Azərbaycandan Putinin köməkçisinə kəskin cavab -RƏSMİ
Azərbaycan XİN Putinin köməkçisinə kəskin cavab verib, dövlətlərarası münasibətlərə xələl gətirməməyə çağırıb
“Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.”
Yenixeber.org: XİN-in yaydığı məlumata görə bunu qurumun mətbuat katibi Ayxan Hacızadə Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iddialarına münasibət bildirərkən deyib.

XİN rəsmisinin sözlərinə görə təəccüblü hal odur ki, Rusiya Federasiyasının Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir.

O bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır.

A. Hacızadə daha sonra sözlərinə belə davam edib:

“Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir.

Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub.”

Sonra diplomat Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.
 

Bölmənin digər xəbərləri

10 İyun 2025 Putinin köməkçisi: "Moskva "nəhəng Qarabağ"ın yaranmasını istəmir"
10 İyun 2025 İran Təhlükəsizlik Şurası mühüm bəyanat yaydı
10 İyun 2025 AB planlı müharibəyə hazırlaşır - Le Pen
10 İyun 2025 Bakıya təcili enən nəhəng təyyarə: əsl səbəb sərnişindirsə, niyə uçmadı?
10 İyun 2025 Şəhərdə it gəzdirmək qadağan olundu...
10 İyun 2025 Erməni gömrüyü Azərbaycanla sərhədlərin açılmasına hazırdır
09 İyun 2025 Slovakiyanın baş naziri Rusiyaya görə sinəsini Aİ-yə sipər edir
09 İyun 2025 Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı - KİV
09 İyun 2025 Paşinyanın korteji qəzaya DÜŞDÜ
09 İyun 2025 Zelenskidən GÖZLƏNİLMƏZ ETİRAF
09 İyun 2025 "Madleen" gəmisi Misir sahillərinə çatıb və Qəzza bölgəsinə doğu irəliləyir" - xarici KİV-lər
09 İyun 2025 Krım körpüsü hətta yeni zərbələr olmadan da, çökə bilər...
09 İyun 2025 Los-Anceles meri Trampın Milli Qvardiya ilə bağlı sözlərini təkzib edib
09 İyun 2025 Zelenski: Qələbəyə yaxınlaşırıq!
08 İyun 2025 Paşinyan oğlu Aşotu erməni əsirlərin əvəzindən Azərbaycana vermək istəyib...
08 İyun 2025 ABŞ-nin onlarla böyük şəhəri suyun altında qala bilər
08 İyun 2025 Ərdoğan Özgür Özələ zəng etdi
08 İyun 2025 Moskvada anbar yanır: yanğın sahəsi 8 min kv.metri keçdi
08 İyun 2025 Eks-prezident mühakimə olunmağa hazırdır
08 İyun 2025 Trampdan İ.Maska xəbərdarlıq: Əgər belə...

Dünyapress TV

Xəbər lenti