“Kinoteatr” əməliyyatı – yeni ilin sonuncu seansı…
Yarım saat qəbul otağında gözlədikdən sonra İosif Stalin onu kabinetinə dəvət edib. Konstantin Çexoviç hərbi qaydada salamlaşdıqdan sonra Stalin ona yaxınlaşıb, əl uzadıb və əyləşməyə yer göstərib:

Siz almanları əmlli-başlı qorxuya salmısınız. Bildiyimə görə heç hərbi təhsiliniz də yoxdur. Amma təkbaşına keçirdiyiniz əməliyyat deməyə əsas verir ki, əsl peşəkarsınız…

Sonra Stalin “İgidliyə görə” medalını Çexoviçin partizan kitelinə sancıb.

Çexoviç təşəkkürünü bildirib çıxmaq istəyəndə Stalin onu saxlayıb:

Tələsməyin.

Sovet lideri iş masasının siyirtməsindən bir qutu çıxarıb və qutunun içindəki saatı Çexoviçə uzadıb:
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1704213610_2.jpg
Elə düşünməyin ki, bu saatı sizə təmir etdirmək üçün verirəm. Bu məndən sizə hədiyyədir. Vlasikin də ( şəxsi mühafizəsinin rəisini nəzərdə tutub) sizə bir hədiyyəsi var. Yəqin ki, Porxovdan çıxanda körpənizin beşiyini götürməyə imkan tapmamasınız. Vlasik belə məsələlərdə diqqətli adamdır. O, sizin oğlunuz üçün beşik alıb.

Sonra Stalin Çexoviçi qəbul otağına qədər yola salıb.

Müharibənin ən gərgin dövründə Stalinin diqqət və qayğı göstərdiyi Konstantin Çexoviç kim olub?

Əslində Çexoviç nə vaxtsa qəhrəman olacağını heç xəyallarına belə gətirməyib. Uşaqlıq dövründə, məktəb illərində o, uşaqların məhəllə davalarına da qatılmayıb, kitaba, təhsilə daha çox maraq göstərib, gələcəkdə mühəndis olmaq arzusu ilə yaşayıb. Amma müharibə onun həyatını tam fərqli bir istiqamətə yönəldib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1704213610_3.jpg
Konstantin Çexoviç 1918-ci ildə Odessada anadan olub. Orta təhsilini başa vurduqdan sonra Odessa Sənaye İnstitutunda ali təhsil alıb. 1939-cu ildə hərbi xidmətə çağrılıb.

Çexoviçin xidmət etdiyi 10-cu motoatıcı diviziya qərbi Belarusiyada yerləşib, daha sonra isə hərbi hissə Litvada dislokasiya olunub. Sovet-alman müharibəsi başlananda diviziya Pskov istiqamətində gedən hərbi əməliyyatlara cəlb olunub. Çexoviç üç ay davam edən döyüşlərdən sonra beş nəfərlik kəşfiyyat qrupu ilə almanların mühasirəsinə düşüb. Qrupda yeganə sağ qalan Çexoviç olub. Onu işğal olunmuş Pskov vilayətinin Porxov şəhərindəki əsir düşərgəsinə aparıblar.

Çexoviç düşərgədə çox qalmayıb. Bölgü və yerləşdirmə zamanı o, hamamın kiçik pəncərəsindən çıxaraq qaçmağa nail olub. Ətraf ərazilər tam işğal oldunğundan Çexoviç təhlükəsizliyini təmin etmək üçün Porxovdan kənara çıxmayıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1704213610_4.jpg
Çexoviçin ali təhsilli olması, az-çox alman dilində bilməsi şəhərdəki alman komendaturasının zabitlərinin diqqətindən yayınmayıb. Əsir düşərgəsində isə qeydiyyata düşmədiyindən onun qaçması haqqında heç kimdə şübhə yaranmayıb. Komendaturada Çexoviçdən həm tərcüməçi, həm də ayrı-ayrı işlərin görülməsində istifadə edilib. Yerli sakinlər Çexoviçə satqın kimi baxıblar. Almanlar ona şəhərdə mənzil ayırıblar, ərzaq və geyimlə təmin ediblər, hətta daimi iş də veriblər. Çexoviç şəhərin mərkəzi kinoteatrında işləyib, kinoteatr bütünlükdə onun ixtiyarında olub. Almanların etibarını qazanan Çexoviç özü üçün rahat şərait yarada bilib, yerli sakinlərdən olan Yevdakiya Vasilyeva ilə ailə qurub. O, eyni zamanda saat təmiri ilə də məşğul olub və bu, ailənin büdcəsinə əlavə gəlir gətirib.

Bu rahat şəraitdə Çexoviç gələcək planlarını gerçəkləşdirmək üçün arada şəhərdən kənara çıxmalı olub. O, Leninqrad partizanları ilə əlaqəyə girərək Porxovda diversiya tərətmək üçün onlardan partlayıcı maddələr əldə edib. Bu işə Çexoviç aylarla vaxt sərf edib. Gizli meşə yolları ilə onlarla kiloqram trotilin şəhərin mərkəzində yerləşən kinoteatr binasına daşınmasında ona kinoteatrda işləyən 15 yaşlı xadimə qız kömək edib. Partlayıcı maddələr kinoteatr binasına daşındıqdan sonra Çexoviç onları sütunlar olan yerlərə yerləşdirib. Texniki təhsili olması bu işdə ona kömək edib.

2 yanvar 1943-cü ildə “Kinoteatr” əməliyyatı tam hazır olub. Çexoviç bir gün əvvəldən yenicə doğulmuş oğlunu və həyat yoldaşını şəhərdən çıxarıb. Həmin gün alman zabitlərinə Almaniyannın incəsənət ustalarından bəhs edən filmin nümayişi nəzərdə tutulub. Zalda bir yer də olsun boş qalmayıb. Film başladıqdan 15-dəqiqə sonra konoteatrın 3 mərtəbəli binası yerlə-yeksan olub. Partlayış nəticəsində 736 alman məhv olub. Onların arasında iki general, 50-dən artıq zabit olub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1704213610_5.jpg
Partlayışdan dərhal sonra ərazidə olan alman qoşunları bütün şəhəri ayağa qaldırıb. Sorğu-suallar nəticəsiz qalıb. Bir neçə gündən sonra dağıntılar arasında partlayışın əsas nöqtəsi olan yerdən qol saatı tapılıb. Almanlar şəhər sakinləri arasında saatın sahibini axtarmağa başlayıblar. Nəhayət, saatın sahibi tapılıb. O bildirib ki, saat həqiqətən də ona məxsusdur, amma bir həftə əvvəl onu təmir etmək üçün Çexoviçə verib. Beləliklə, diversiyanın “müəllifi” müəyyənləşib. Amma onu tapmaq mümkün olmayıb. Kinoteatr partlayan zaman Çexoviş velosipedlə Porxovu tərk edib.

Bir neçə saniyə ərzində 736 nəfəri məhv etmək sovet-alman müharibəsi dövründə qurbanların sayına görə rekord göstəricilərdən biri olub. Porxov diversiyası Dövlət Müdafiə Komitəsində müzakirə olunub, yuxarıda qeyd etdiyimiz kimi İosif Stalin Çexoviçi Kremlə dəvət edib.

Müharibədən sonra Çexoviç Odessaya qayıdıb. Şəhərin İliç rayonunun İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləyib və ictimai fəal kimi tanınıb. Onun haqqında mətbuatda çoxsaylı məqalələr dərc olunub. Daha çox diqqəti çəkən məqalənib başlığı isə belə olub: “Yeni ilin sonuncu seansı”.
İlham Cəmiloğlu
Teref: Xocanın Blogu
 

Dünyapress TV

Xəbər lenti