İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kanani Çafi bildirib ki, İslam Respublikasının Hindistan sahillərində "Chem Pluto" kimyəvi tankerinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumda iştirak etməyib.
Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
O, Pentaqonun gəmiyə hücum edən PUA-nın İran ərazisindən buraxılması ilə bağlı bəyanatına münasibət bildirib: "Biz bu ittihamları tamamilə əsassız kimi rədd edirik".
İran XİN nümayəndəsi qeyd edib ki, bu cür bəyanatlar Qəzza zolağındakı vəziyyətdən diqqəti yayındırmaq məqsədi daşıyır.
Xatırladaq ki, dekabrın 23-də Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) PUA-nın Hindistan sahillərində üzən gəmiyə zərbə endirdiyi barədə məlumat yayıb.