Ardını oxu...
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən hazırda Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır.
APA xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin Zəfər Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

"Türkiyə Silahlı Qüvvələrinin yaxından iştirakı ilə Azərbaycan Ordusunda həyata keçirilən uğurlu hərbi islahatlar, tətbiq olunan yeni texnologiyalar, habelə silahlanmaya daxil edilmiş müxtəlif təyinatlı hərbi vasitələr Ordumuzun əməliyyat imkanlarını xeyli artırıb və döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırıb.

Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və xalqlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir", - Baş qərargah rəisi əlavə edib.

Kərim Vəliyev iki ölkə orduları arasında Baş Qərargahlar səviyyəsində Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Milli Müdafiə Universitetinin iştirakı ilə keçirilən təlim, döyüş hazırlığı, hərbi təhsil və digər tədbirlərin sayının artırılması nəzərdə tutulduğunu deyib: "Əminəm ki, iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək".
 
Ardını oxu...
“Müharibə getdikcə Rusiya ərazisinə keçir, bunu dayandırmaq mümkün deyil”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “X”də yazıb.

Onun sözlərinə görə, Rusiya ərazisinə zərbə endirilməməsi ilə bağlı çağırışlar qəribə görünür: “Bu çağırışlar Rusiyanı işğalı davam etdirməyə təşviq edir. Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün tərəfdaşlarının silahlarından istifadə etməmək öhdəliyinə ciddi şəkildə riayət edir və yalnız müdafiə müharibəsi aparır”.

M.Podolyak bildirib ki, danışıqlar müzakirə mövzusu deyil: “Rusiya getdikcə xaosa sürüklənəcək. Nə qədər ki, Vladimir Putin prezidentdir danışıqlar olmayacaq”.

Qeyd edək ki, Ukrayna son günlər Rusiya ərazisinə zərbələr endirir.

Ukrayna bu gecə Rusiya ərazisində indiyə qədərki ən güclü PUA hücumunu həyata keçirib.
Ardını oxu...
Erməni separatçılarının Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına hücumunun görüntüləri yayılıb.
Trend xəbər verir ki, erməni separatçıları sülhməramlılardan birinin guya azərbaycanlı olduğunu əsas gətirərək onlardan sənədləri göstərməyi tələb edirlər.
Qeyd edək ki, Qarabağda “humanitar fəlakət” iddiaları ilə dünya ictimaiyyətini çaşdırmağa çalışan erməni separatçıları bu gün Bakıdan gələn humanitar yardımdan imtina edərək, bir daha özlərini ifşa etdilər. Amma onlar dərk etməlidirlər ki, gec-tez Azərbaycanla hesablaşmalı olacaqlar, çünki Bakının səbri sonsuz deyil.

 
Ardını oxu...
“Vaqner” özəl hərbi şirkəti qeyri-qanuni silahlı birləşməd idi və Yevgeni Priqojinin ölümündən sonra artıq mövcud olmayacaq”.

Bu sözləri Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Viktor Sobolev deyib.

“Vaqner” fəaliyyətini dayandıracaq. Döyüşçülər mülki şəxs kimi həyatlarına davam edə və ya Müdafiə Nazirliyi ilə müqavilə bağlaya bilərlər. Bu, qeyri-qanuni silahlı birləşmədir. Hansısa dövlətə tabe olmayan silahlı adamlar dövlətdə olmamalıdır. Nəticədə bu üsyana gətirib çıxardı. Biz vətəndaş müharibəsinin astanasında idik”, - deyə Sobolev bildirib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi ilə yalnız üsyanda iştirak etməyən muzdlular müqavilə bağlaya bilərlər. \\Musavat.com
Ardını oxu...
Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus iki F-35 qırıcısı Avstraliyadakı bazaya göndərilib.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Təyyarələr Darvindən 320 kilometr cənub-şərqdə yerləşən Avstraliya Hərbi Hava Qüvvələrinin (HHQ) “Tindal” bazasına çatıb.

Hər iki ölkənin HHQ nümayəndələri bu addımın bütün səviyyələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, Asiya-Sakit okean regionunun azad və açıq məkanının qorunması baxımından əhəmiyyətini vurğulayıblar.
Ardını oxu...
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus "Tornado" qırıcı təyyarəsi ölkənin şərqindəki Əş-Şərqiyyə əyalətində qəzaya uğrayıb. 2 ekipaj üzvü katapult edib.
Bakupost.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumatı yayıb.
“Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Turki əl-Maliki bildirib ki, bu gün saat 15:44-də qırıcı təyyarə planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb”, nazirliyin X (keçmiş Twitter) səhifəsində deyilir.
Əl-Malikinin sözlərinə görə, ekipaj son anda katapult edərək sağ qalıb. Qəza nəticəsində yerdə ölən və xəsarət alan yoxdur.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin raket və mərmi istehsalına başladığını bildirib.

Bu barədə Ukrayna lideri “Rada” telekanalının efirində bildirib.

"Mən sizə nə qədər istehsal etdiyimizi deyə bilmərəm, amma bu, çox böyük miqdardır", - o deyib.
Bundan əvvəl Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bildirib ki, 2023-cü ilin iyulunda Kiyev bütün ötən illə müqayisədə iki dəfə çox minaatan və artilleriya mərmisi istehsal edib.
Ardını oxu...
Erməni jurnalist, RT-nin baş redaktoru Marqarita Simonyanın evinin yaxınlığınq pilotsuz uçuş aparatı (PUA) düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA agentliyi məlumat yayıb.

Bu, bir həftə ərzində onun Moskva vilayətində yerləşən evinin yaxınlığına düşən ikinci PUA-dır. Onun evinin yaxınlığında ilk dron avqustun 21-də vurulub.

“Bir həftə ərzində ikinci dəfə evimizin yaxınlığında dron qəzaya uğradı. Güclü düşür, sizə demək istəyirəm. Dördün yarısında oyanırsan, sadəcə yatmağa vaxt tapırsan”, – Simonyan bildirib.

Rusiya Müdafiə Nazirliyi hücuma görə Ukraynanı ittiham edib.
 
Ardını oxu...
Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov Penitensiar Xidmətin Mühafizə alayında yaradılmış şəraitlə, həqiqi hərbi xidmət keçən qulluqçuların maddi-texniki və məişət vəziyyəti ilə tanış olub.

Axar.az xəbər verir ki, nazir müavini həmçinin əsgərlərin qida rasionu ilə maraqlanıb və onlarla nahar edib.

Eyni zamanda, bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilmiş, gənc əsgərlər Vətənə, xalqa və dövlətə sədaqət andı içiblər.

Tədbir zamanı Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov gənc əsgərlərə Vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, ölkəmizin müdafiəsinə qalxmağa hər an hazır olmağı tövsiyə edib.

Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin siyasi və hərbi sahədə əldə etdiyi uğurlara söykənən Azərbaycan əsgəri Qarabağda zəfəri təmin etmiş və 30 illik həsrətə son qoyub. O, məhz gənc əsgərlərin and içdiyi 26 avqust tarixinin də cənab Prezidentin Sərəncamına əsasən “Laçın Şəhəri Günü” kimi qeyd edildiyi günə təsadüf etdiyini qürurla vurğulayıb.

Gənc əsgər Nahid Məmmədov özünün və yoldaşlarının adından yaradılmış bütün şəraitə görə təşəkkürünü bildirib, xidmətləri zamanı Azərbaycan əsgəri adını qürürla daşıyacaqlarına və vətənimizə verdikləri anda hər zaman sadiq qalacaqlarına söz verib.

Əsgər valideyni Qarabağ müharibəsi qazisi Fərhad Mürsəlov bir valideyn kimi Azərbaycan əsgərinə bu gün göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiyini qeyd edib. O, gənc əsgərlərə öz tövsiyyələrini çatdıraraq, Vətən işində hər zaman qəhrəman və nümunəvi olmağı arzu edib.

Daha sonra Mühafizə alayının Xüsusi təyinatlı dəstəsi nümunəvi çıxışlarla fiziki və döyüş hazırlığını nümayiş etdirib.

Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu yad edilib, milli qəhrəmanların abidəsi önünə gül dəstələri qoyulub.
 
Ardını oxu...
Avropa ölkələrinin Ukraynanı F-16 qırıcıları və Mi-24V helikopterləri ilə təchiz etmək planları onların Ukrayna ətrafındakı münaqişədə artan iştirakını təsdiqləyir.

Teref.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

“"Çexiya ordusu ABŞ-a məxsus döyüş helikopterlərini aldıqdan sonra Rusiya istehsalı olan Mi-24V helikopterlərini Kiyevə təhvil verməyə hazırlaşır. Bundan başqa, keçən həftə V. Zelenskinin bir sıra Avropa ölkələrinə səfərindən sonra Danimarka, Norveç və İsveç hakimiyyət orqanlarının F-16 qırıcılarını Kiyevə təhvil verməyi planlaşdırdığı məlum olub. Bütün bu hərəkətlər qərblilərin Rusiyaya qarşı düşmən münasibətini, onların Ukrayna münaqişəsində artan iştirakını təsdiqləyir” - Zaxarova bildirib./axar.az/

 

Dünyapress TV

Xəbər lenti