Bakıya təcili enən nəhəng təyyarə: əsl səbəb sərnişindirsə, niyə uçmadı?
London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən "Qantas Airlines" aviaşirkətinə məxsus təyyarənin bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş etməsi ilə bağlı məlumat vermişdik.
Bakupost.az xəbər verir ki, dünyanın ən böyük sərnişin təyyarəsi olan “Airbus A380”-nin Bakıya təcili enməsinin səbəbi kimi göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi göstərilmişdi.
“Airbus A380" tipli təyyarə saat 07:55-də (Bakı vaxtı ilə) uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda sərnişinin səhhəti ilə bağlı zəruri tibbi qiymətləndirmə və müşahidə prosesi davam etdirilir”, - məlumatda bildirilmişdi.
Ancaq təyyarənin yoluna davam etməsi və yaxud nə vaxt edəcəyi ilə bağlı heç bir açıqlama verilməmişdi.
Olayla bağlı Qərb mediasında isə ziddiyyətli məlumat yayılıb.
Jurnalist Elbəyi Həsənlinin sözlərinə görə, “Qantas” şirkəti əksəriyyəti avstraliyalı olan sərnişinlər üçün əvəzedici təyyarənin göndəriləcəyi və buna görə də sərnişinlərin Bakıda gecələməli olduqları haqda məlumat yayıb:
“Qantas şirkəti deyir ki, “Airbus A380” təyyarəsində olanların hamısı otelə yerləşdiriləcək. Sərnişinlərin çərşənbə axşamı Sinqapura yola düşəcəyi gözlənilir. Buna görə də 400 otel nömrəsinə ehtiyac yaranıb...
Sərnişin təyyarəsi Bakı Hava Limanına enmək üçün havada təhlükəli xarakter daşıyan 180 dərəcəlik dönüş edib. Təyyarədə 600-dəm çox sərnişinin olduğu ehtimal olunur”.
Maraqlıdır, əgər təyyarə sərnişinin səhhətində problemə görə Bakıya təcili eniş edibsə, niyə əvəzedici təyyarə göndərilir?
“Qərb mənbəyi bildirir ki, təyyarə havaya qalxandan 10-15 dəqiqə sonra sağdakı mühərrikdə böyük problem yaranıb, ancaq o anda hər şey nəzarət altında olub. Belə ki, “Airservices Australia” deyib: “Təyyarə yerdən qalxarkən mühərrik nasazlığı ucbatından uçuş-enmə zolağına bitişik ot sahəsində yanğın olub. Ancaq tez bir zamanda yanğın söndürülüb”, - jurnalist qeyd edib.

Bölmənin digər xəbərləri

10 İyun 2025 Azərbaycandan Putinin köməkçisinə kəskin cavab -RƏSMİ
10 İyun 2025 Putinin köməkçisi: "Moskva "nəhəng Qarabağ"ın yaranmasını istəmir"
10 İyun 2025 İran Təhlükəsizlik Şurası mühüm bəyanat yaydı
10 İyun 2025 AB planlı müharibəyə hazırlaşır - Le Pen
10 İyun 2025 Şəhərdə it gəzdirmək qadağan olundu...
10 İyun 2025 Erməni gömrüyü Azərbaycanla sərhədlərin açılmasına hazırdır
09 İyun 2025 Slovakiyanın baş naziri Rusiyaya görə sinəsini Aİ-yə sipər edir
09 İyun 2025 Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı - KİV
09 İyun 2025 Paşinyanın korteji qəzaya DÜŞDÜ
09 İyun 2025 Zelenskidən GÖZLƏNİLMƏZ ETİRAF
09 İyun 2025 "Madleen" gəmisi Misir sahillərinə çatıb və Qəzza bölgəsinə doğu irəliləyir" - xarici KİV-lər
09 İyun 2025 Krım körpüsü hətta yeni zərbələr olmadan da, çökə bilər...
09 İyun 2025 Los-Anceles meri Trampın Milli Qvardiya ilə bağlı sözlərini təkzib edib
09 İyun 2025 Zelenski: Qələbəyə yaxınlaşırıq!
08 İyun 2025 Paşinyan oğlu Aşotu erməni əsirlərin əvəzindən Azərbaycana vermək istəyib...
08 İyun 2025 ABŞ-nin onlarla böyük şəhəri suyun altında qala bilər
08 İyun 2025 Ərdoğan Özgür Özələ zəng etdi
08 İyun 2025 Moskvada anbar yanır: yanğın sahəsi 8 min kv.metri keçdi
08 İyun 2025 Eks-prezident mühakimə olunmağa hazırdır
08 İyun 2025 Trampdan İ.Maska xəbərdarlıq: Əgər belə...

Dünyapress TV

Xəbər lenti