Ukrayna Silahlı Qüvvələrinin ilk pilotları Böyük Britaniyada F-16 qırıcılarının əsas uçuş hazırlığı kursunu bitirib.
Bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ukraynalı hərbçilərdən təşkil olunan altı nəfərlik pilotlar qrupu F-16 qırıcılarında uçuş bacarıqları üzrə kursu bitirərək Danimarkada təlim uçuşlarına başlayıb. On nəfərdən ibarət digər qrup isə Böyük Britaniyada təlimlərini davam etdirir.
Qeyd edək ki, Ukrayna uzun müddətdir Qərb müttəfiqlərindən F-16 qırıcı təyyarələrinin tədarükünü gözləyir. Avqustun sonunda Niderland 42 ədəd, Danimarka isə 19 ədəd F-16 qırıcısını Kiyevə verməyə hazır olduqlarını bildirib.