b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_de4f9b3790672a9233a6ebce6eac1851.jpeg
  

Sabiq nazir: “Sizin ipinizin üzərinə odun yığmaq çox riskli və təhlükəlidir” 

İranın dini lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, İran Zəngəzur dəhlizi yaratmaq cəhdinin qarşısını alıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Onun iddiasına görə, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb: “Bu gücün bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana tez və qətiyyətlə reaksiya verməsi idi”.

Vilayəti həmçinin bildirib: “Bəzi ölkələr Zəngəzur dəhlizinin yaradılması bəhanəsi ilə Naxçıvanı Azərbaycanla Ermənistan ərazisi ilə birləşdirməyə cəhd edəndə - mahiyyətcə bu layihə İran dəhlizinin Avropaya bağlanmasının qarşısını almaq idi - İran İslam Respublikası bu plana qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu".

Onun sözlərinə görə, Cozef Baydenin özü də guya ABŞ prezidenti vəzifəsində olarkən dəhlizin işə salınması üçün hər şeyin hazır olduğunu etiraf edib, lakin bu layihənin həyata keçirilməsinə mane İran olub.

Vilayəti daha sonra vurğulayıb ki, Zəngəzur dəhlizinin son məqsədi təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaqdır.

Xamneyinin müşavirinin lovğalıqla dolu açıqlamasından belə qənaətə gəlmək olarmı ki, Zəngəzur dəhlizi məsələsi artıq bitib? Pekindən Londonadək uzanacaq Orta dəhliz layihəsinin bir hissəsi sayılan Zəngəzur dəhlizinin açılmasının birdəfəlik qarşısını almaq İranın gücündə olan bir məsələdirmi?

Bəllidir ki, Ermənistan Azərbaycandan-Azərbaycana keçidə razı olduğunu bəyan edir, sadəcə, yola nəzarət üstündə mübahisə qalmaqdadır, o halda İran liderinin müşaviri o nəticəyə necə gəlib ki, Zəngəzur dəhlizinin açılması mümkün olmayacaq? Madam ki, İran açıq mövqe sərgiləyir, bundan sonra Azərbaycanın diplomatik addımları necə olmalıdır?

fikret.jpg (121 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da qeyd etdi ki, İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı verdikləri bəyanatlar siyasi sərsəmləmədir: “Görünən budur ki, molla rejimi hakimiyyətdə rəsmilərin fəaliyyətini normal əlaqələndirə bilmir. Adamdan soruşarlar, sizin "Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir" dediyiniz nədir, Araz çayı üzərindən Zəngəzur dəhlizinin bir qanadının çəkilməsinə dair Azərbaycanın təklifini bəh-bəhlə qəbul etməyiniz nə? Bu razılaşma təşəbbüsü ortaya çıxan kimi iç üzünüz açıldı - qırmızı xəttiniz yadınızdan çıxdı. Zəngəzur dəhlizi ətrafında yol verdiyiniz sərsəmləmələr bir daha onu sübut edir ki, qonşularınızla münasibətlərdə səmimi ola bilmirsiniz. Əgər səmimi olsaydınız, dəhlizlə bağlı razılaşma əldə edildikdən sonra dilinizə belə sözlər gətirməzdiniz. Bir sözlə, sizin ipinizin üzərinə odun yığmaq çox riskli və təhlükəlidir. Bilin və agah olun, nə qədər çaba göstərsəniz də Zəngəzur dəhlizi mütləq açılacaq. Bir qədər də yanlışlara yol versəniz, dəhlizin İran üzərindən gedəcək xəttini təhlükəyə atmış olacaqsınız. İndi guya Zəngəzura Avropaya çıxış ərazisi kimi baxırsınız və oradan keçəcək dəhlizin sizin yolunuzu kəsəcəyini iddia edirsiniz. Bəs əgər keçən əsrin iyirminci illərində Sovet İttifaqının axmaq idarəçilərinin sərsəm qərarı ilə Zəngəzur Ermənistana verilməsəydi, onda Avropaya yolunuz haradan olacaqdı? Təbii ki, Azərbaycandan. O səbəbdən ağıllı olun! Sizinlə səmimi davranan qonşunuzla kirli oyunlar oynamağa qalxmayın. Onsuz da sivil dünya sizi təkləyib. Bu sıxıntılar içində özünüzə yeni bir quyu da qazmayın".

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bu dəhlizin açıqlamasında iki tərəfin daha maraqlı olduğunu bildirdi: “Zəngəzur dəhlizinin açılmasının uzanmasının səbəbi İran rəsmisinin dediyi kimi, onlar deyil. Ümumiyyətlə, bu dəhlizin açılmasında maraqlı olan əsas iki tərəf var: Rusiya və Qərb. Amma hər ikisi bu dəhlizə nəzarəti özü həyata keçirmək istəyir. İran isə ilk gündən bu dəhlizin açılmasını istəməyib. Amma onun istəyib-istəməməsindən asılı olmayaraq, dəhlizin açılması məsələsi reallaşanda hər hansı təsir imkanları olmayacaq. Necə ki, bu günə qədər olmayıb. İran rəsmisi verdiyi bəyanatla demək istəyib ki, regionun əsas söz sahibi İrandır və onun razılığı olmadan regionda hər hansı böyük lahiyələr həyata keçirilə bilməz. Bu isə əslində İranın Cənubi Qafqazda baş verən proseslərə, ümumiyyətlə, təsir imkanlarının olmamasını gizlətməyə hesablanmış bəyanatdır. Dediyim kimi, Rusiya və Qərb arasında bu məsələ ətrafında fikir ayrılığı mövcuddur. Ermənistan isə bundan istifadə etməklə dəhlizin açılmasını uzadır. Çünki prosesin bu şəkildə olması rəsmi İrəvana hələlik sərf edir. Düşünür ki, hadisələrin bu cür inkişafı Azərbaycanın daha çox güzəştlər əldə etməsinə gətirib çıxara bilər. Yəni əslində Ermənistanı dəhlizin açılmasına inandırsaq, yaxud buna məcbur etsək, rahatlıqla bu kommunikasiya xəttini açacaq. Nəinki İran, digər maraqlı dövlətlərin fikirlərinə də əhəmiyyət verməyəcək. Düşünürəm ki, gec-tez Azərbaycan Ermənistanı bu addımı atmağa məcbur edəcək. Çünki ikitərəfli razılaşmalara görə, bu dəhlizin açılmasından Ermənistanın qazanacağı vasitəçilərlə qazanacağından istər siyasi, istərsə də maddi cəhətdən daha çoxdur. Odur ki, İrandan verilən bəyanatı regionda özünü təsdiq cəhdi kimi dəyərləndirirəm. Hesab edirəm ki, bu da çox uğursuzdur. Amma eyni zamanda onun dəhlizlə bağlı bu fikirdə olmasını da ciddi qəbul etmək lazımdır. Bu bir daha təsdiq edir ki, İranın Azərbaycana olan münasibəti heç zaman səmimi olmayıb. Hazırda sanksiyalardan dolayı əziyyət çəkən, son vaxtlar uranın zənginləşdirilməsi ilə bağlı yenidən hədəfdə olan İranın qonşuları ilə daha səmimi münasibət saxlaması lazım idi. Amma seçimi İran edib. Azərbaycan bir daha əmin olmalıdır ki, İranla münasibətlərimizdə bəzi hallarda vitrində olan "səmimi" münasibətlərin arxasında tamam fərqli münasibət dayanır. O səbəbdən dövlətlərarası əlaqələrdə bu faktoru açıq şəkildə qarşı tərəfə demək lazımdır və Azərbaycan da öz növbəsində münasibətləri qonşuluq prinsipindən daha çox dövlətimizə olan münasibətə görə qurmalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

13 İyun 2025 Türkiyə və Yunanıstan arasında mühüm toplantı
12 İyun 2025 Azərbaycana qarşı köhnə iftira - Bakıdan tutarlı cavab
12 İyun 2025 Kremlin Qarabağ üzərindən şok bazarlıq təklifi - REAKSİYA
12 İyun 2025 Razi Nurullayev ermənilərlə görüşdən danışdı: - “Dedi ki, heç bir sülh sazişi imzalamayacaq”
11 İyun 2025 "Avropa İttifaqının Ermənistandakı missiyası casusluq fəaliyyəti ilə məşğuldur" - Rusiya XİN
11 İyun 2025 “Bədbəxt” adlandırdığı şəhərdə yallı gedən Paşinyan idi – SƏRT CAVAB
11 İyun 2025 Paşinyanın yalançı sülhü - Qarabağı “itirilmiş vətən” elan etdi
10 İyun 2025 Azərbaycana bu böhtanı da atdılar – Tramp komandası Bakıya görə TERROR edilir
09 İyun 2025 Türk dövlətindən Putin Rusiyasını qıcıqlandıran addımlar...
09 İyun 2025 ABŞ-ın Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" qanunu yəqin ki, xeyli yumşaldılacaq" - "Politico"
08 İyun 2025 Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
08 İyun 2025 NATO MƏRKƏZİNDƏ BAYRAĞIMIZ QALDIRILDI - FOTOLAR
08 İyun 2025 Tiflislə İrəvan arasında gömrük savaşı: "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir"
07 İyun 2025 Tramp Çinə təzyiq göstərməkdən çəkinir — Bloomberg
07 İyun 2025 ABŞ İrana qarşı sanksiya tətbiqini bərpa etdi: Onlarla şəxs qara siyahıda...
06 İyun 2025 Qərb MDB-nin dağılmasını istəyir - Kremldən yeni plan
05 İyun 2025 Putinlə Roma Papası arasında telefon danışığı: əsas məqamlar
05 İyun 2025 Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”
04 İyun 2025 Zelenskiyə edilən hörmətsizlikdən sonra Si Cinpin də görüşdən yayınır – Trampın növbəti hədəfi kimdir?
04 İyun 2025 Fransa diplomatik adla Zəngəzura yerləşdi

Dünyapress TV

Xəbər lenti