Ukrayna pilotsuz təyyarələri Rusiya aerodromlarına hücum etdikdən sonra Rusiya ən qiymətli hərbi təyyarəsini Ukraynadan çıxarıb.
TEREF xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.
Məlumata görə, ruslar iki Tu-160 strateji bombardmançı təyyarəsini cəbhə xəttindən 4000 mil (təxminən 6437 kilometr) uzaq “Anadır” aviabazasına köçürüb.
Maraqlıdır ki, ona yalnız hava və dəniz yolu ilə çatmaq olar, bunu peyk görüntüləri sübut edir. Nəşr qeyd edir ki, bu aerodrom Alyaskadan təqribən 660 km məsafədə, yaşayış olmayan Çukotka yarımadasında yerləşir. O, Soyuq Müharibə dövründə - Rusiyanı Amerika Birləşmiş Ştatlarının potensial hücumlarından qorumaq üçün yaradılıb.
"Tu-160 səsdən sürətli bombardmançı təyyarələri nüvə silahı daşıya bilir və Rusiya arsenalında ən bahalısıdır, birinin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, Amerika bombardmançı donanmasının əsasını təşkil edən B-52 Stratofortress təxminən 94 milyon dollar dəyərində qiymətləndirilir", - müəlliflər vurğulayıblar.
Lakin Tu-160-lar təkcə bahalı bombardmançılar deyil, həm də olduqca nadirdir. Rusiyada bu təyyarələrdən yalnız 16-nın xidmətdə olduğu güman edilir. Bununla belə, Ukrayna bu Tu-160-ların bəzilərinin “Hörümçək toru” əməliyyatı çərçivəsində 1 iyun hücumu zamanı zədələndiyini bildirib.
Kral Birləşmiş Xidmətlər İnstitutunun hava qüvvələri üzrə baş elmi işçisi, professor Castin Bronkun qeyd edib ki, “Anadır” bazasından alınan görüntülər Kremlin "sonrakı dron hücumları riskini azaltmağa çalışdığını" göstərə bilər.