Şoyqu Marinkanın tamamilə ələ keçirildiyini elan etdi
Rusiya qoşunları “Donetsk Xalq Respublikası”nda yerləşən Marinka şəhərinə tam nəzarəti ələ keçirib.

Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə zamanı məlumat verib.

“Aktiv hücum əməliyyatları zamanı “Yujnaya” qrupunun hücum dəstələri bu gün Donetskin cənub-qərbindəki Marinka şəhərini tamamilə ələ keçirib”, - Şoyqu bildirib.

Müdafiə naziri qeyd edib ki, Marinkanın ələ keçirilməsi Donetski Ukrayna Silahlı Qüvvələrinin atəşindən daha effektiv qorumağa imkan verir. Şoyqu həmçinin bildirib ki, 150-ci diviziyanın əsgərləri döyüşlərdə xüsusilə fərqləniblər.

Putin cavab olaraq Marinkanın ələ keçirilməsində əməyi olan hər kəsə ən səmimi təbrikləri və minnətdarlıq sözlərini çatdırmağı xahiş edib.
 

Dünyapress TV

Xəbər lenti