Ardını oxu...
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra yaraqlılarda gizli hərbi sənədlər və müxtəlif növ silahlar aşkarlanıb.

Sozcu.az xəbər verir ki, “Washington Post” qəzeti yaraqlılardan tapılan sənədləri nəzərdən keçirib. Silahların üzərində olan təlimatlarda onların Şimali Koreya istehsalı olduğunu dair sübutlar var. Söhbət Şimali Koreyanın F-7 reaktiv yaylım atəşi sistemlərindən gedir.

Pxenyan isə öz növbəsində HƏMAS-a silah tədarükünü rədd edib.
 
Ardını oxu...
Oktyabrın 7-dən indiyə kimi İsrailə xaricdən min ton silah və sursat gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu vaxt ərzində İsrailə 45 təyyarə avadanlıq daşıyıb.

Qeyd edək ki, bunlardan 2 sursat və zirehli texnikadan ibarət hərbi yük təyyarəsi Vaşinqton rəhbərliyinə aiddir.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
 
Ardını oxu...
Ukraynada hərbi hissələrin almalı olduğu humanitar yardımın üçdə biri yoxa çıxıb.

Teref.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük İdarəsi məlumat yayıb.

"2023-cü ilin əvvəlindən hərbi obyektlərə humanitar yardımın göndərilməsi ilə bağlı 9000 hadisə yoxlanılıb.

3000-dən çox halda yardımın hərbçilərə çatdığını təsdiqləmək mümkün olmayıb", - açıqlamada deyilir.
 
Ardını oxu...
NATO ölkələri regionda sualtı infrastrukturun zədələnməsindən sonra Baltik dənizində patrulların sayını artırır.

Bakıvaxtı.az bildirir ki, bu barədə alyansın press-relizində deyilir.

"Gücləndirilmiş tədbirlərə əlavə müşahidə və kəşfiyyat uçuşları, o cümlədən dəniz patrul təyyarələri, AWACS təyyarələri və dronlardan istifadə daxildir", - mətndə deyilir.

Qeyd olunur ki, NATO Baltik dənizindəki müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atacaq.
 
Ardını oxu...
"Əl-Qəssam Briqadaları" (Fələstin HƏMAS hərəkatının hərbi qanadı ) Livandan İsrail ərazisinə hücumlar həyata keçirdiklərini etiraf ediblər .

Teref.az xəbər verir ki, bu barədə qrupun yaydığı məlumatda deyilir.

"Əl-Qəssam" Livanın cənubundan İsrailin şimal bölgəsi olan Qalileyə atılan 30 raketin məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.

Oktyabrın 19-da İsrail Müdafiə Qüvvələri (IDF) Livandan raket hücumlarının edildiyini bildirib. İsrail ərazisinə doğru iyirmiyə yaxın raket atışı qeydə alınıb. İDF isə cavab zərbələri endirib./publika.az
 
Ardını oxu...
İsrail müdafiə ordusu HƏMAS-ın iki yaraqlısının söhbətini tutub və yayımlayıb. Onlar Qəzzada
xəstəxanaya düşən raketin fələstinlilər tərəfindən atıldığını müzakirə edirlər
Sosial şəbəkələrdə yayımlanan audio fraqmentdə HƏMAS-ın iki yaraqlısının söhbəti verilib.
Onlar ərəb dilində danışırlar, onların nitqi subtitr ilə ingilis dilinə tərcümə olunur.
— Sənə deyirəm, ilk dəfədir ki, belə raketin düşdüyünü görürük, ona görə də deyirik ki, bu,
Fələstinin “İslam cihadı” raketidir.
– Bu, bizdəndir?
– Elə görünür.
– Bunu kim deyir?
– Onlar deyirlər ki, raket mərmisi yerlidir və İsrail mərmisinə bənzəmir.
– Allahım, partlamağa başqa yer tapmadı?
– Onu xəstəxananın arxasındakı qəbiristanlıqdan atıblar. Çalışmayıb və xəstəxanaya düşüb.
– Orada qəbiristanlıq var?
– Hə, elə, bu ərazidə.
Bundan əlavə, İsrail müdafiə ordusu zərbədən əvvəl və sonra xəstəxananın ətrafındakı ərazinin
videosunu yayımlayıb. Kadrlarda xəstəxananın yanında avtomobillərin park yeri, orada isə
yanmış avtomobillər görünür. Videodakı yazıdan bəlli olur ki, bura raket düşdükdən sonra
partlayışın baş verdyi yerdir. Videoda xəstəxananın damındakı mərmi də qeyd olunub.
Növbəti kadrda müqayisə üçün raket zərbəsindən qalan krater göstərlir. Xəstəxana ərazisində
kraterin görünən izləri yoxdur. İsrail hərbçilərinin sözlərinə görə, raket birbaşa xəstəxanaya
düşməyib.
Qəzzada “Əl-Əhli” xəstəxanasına raket zərbəsi ötən gün axşam endirilib. Fələstin Muxtariyyəti
Səhiyyə Nazirliyi zərbədən dərhal sonra 500 nəfərin öldüyünü bildirib. Daha sonra Al Arabiya
telekanalı bildirib ki, ölənlərin sayı 800 nəfərə çatıb.
Çərşənbə günü brifinqdə SAXAL nümayəndəsi Daniel Haqari bildirib ki, ötən gün saat 18:59-a
yaxın xəstəxananın arxasındakı qəbiristanlıqdan “İslam cihadı” tərəfindən 10-a yaxın raket atılıb.
“HƏMAS əslində baş verənləri gizlətmək üçün qlobal media kampaniyası başlatmağa qərar
verib. İşi o dərəcəyə çatdırıblar ki, hətta qurbanların sayını şişirtməyə başlayıblar”, – Haqari
deyib.
Turan
Ardını oxu...
İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri general-mayor Aharon Xaliva HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı hücuma keçməsinə imkan verən səhv hesablamalara görə məsuliyyəti öz üzərinə götürüb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda o tabeliyində olanlara müraciətində deyib.

“Ən vacib tapşırığımızı yerinə yetirməmişik. Rəhbər kimi bu uğursuzluğa görə tam məsuliyyət daşıyıram. Son 11 gün ərzində hərbi kəşfiyyat bölmələrinə səfərlərim zamanı hər zaman müharibənin başlanmasının kəşfiyyat uğursuzluğu olduğunu vurğulamışam. Nəyi araşdırmağa ehtiyac var, biz dərindən və hərtərəfli araşdıracağıq. Amma indi yalnız bir vəzifə var – mübarizə aparmaq və qalib gəlmək”, – general-mayor bildirib.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan ATACMS raketlərini aldıqlarını və artıq onlardan istifadə etdiklərini təsdiq edib.

"Ukrayna üçün çalışan və döyüşənlərə təşəkkür. Kömək edənlərin hamısına təşəkkür. Bu gün isə Amerika Birləşmiş Ştatlarına xüsusi təşəkkür. Prezident Baydenlə bizim bütün razılaşmalarımız həyata keçirilir. Çox dəqiqliklə həyata keçirilir - ATACMS-lar özlərini yaxşı göstərdilər", - Prezident ənənəvi axşam müraciətində deyib.

***

Rusiyalı təbliğatçılar Ukrayna Silahlı Qüvvələrinin guya müvəqqəti işğal olunmuş Berdyansk və Luqansk aerodromlarını Amerika ATACMS raketləri ilə vurması versiyasını təbliğ etməkdə davam edirlər.

“AzPolitika.info” bu barədə UNİAN-a istinadla xəbər verir.

Xüsusilə, «Vaqner» qrupu ilə əlaqəli olan "Grey Zone" sosial media səhifəsi Berdyansk aerodromuna hücumdan sonra tapılan parçaların fotosunu dərc edib.
Ardını oxu...
"Mövcud məlumatlara əsaslanaraq, 99% əminliklə deyə bilərik ki, düşmən susrsatları faktiki olaraq ABŞ-dan alıb və MGM-140 ATACMS taktiki raket sistemindən istifadə edib. Bu halda, zərbə ATACMS versiyası ilə həyata keçirilib: Raketi özündə birləşdirən Blok-1A (M39A1) kompleksi 200-dən 300-ə qədər M74 sursatından ibarətdir və 300 km-ə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir”, - deyə təbliğatçılar bildirir.
 
Ardını oxu...
Ukrayna Müdafiə Qüvvələrinin güclü müqavimət göstərməsi səbəbindən Rusiya qoşunları Limansky istiqamətində hücumu dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Şərq" qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş bildirib.

Yevlaş bildirib ki, bu barədə rusların özləri dəfələrlə məlumat veriblər və onların irəliləyişinə sıx mina zonası böyük mane olur.

“Bizim bu istiqamətdə güclü möhkəmləndirilmiş ərazimiz var. Ukrayna Silahlı Qüvvələri bu susqunluğun uzun sürməyəcəyinə inanır. Çox güman ki, düşmən bu istiqamətdə hücum əməliyyatlarını bir neçə gündən sonra, bəlkə də daha tez bərpa edəcək. Ruslar indi yenidən qruplaşmaq və öz ordularını bərpa etmək üçün geri çəkilib”.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, polis general-mayoru Sərdar Səfərov Xankəndiyə komendant təyin edilib.

Teleqraf.com xəbər verir ki, Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili qoşunlarda xüsusi təyinatlı bölük komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. 2022-ci ilin fevralnda BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.

Bu ilin yanvarında isə o, nazir Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

S.Səfərov 2022-ci ildə Prezidentin sərəncamı ilə general-mayir rütbəsinə layiq görülüb.

“Hərbi xidmətlərə görə”, "İgidliyə görə", “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.
 

Dünyapress TV

Xəbər lenti