Rusiya hərbçiləri mayın 1-də gecə saatlarında Dnepropetrovsk vilayətinə raket zərbələri endirib. Pavloqrad rayonu və vilayət ərazisinə iki dəfə raket hücumu olub.
Bu barədə Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşuk bildirib.
Ukrayna hava hücumundan müdafiə sistemi 7 raketi zərərsizləşdirməyə müvəffəq olub.
Onun sözlərinə görə, tibbi yardım üçün 25 nəfər müraciət edib, onlardan üçü uşaqdır.
Pavloqrad rayonunda sənaye müəssisəsi, 19 çoxmənzilli və 25 fərdi yaşayış evi, 3 məktəb və eyni sayda uşaq bağçası, yarım dükan dağıdılıb.
Ukraynaya ümumilikdə 18 ədəd qanadlı raketin atıldığı bildirilir. Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri düşmənin 15 hava hədəfini məhv edib.
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) təşkil etdiyi əməliyyatda PKK/YPG-nin hərbi kəşfiyyatçısı Sabri Abdullah Ayn Əl Ərəb zərərsizləşdirilib.
Türkiyə mediasının təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Abdullahın 2018-ci ildə MİT-in keçirdiyi əməliyyatdan yaralı olaraq xilas olub.
Məlumatda bildirilir ki, terror təşkilatı PKK/YPG-nin böyük şəhərlərdə təxribatlara əmr verən "hərbi kəşfiyyat rəhbəri" Sabri Abdullah zərərsizləşdirilib.
Ötən gün Tərtərdə baş verən mina partlayışının təfərrüatları məlum olub Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub.
TEREF.AZ bildirir ki, “Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə Talış kəndində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub.
ANAMA əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb.
Partlayan TM62 PM-nin markalı tank əleyhinə mina olduğu ehtimal edilir.
Hadisə zamanı həlak olan hər üç şəxs ANAMA-nın dronla minaxtarama komandasının üzvü olublar.
Türkiyə ABŞ-dan F-35 qırıcıları almaq üçün ödədiyi pulu geri alacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“F-35 üçün pul və öz töhfəmizi verdik, amma pulumuzu geri alacağıq. Bu sistemdən çıxmağımız öz istehsalımızı sürətləndirmək üçün hərəkətverici qüvvə oldu, lakin CAATSA doğru deyil”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar Türkiyənin ABŞ-dən F-35 qırıcıları layihəsinə yatırılan vəsaitin Ankaraya qaytarılmasını, həmçinin Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan 5 təyyarənin təhvil verilməsi məsələsinə konstruktiv yanaşma gözlədiyini demişdi.(Mənbə: Hürriyet)
Türkiyə “Gökdemir” Hava Hücumundan Müdafiə Sistemini uğurla sınaqdan keçirib.
Tribunainfo.az xarici mətbuata Türkiyə KİV-nə istinadən xəbər verir ki, sınaq zamanı “Gökdoğan” raketlərindən istifadə olunub.Qeyd edək ki, “Gökdemir” ASELSAN və TÜBİTAK-SAGE şirkətlərinin birgə istehsalıdır.
Bu sistemin raketləri 70 kilometrdən daha çox məsafəyə çata bilir.
Ehtimal olunur ki, yaxın vaxtlarda “Gökdemir” Hava Hücumundan Müdafiə Sistemində “Bozdoğan” raketlərinin də atışı həyata keçiriləcək.
Ukrayna əks-hücum əməliyyatını vaxtında həyata keçirmək üçün Qərb silahlarını alacaq. Teref.az APA-ya istinadən xəbər verir ki , bu barədə NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən general Kiyevin “hücum əməliyyatını həyata keçirmək üçün lazım olan bütün silahları vaxtında alacaqmı” sualına müsbət cavab verib. "Bəli. Biz ukraynalı həmkarlarımızla bu hücum üçün onlara nə qədər material lazım olacağı barədə danışmışıq. Mən tam əminəm ki, biz onlara lazım olan materialı çatdırmışıq və onların əməliyyatlarını dəstəkləmək üçün çatdırmağa davam edəcəyik", - Kavoli bildirib. General onu da bildirib ki, vəd edilmiş hərbi texnikanın 98%-dən çoxu artıq Kiyevə çatdırılıb.
Polşa və Rumıniyada Ukrayna ordusunun istifadə etdiyi hərbi texnikaların təmiri və texniki xidmətlər üçün mərkəzlər yaradılacaq.
“Apolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rumıniyanın “Rheinmetall” şirkəti “Leopard 2”, “Challenger 2” tanklarını, Marder IFV-ləri, Fuchs BTR-ləri, həmçinin yük maşınlarını və artilleriya qurğularını təmir edəcək.
Polşanın “Bumar-Labedi” zavodu isə “Leopard 2A4” və “Leopard 2A6” tanklarına texniki xidmətlər göstərəcək.