

Hesab edirəm ki, şikayətim işıqlandırılsa, Prezidentimiz də olanlardan xəbər tutar. O, dəfələrlə deyib ki, qaziyə hörmət olunsun. Bu qazinin də valideyni mənəm. Mən bütün borca, kreditə düşürəm ki, bu uşaq yaşasın, onu yaşadıram. Arxasınca düşmüşəm, narahatam ki, bir səhv addım atar, özünə qəsd edər. Başını aşağı salıb az-çox ruzisini qazanırdı. İmkan vermədilər. Prezidnetin adından istifadə edib, oğluma aid olan balaca bir mağazanı dağıtdılar.

Sizin sayt vasitəsilə icra başçısından da xahiş edirəm ki, bizi qəbul etsin".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən qurumun və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-06_1749669705_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-06_1749669705_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-06_1749669705_4.jpg

 
 
 

Bölmənin digər xəbərləri

13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video
11 İyun 2025 Füzuli Təhsil Sektorunda nələr baş verir?
11 İyun 2025 Sabunçu rayonunda qanunsuz tikinti xaosu: Adil Vəliyevin səssiz razılığı ilə qanunsuzluqlar dövlətə meydan oxuyur
11 İyun 2025 Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”: Zaur Mikayılova XATIRLATMA
11 İyun 2025 Özbəkistan Rusiyaya nota verdi
11 İyun 2025 Yol nişanı ÜZƏRİNDƏ ƏT KƏSİMİ REKLAMI: İcra başçısı AÇILIŞDA
11 İyun 2025 “Yasamal Hospital”dan şikayət:“Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar”
11 İyun 2025 Özünə "kraliça" ləqəbi qazandıran məktəb direktoru Gülnaz Kərimova nə etdiyini bilmir - VİDEO
11 İyun 2025 Adil Əliyevin əcaib-qəraib işləri... - ƏGƏR...
11 İyun 2025 Qazax Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsi ilə bağlı qalmaqal səngimir
11 İyun 2025 “Neptun”da müştərilər belə aldadılır- Fotofakt

Dünyapress TV

Xəbər lenti