Türkiyənin “Haber Global” kanalında son vaxtlar Qarabağdan geri çəkilən erməni silahlı qruplaşmalarından ələ keçirilən çoxlu silah və sursatlar nümayiş olunub.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 30-u saat 18:00-a olan məlumat açıqlanıb.
SİLAHLAR 1. Atıcı silahlar - 2585 2. Qumbaraatanlar - 224 3. Top və haubitsalar - 53 4. Minaatanlar - 63 5. Tank əleyhinə silahlar - 54 6. HHM silahları - 135
TEXNİKA 1. Zirehli texnika - 22 2. Avtomobil texnikası - 174 3. Qoşqular - 21 4. Yardımçı texnika - 9 DÖYÜŞ SURSATLARI 1. Raketlər - 1685 2. Top və haubitsa mərmiləri - 4956 3. Zenit top mərmiləri - 2627 4. Minaatan mərmiləri - 12305 5. Qumbaralar - 5419 6. Əl qumbaraları - 3036 7. Patronlar - 1976068 8. Digər sursatlar - 5751
Türkiyə Hərbi Hava Qüvvələri Ankaranın mərkəzində terrora cəhddən sonra İraqın şimalındakı PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd olunub ki, İraqın Metina, Hakurk, Qəndil və Qara bölgələrində terrorçuların hədəflərinə aviazərbələr endirilib.
Nəticədə yaraqlıların gizləndiyi 20 obyekt məhv edilib. Bundan əlavə, çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Xatırladaq ki, Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub. Bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər isə zərərsizləşdirilib.
Terror aktının törədildiyi yerdə 9,7 kq S-4 partlayıcısı və silah-sursat aşkarlanıb
Ukrayna qoşunları Melitopol, Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir. Bütün cəbhə boyu Rusiya qüvvələrinə zərbələr endirilir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, gün ərzində bütün istiqamətlərdə 24 hərbi toqquşma baş verib.
"Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır", - məlumatda deyilir.
Severski və Slobojanski istiqamətlərində ruslar sərhədyanı rayonlarda hərbi mövcudluğunu saxlayır, Rusiya ərazisindən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir, Ukraynanın dövlət sərhədi boyunca mina və partlayıcı maneələrin sıxlığını artırır.
Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
44 günlük Vətən müharibəsi başlayandan Zəfərə qədər gedən yolda Azərbaycan ordusunun bəzi taktiki-manevr planları məlum olub.
Bu barədə “Xəzər TV”-də yayımlanan “Əks-hücuma 10 dəqiqə qalmış” sənədli filmində məlumat verilir.
Qoşunların hərəkət edəcəyi ərazilərin, xüsusilə də möhkəmləndirilmiş sədlərin yarılmasında “Tamkar” və “Pomins” qurğularından da geniş istifadə edilib.
“Tamkar” texnikaya qoşularaq daşınan minatəmizləyən qurğudur. Onun üzərindəki raket minalı sahəyə atılır və üzərindəki bombacıqlar minaları partladır. Nəticədə də 100 metr uzunluğa və 10 metr enə malik keçid açılır. “Pomins”i isə şəxsi heyət daşıyır. O da eyni prinsiplə partlayış yaradır və 50 metr uzunluğunda, 1.5 metr enində keçid aça bilirdi.
Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərində şəhid olan daha 6 hərbçinin şəxsiyyəti müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin bununla bağlı siyahısında 186 nəfərin adı qeyd olunub.
Xatırladaq ki, bundan əvvəlki siyahıda 180 hərbçinin adı qeyd edilmişdi. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.
Şəhid olanlardan 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
Rusiya 2024-cü ilin büdcəsində müdafiə xərclərini bu illə müqayisədə 68 faiz artırmağı planlaşdırır.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, yeni büdcə layihəsində müdafiə xərclərinin bu illə müqayisədə 68 faiz artaraq 2024-cü ildə 10,8 trilyon rubla (təxminən 111 milyard dollar) çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, bu ilin ilk 8 ayında ölkə büdcəsində 2,3 trilyon rubl (təxminən 23,5 milyard dollar) kəsir yaranıb.
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 28-i saat 10:00-a olan məlumat.
1. Atıcı silah və qumbaraatanlar - 1132 2. Artilleriya silahları - 61 3. HHM vasitələri - 235 4. Döyüş sursatları - 434295 5. Təchizat və ləvazimatlar - 2732 6. Optik və digər cihazlar - 231 7. Zirehli texnika - 26 8. Avtomobil texnikası - 125 9. Qoşqu - 21