Ardını oxu...
1 aya yaxındır davam edən müharibədə HƏMAS İsrailə qarşı ən böyük və əsas fəaliyyətlərini məhz “İzzəddin əl-Qəssam Briqadaları” vasitəsi ilə həyata keçirir.

Həmin briqadanın yaranmasının əsas səbəblərindən biri isə 1935-ci ildə Fələstində ingilis müstəmləkəçiliyinə qarşı döyüşdə həlak olan İzzəddin əl-Qəssamın xatirəsidir.

Bəs, İzzəddin əl-Qəssam kimdir?

“Qafqazinfo” xarici mətbuata istinadən İzzəddin əl-Qəssamın həyatı ilə bağlı bəzi detalları təqdim edir:

İzzəddin əl-Qəssam Suriyanın Latakiya şəhərinin Cebale kəndində anadan olub.

Onun həyata baxışının formalaşmasında kənd müəllimi olan atası böyük rol oynayıb. İzzəddin əl-Qəssam 14 yaşında kəndi tərk edərək Qahirədə Əl-Əzhər Universitetinə daxil olur. Daha sonra əl-Qəssam kəndinə qayıdaraq burada məsciddə imam işləməyə başlayır.

Əl-Qəssam 1911-ci ildə İtaliya Tripolini işğal etdikdən sonra bölgəyə gedərək Osmanlı qoşunları ilə italyanlara qarşı döyüşür. Birinci Dünya Müharibəsi zamanı Osmanlı ordusuna yazılır.

Fələstindəki fəaliyyəti

Əl-Qəssam 1922-ci ildə Fələstin ərazisində olan Hayfa şəhəri yaxınlığındakı kənddə məskunlaşır.

O, Hayfada İslam məktəbində dərs deməyə başlayır və Gənc Müsəlman Liqasına qoşulur. Burada təsadüfən Fələstin milli müharibəsinə rəhbərlik edən Hacı Əmin əl-Hüseyni ilə tanış olur.

Şeyx İzzəddin əl-Qəssam Fələstindəki fransız işğalına qarşı müqavimət göstərmək üçün kiçik hərbi hücrələr yaradır. Bura cihada çağırış, siyasi ünsiyyət, düşmənlərə qarşı casusluq və hərbi təlim üçün ixtisaslaşmış bölmələr fəaliyyət göstərir.

Əl-Qəssamın ölümü

Əl-Qəssamın Fələstindəki silahlı mübarizəsi İngiltərəni narahat edirdi.

Qəssamın əsas məqsədi yəhudiləri dayandırmaq və Britaniya kəşfiyyatı üçün casusluq edən agentləri tutmaq idi.

İngilis qüvvələri İzzəddin əl-Qəssamın Fələstinin Əl-Bared kəndində gizləndiyindən xəbər tutur.

Lakin əl-Qəssam və onun 15 ardıcılı Şeyx Zayed kəndinə qaça bilir. 1935-ci il noyabrın 19-da Britaniya qüvvələri onları yüzlərlə əsgərin əhatəsində tapır və qonşu kəndlərlə əlaqəni kəsir.

Noyabrın 20-də baş verən qarşıdurmanın sonunda isə Şeyx İzzəddin əl-Qəssam və onun bəzi dostları öldürülür.

Məhz Fələstindəki fəaliyyətinə görə HƏMAS silahlı qanadına onun adını verir.
 
Ardını oxu...
Son olaraq ötən ilin noyabrında Rusiya qoşunları Xerson şəhərindən çıxmağa məcbur olandan bu yana Rusiya-Ukrayna müharibəsində demək olar ki, heç bir ciddi dəyişiklik baş verməyib.

Bu il yayın əvvəlində hamının maraqla gözlədiyi və böyük ümidlər bəslədiyi Ukrayna əks-hücumu isə demək olar, özünü doğrultmadı və hər hansı ciddi uğur əldə edilmədi. Hansı ki, bu əks-hücum əməliyyatı nəticəsində ən azı Azov dənizi sahilinə çıxılması və Krıma gedən əsas yolların nəzarətə götürülməsi, hətta Ukrayna qoşunlarının Krımın girişinə qədər irəliləyə biləcəyi proqnozlaşdırılırdı.

Gözləntilərin özünü doğrultmadığını Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı “The Ekonomist” nəşrində dərc edilən son məqaləsində də etiraf edib. Yeri gəlmişkən qeyd edək ki, kifayət qədər pessimist notlar üzərində köklənmiş bu yazıda Zalujnı ilkin plana görə, 4 ay ərzində Ukrayna qoşunlarının Krıma girməsinin nəzərdə tutulduğunu, lakin ucsuz-bucaqsız mina sahələri, hərbi aviasiyada Rusiyanın üstünlüyü, Radio Elektron Mübarizə vasitələrinin say və keyfiyyət çatışmazlığı və digər səbəblərdən hücumun alınmadığını etiraf edib. Ən əsası isə Zalujnı deyib ki, müharibə dalana dirənib, Birinci Dünya Müharibəsini xatırlatmağa başlayıb və mövqe savaşına çevrilib. General qeyd edib ki, hərb sahəsində texnoloji sıçrayış baş vermədən Rusiyanın möhkəmləndirilmiş müdafiə xətlərini yarmaq mümkün olmayacaq. Bu da bir ilin, iki ilin işi deyil.

Ən əsası isə Zalujnı etiraf edib ki, müharibənin dalana dirənməsi və mövqe döyüşləri xarakteri alaraq, üzücü resurs mübarizəsinə çevrilməsi ümumilikdə Ukraynanın dövlət kimi varlığını təhlükə altında qoyur. Çünki uzun və üzücü müharibədə Ukraynanın hərbi və canlı qüvvə resursları, iqtisadiyyatı, hərbi sənayesi və s. Rusiya ilə rəqabət aparmaq imkanına malik deyil. Bütün bunlar dolayısı ilə müharibənin davam etdirilməsinin mənasız olduğunu etiraf etməkdir.

Onu da unutmayaq ki, Zalujnı Ukrayna hərbi-siyasi rəhbərliyində ən təmiz reputasiyalı, ən populyar və yüksək reytinqli fiqur sayılır. Hətta ukraynalılar arasında keçirilən bütün sorğular prezidentliyə namizədliyini verəcəyi təqdirdə onun Volodimir Zelenskidən daha çox səs toplayacağını göstərir. Baxmayaraq ki, Zalujnı özü qətiyyən siyasi karyera qurmaq fikrində olmadığını dəfələrlə bəyan edib. Artıq bir çox müşahidəçilər, politoloqlar Zalujnının bu yazısının həm də Prezident Ofisinin mövqeyini əks etdirdiyini bildirirlər. Ən azından görünən odur ki, Zalujnının bu pessimist, uğursuzluq etirafları və gələcəklə bağlı narahatlıqlarla dolu yazısına Ukrayna Prezident Ofisi hər hansı şərh vermir və susqunluq nümayiş etdirir.

Bu arada Prezident Ofisinin sabiq müşaviri, tanınmış hərbi-siyasi ekspert Aleksey Arestoviç fəal şəkildə atəşkəs tezisləri ilə çıxış etməyə başlayıb. O, özünün son yayımlarında, müsahibələrində çox yaxşı münasibətlərdə olduğu Zalujnının sözügedən məqaləsindən çoxlu sitatlar gətirir.

Qeyd edir ki, Baş komandanın öz vəzifəsindən irəli gələrək, deyə bilmədiyi, ancaq demək istədiyi fikir hazırda atəşkəsin ən rasional və məntiqli variant olmasıdır. Arestoviç təklif edir ki, Ukraynaya maliyyə və hərbi yardımların zəiflədiyi, ABŞ başda olmaqla Qərb ölkələrində Ukraynaya dəstəyin davam etdirilməsinin daha tez-tez sual altına alınması, dünyanın ayrı-ayrı nöqtələrində yeni münaqişələrin yaranması, Ukraynaya diqqətin azalması, cəbhədə hər iki tərəfin dalana dirənməsi, eyni zamanda da Rusiyanın öz hərbi sənayesini inkişaf etdirməsi və s. fonunda Rusiya ilə atəşkəs müzakirələrinə başlamaq lazımdır.

Onun fikrincə bu, Ukraynaya vaxt qazandırar, ən azından 350 minə yaxın ukraynalının həyatını xilas edər, ölkə özünə gələr, iqtisadiyyatını, hərbi sənayesini gücləndirər və Rusiyanın növbəti mümkün hücumlarından daha yaxşı qorunmağa imkan verər. Lakin onun fikrincə, atəşkəs heç də Ukraynanın öz ərazilərindən imtinası mənası daşımır.

Rusiya ilə danışıqlar masasına da yalnız ABŞ başda olmaqla, aparıcı dünya ölkələrinin təminatları əsasında oturmaq lazımdır ki, Kreml sonradan əldə olunan razılaşmaları poza bilməsin. Həmçinin, Arestoviç hesab edir ki, Ukrayna NATO-nun təhlükəsizlik çətiri altına girməli və Rusiyada hakimiyyət dəyişikliyini gözləməlidir. Çünki indiki Putin hakimiyyəti dövründə Ukrayna hipotetik olaraq 1991-ci il sərhədinə çıxsa belə, bu, müharibənin bitməsi anlamı daşımayacaq. Rusiya hücumları davam etdirəcək.

Müharibənin birdəfəlik bitməsi və real sülh müqaviləsi üçün Putinin hakimiyyətdən hansısa yolla getməsi, Rusiyada yeni hakimiyyətin qurulması lazımdır. Buna qədər isə atəşkəs eldə edilməlidir. Arestoviç hesab edir ki, Putinin yerinə gələcək hakimiyyət daha adekvat olacaq.

Onunla işğal olunmuş ərazilərin geri qaytarılmasını müzakirə etmək və iki ölkə arasındakı problemləri siyasi yolla həll etmək imkanı yaranacaq. Nəticə etibarilə Ukrayna öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək şansı qazanacaq. Bütün bunlar üçün isə artıq dalana dirənmiş müharibəni dayandırmaq, atəşkəs elan etmək lazımdır. Arestoviçin fikrincə, Zalujnı son məqaləsində həm də bunu demək istəyib...

Maraqlıdır ki, Zalujnının sözügedən məqaləsinə paralel olaraq, Rusiyada “Levada-Sentr”-in keçirdiyi sorğunun nəticələri açıqlanıb. Rusiya dövlət KİV-lərinin həvəslə yaydığı sorğunun nəticələrinə görə, rusiyalıların 70 faizi(!) müharibənin dayandırılmasının tərəfdarıdır. Hansı ki, ötən ilin iyununda həmin mərkəz rusiyalıların 73 faizinin “xüsusi hərbi əməliyyatı” dəstəklədiyini və onun davam etdirilməsini istədiyini bəyan etmişdi.

Ancaq eyni zamanda, hazırda müharibənin dayandırılmasını istəyən rusiyalıların 57 faizi işğal olunmuş ərazilərin geri qaytarılmasının əleyhinə çıxıb. Əlbəttə ki, Rusiya kimi idarəçiliyi olan ölkədə, dolayısı ilə Kremlin nəzarətində olan qurumun keçirdiyi sorğunun obyektivliyi şübhə doğurur. Ancaq bir məsələ dəqiqdir ki, bu sorğu və onun nəticələri əslində, Kremlin özünün mövqeyini əks etdirir.

Beləliklə, hadisələrin gedişi və döyüş meydanındakı vəziyyət Ukrayna cəbhəsində atəşkəs perspektivini xeyli aktuallaşdırıb. Lakin bu məsələnin yalnız Zalujnı, yaxud ümumilikdə Ukraynanın hərbi-siyasi rəhbərliyi səviyyəsində həll edilmədiyi də acı reallıqdır...

Cəlal Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının yeraltı tunellərinin tamamilə məhv edilməsi problemi ilə bağlı unikal həll yollarına malikdir.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant “Yerusalem Post” qəzetinə müsahibəsində deyib.

“İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın bütün yeraltı tunellərinə çatmaq və onları məhv etmək imkanına malikdir”, - deyə nazir bildirib.

O, həll yollarının nədən ibarət olmasını isə açıqlamayıb.

Qallant həmçinin qeyd edib ki, İsrail qoşunları sektor daxilində ağır döyüşlər aparır, lakin İsrailin aşkar üstünlüyü var.
Ardını oxu...
Türkiyənin ABŞ-dən F-16 qırıcıları alması ilə bağlı texniki səviyyədə aparılan danışıqlar başa çatıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

“Texniki nümayəndə heyətlərinin danışıqları başa çatıb. Biz ABŞ-də müvafiq qanunvericilik prosedurlarının tezliklə və müsbət yekunlaşmasını gözləyirik. Biz bir daha deyirik ki, ABŞ bu problemi heç bir şərtlə əlaqələndirməməlidir”, - qurumdan vurğulanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Birləşmiş Ştatlar Ankaraya F-16-ların tədarükünə razılıq verməsini İsveçin NATO-ya daxil olması məsələsində müsbət qərarla əlaqələndirməkdə davam edir.

Mənbə: TASS
 
Ardını oxu...
Artıq iki ilə yaxındır davam edən Rusiyanın Ukraynaya qarşı işğalçılıq savaşı Ukraynada olduğu kimi, Qərbdə və xüsusilə ABŞ-də də müharibədən yorğunluğu və biganəliyi artırmaqdadır. Bu əhval-ruhiyyə Qərb ölkələrindəki hakimiyyətlərin Ukraynaya yardım qərarlarında da özünü büruzə verməyə başlayıb...

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı “The Ekonomist” nəşrinə yazdığı məqalədə Ukraynanın hazırda davam edən müharibədə yeni çağırışlar və tələblərlə üz-üzə qaldığını bildirib. Qeyd edib ki, Rusiya ordusunun imkanlarını kiçiltmək ağır nəticələr verə bilər.

Zalujnı qeyd edib ki, 2022-ci ilin fevralında başlayan işğalçılıq müharibəsi qlobal böhrana səbəb oldu. Bu müharibə həmçinin, BMT və ATƏT kimi qurumların öz işinin öhdəsindən gələ bilmədiyini, onların yararsızlığını göstərdi və Ukraynaya öz ərazilərini yalnız hərbi yolla azad etməkdən başqa seçim yeri qoymadı.

Bununla yanaşı, Zalujnı yazıb ki, Ukrayna ordusu say və hərbi təchizat sarıdan Rusiyadan geri qalmasına baxmayaraq, Rusiyanın hücumunu dayandıra, hətta öz ərazilərinin bir hissəsini azad edə bilib: “Lakin indi müharibə yeni fazaya – üzücü mövqe müharibəsinə keçir ki, bu da Rusiyanın “əlinə oynayır”, onun hərbi potensialını bərpa etməsinə və Ukraynanın mövcudluğuna təhlükə yaratmasına imkan verir”.

Zalujnı yazır ki, vəziyyəti düzəltmək üçün Ukrayna ordusunun hərbi aviasiya başda olmaqla, bir neçə silah növünə ciddi ehtiyacı var: “İstənilən iri miqyaslı yerüstü əməliyyat üçün havada üstünlüyə sahib olmaq vacibdir. Ukraynada isə müharibə başlayan tarixə cəmi 120 təyyarə olub ki, onların da yalnız üçdən biri işlək vəziyyətdə idi”.

Zalujnı qeyd edir ki, keçən dövr ərzində Ukrayna ordusu çoxlu sayda Rusiya təyyarəsi və Hava Hücumundan Müdafiə(HHM) Sistemlərini məhv etsə də, işğalçı ordu havadakı üstünlüyünü saxlamaqdadır. Bu isə Ukraynanın hücumunu əngəlləyir və onun aviasiyadan istifadəsini çətinləşdirir. Eyni zamanda, general qeyd edir ki, Rusiya PUA-lardan istifadəni xeyli artırıb və bu PUA-larla Radio Elektron Mübarizə(REM) vasitələri Ukraynanın böyük ehtiyacı olan hərbi avadanlıqlardan biridir.

Beləliklə, Zalujnının siyahısında aviasiyadan sonra ikinci yerdə REM vasitələri durur. Çünki məhz onların sayəsində PUA döyüşlərində üstünlük qazanmaq mümkündür.

Ukrayna generalı öz ordusuna işğalçı üzərində qələbə üçün lazım olan üçüncü silah növünün artilleriya olduğunu yazıb. Zalujnı qeyd edib ki, çox vaxt döyüşlərdə uğurun 80 faizi artilleriyadan və raketlərdən asılı olur.

Generalın deiyinə görə, Qərbdən yeni artilleriya sistemləri(HİMARS və digərləri-red.) yeni daxil olan dövrlərdə Ukrayna ordusu onlardan çox effektiv şəkildə istifadə edə bilirdi. Lakin sonradan Rusiya tərəfi öz REM sistemlərini təkmilləşdirərək, bu silah növlərinə və onların raketlərinə, mərmilərinə uyğunlaşdıra bildi. Bu səbəbdən həmin silahlar artıq əvvəkli qədər effektiv şəkildə istifadə oluna bilmir. Bunun əvəzində Rusiya daha çox kəşfiyyat PUA-larından və idarə olunan bombalardan istifadə etməyə başlayıb.

Bunu nəzərə alan Zalujnı bir daha Ukraynanın müasir, yeni texnologiyalar əsasında hazırlanmış REM sistemlərinə ehtiyacının olduğunu qeyd edib: “Bir çox analitiklərin bunu rədd etməsinə baxmayaraq, Rusiya silahlarının və kəşfiyyatının effektivliyini kiçiltmək olmaz. Əgər indiyə qədər Rusiya ilə kəmiyyət deyil, silahların keyfiyyəti hesabına bərabər səviyyədə döyüşmək mümkün idisə, indidən sonra vəziyyət dəyişə bilər”.

Ona görə də general hesab edir ki, Ukraynanın artilleriya mübarizəsində ciddi dəstəyə, yüksək dəqiqliki mərmilərə, kəşfiyyat vasitələrinə və kamikadze PUA-larına ehtiyacı var.

Ukraynaya lazım olan daha bir hərbi vasitə minalanmış ərazilərdən keçidi təmin edəcək texnika və silahlardır. Zalujnının yazdığına görə, Rusiyanın minaladığı ərazilərin dərinliyi bəzi yerlərdə 20 kilometrə qədər uzanır və bu proses durmadan davam edir. Qərbin Ukraynaya təqdim etdiyi vasitələr isə bu sahələri vaxtında və effektiv şəkildə təmizləyərək, irəliləməyə imkan vermir.

Nəhayət, Ukrayna ordusunun beşinci əsas ehtiyacı canlı qüvvədir. Zalujnı yazıb ki, Vladimir Putinin siyasi səbəblərdən çəkinərək, geniş səfərbərlik elan edə bilməməsi ucbatından Rusiya öz say üstünlüyündən istifadə edə bilmir. Həmçinin, Rusiyanın səfərbərlik edəcəyi təqdirdə belə, bu qüvvələri hazırlamaq və təmin etmək imkanları məhduddur.

Lakin general yazır ki, bu sarıdan Ukraynanın da ciddi problemləri var. Belə ki, bir tərəfdən Ukraynanın özünün döyüş bölgəsindəki hərbi mütəxəssislərini geri çağıraraq, onları təlimlərə cəlb etmək imkanı yoxdur. Çünki bu adamlara cəbhədə böyük ehtiyac var. Digər yandan, Ukraynanın istənilən nöqtəsindəki hərbi təlim düşərgələri Rusiya raketlərinin hədəfinə çevrilə bilir. Həmçinin, Ukrayna qanunvericiliyi hələ də mükəmməl deyil və xeyli sayda insanın hərbi səfərbərlikdən yayınmasına imkan yaradır. Bununla yanaşı, Zalujnı yazır ki, artıq qanunvericilikdə müvafiq dəyişikliklərlə bağlı iş aparılır.

Zalujnı bir daha qeyd edir ki, aldığı ağır zərbələrə baxmayaraq, Rusiya ordusunun imkanlarını kiçiltmək qətiyyən olmaz. Generalın fikrincə, hələ uzun müddət Rusiyanın Ukrayna üzərində canlı qüvvə sayı, silah-sursat, raket, aviasiya və s. sarıdan üstünlüyü qalacaq. Çünki Rusiya öz hərbi sənayesini bütün sanksiyalara rəğmən inkişaf etdirə bilir. NATO dövlətlərinə isə vəziyyəti düzəltmək və uyğunlaşmaq üçün bir il, bəlkə də daha çox vaxt lazım olacaq. Mövqe müharibəsi isə Zalujnının fikrincə, üzücü və uzunmüddətlidir ki, bu da Ukrayna dövlətçiliyinin mövcudluğunu sual altında qoya bilər.

Ona görə də Ukraynanın “bu tələyə düşməməsi” üçün aviasiyaya, müasir REM sistemlərinə, artilleriya dəstəyinə və yeni canlı qüvvə hazırlığına ciddi ehtiyacı var. Yalnız bütün bunlarla təmin edilməsi Ukraynanın bu savaşı üzücü mövqe müharibəsindən sürətli manevr müharibəsinə çevirməsinə imkan verəcək.
 
Ardını oxu...
Rusiyanın Çuvaş respublikasından Ukraynaya səfərbər edilmiş bir batalyon ağır hücuma məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Azadlıq radiosu"nun Ukrayna bölməsi yayıb.

Məlumata görə, bir batalyon HİMARS tərəfindən atəşə tutulub, onlarla ölü və yaralı var.

Hücumla bağlı məlumatın saxta olduğu deyilsə də, sonradan Çuvaşdan olan bir neçə hərbçi məlumatın doğru olduğunu və ağır hücuma məruz qaldıqlarını etiraf ediblər:

“Hələ də dərc olunmamış videoların birində qara polietilen paketlərdə ölən əsgərlərin adları yazılıb, onların bədən hissələri də görünür".

Vurğulanıb ki, videoda tam olaraq nə təsvir olunubsa, rus hərbçiləri belə cavab veriblər: “Dəhşətli kadrlardır, bunları dərc etməyin”.

“Angry Chuvashia” Teleqram kanalının məlumatına görə, 120-yə yaxın insan ölüb və yaralanıb.

Digər məlumata görə, Çuvaşdan olan 47 hərbçi atəş nəticəsində ölüb.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Çuvaş batalyonunun komandiri Vladislav Matuzasın ölümü ilə bağlı məlumatlar yayılıb.

Bu batalyonun 1251-ci motoatıcı alayının bir hissəsi olduğu və İlçenkovo ​​bölgəsində - Novoprokopovkanın cənubunda Zaporojye vilayətinin Tokmak istiqamətində yerləşdiyi məlumdur.
 
Ardını oxu...
Hələ 2014-cü ildə Donbasda separatizm hərəkatı yeni başlayandan bəri Donetsk vilayətinin cəmi 30 minə yaxın əhalisi və 29 kvadrat kilometr ərazisi olan Avdeyevka yaşayış məntəqəsi Rusiya ordusunun boğazında kal armuda dönüb. Ukraynanın buradakı müdafiə xətti artıq 10 ilə yaxındır ki, separatçıların və onları himayə edən Rusiyanın zərbələri altında davam gətirir. 2022-ci ilin fevralında başlayan işğalçılıq müharibəsində də ilk hədəflərdən biri məhz Avdeyevka olub.

Son üç həftədə isə bu yaşayış məntəqəsinə hücumlar öz miqyasına görə misli görünməmiş həddə çatıb. Hətta Avdeyevka uğrunda davam edən döyüşlər Baxmut və Uqledar uğrunda yaşanmış döyüşlərdən də daha intensiv və amansız hesab olunur.

Öncə onu qeyd edək ki, Avdeyevka sözügedən bölgə üçün kifayət qədər strateji əhəmiyyət daşıyan məntəqədir. Belə ki, o, Donetsk vilayətinin mərkəzi və ən böyük şəhəri olan Donetsk şəhərindən cəmi 15 kilometr məsafədə yerləşir. Buradan adi artilleriya mərmiləri ilə Donetsk şəhərinin istənilən nöqtəsini vurmaq mümkündür. Buna baxmayaraq, Ukrayna ordusu bütün bu imkanlara rəğmən heç də Rusiya Baxmutu, Mariupolu və digər şəhərləri yerlə bir etdiyi kimi, Donetski və dinc əhalini hədəf almayıb.

Şəhərə müəyyən zərbələr endirilsə də, bunlar əsasən hərbi hədəflər və işğalçı administrasiyanın binaları olub. Lakin Avdeyevkadakı Ukrayna qüvvələri ətrafdakı strateji dəmiryol və avtomobil nəqliyyatı xətlərini tam atəş nəzarətində saxlaya bilir. Ona görə də Rusiya tərəfi bu yollardan özünün silah-sursat, yanacaq və s. təminatı üçün istifadə edə bilmir.

Bütün bunlar nəzərə alındıqda, bu yaşayış məntəqəsi, məsələn, rus ordusunun on minlərlə itki verdiyi Baxmutdan qat-qat daha böyük strateji əhəmiyyətə malikdir. Bu baxımdan Rusiya ordusunun Avdeyevka uğrunda döyüşlərə indiyə qədər misli görünməmiş miqdarda canlı qüvvə və hərbi texnika atması hardasa başa düşüləndir.

Artıq bu istiqamətə Rusiyanın 3 (!) ümumqoşun ordu hissələri cəlb olunub. Hazırda cəmi 20 kilometrlik cəbhə xəttinə Rusiya tərəfindən 40 mindən artıq canlı qüvvə yığılıb. Bu, hər kilometrə iki min nəfər deməkdir. Belə sıxlıq vaxtilə Yevgeni Priqojinin “ət maşını”na çevirdiyi Baxmut döyüşlərində də müşahidə olunmayıb. Orada 50 kilometrlik cəbhədə gedən döyüşlərə zaman-zaman 20-50 min civarında şəxsi heyət cəlb olunub. Bu da o deməkdir ki, Baxmutda hər kilometrə ən intensiv döyüşlər vaxtında belə min nəfərdən artıq canlı qüvvə düşmürdü.

Eyni zamanda, Baxmut uğrunda aylarla davam edən döyüşlərə cəmi 300 ədəd hərbi texnika cəlb edildiyi halda, Avdeyevkada son 3 həftə ərzində başlanan şiddətli döyüşlər zamanı Rusiya tərəfi artıq 100-dən çox hərbi texnika, tank, BMP və s. itirib. Bu itkilər general Rüstəm Muradovun Uqledara uğursuz hücumu zamanı itirdiyi texnikanın da sayını üstələyir.

Ümumiyyətlə, əksər mütəxəssislər, hətta Rusiyanın “hərbi bloqerləri” də etiraf edirlər ki, Avdeyevka uğrunda döyüşlər bu müharibədə indiyə qədər Rusiya ordusunun qısa vaxt ərzində ən böyük itkilər verdiyi döyüşlərdir. ABŞ-nin “New York Times” nəşri bunu “Rusiya üçün ən bahalı döyüşlər” adlandırıb.

Qeyd olunur ki, əgər Baxmut çökəkdə idisə, Avdeyevka nisbətən hündürdədir. Ona görə də Rusiya piyada qüvvələri və hərbi texnikası hələ şəhərin həndəvərinə çatmamış artilleriya vasitəsilə məhv edilir. Doğrudur, Rusiya Avdeyevkanı cinahlardan irəliləyərək mühasirəyə almağa, şəhəri Ukrayna arxa cəbhəsilə birləşdirən yeganə magistral xətti atəş nəzarətinə almağa çalışır. Bu istiqamətdə müəyyən irəliləyişlər də var, lakin bu irəliləyişlər olduqca böyük canlı qüvvə və texnika itkisi hesabına başa gəlir. Oktyabrın 10-da başlanan hücum əməliyyatının artıq oktyabrın 28-nə olan nəticələrinə görə, Rusiya ordusu Avdeyevka ətrafında 4 mindən artıq canlı qüvvə itirib. Son 3 gündə isə bu itkilər daha da intensiv şəkildə artmaqdadır.


Avdeyevka da Mariupol və Baxmut kimi demək olar, yer üzündən silinmək üzrədir. Ancaq nə qədər acınacaqlı olsa da, dağıdılmış şəhər müdafiə olunan tərəfin imkanlarını daha da artırır.

Ukraynalı tanınmış hərbi ekspert Roman Svitan deyib ki, dağıdılmış və əhalisi köçmüş şəhər daha əlverişli və davamlı müdafiə xətti qurmağa imkan verir. Binaların zirzəmiləri və dağıntıları “təbii müdafiə istehkamlarına” çevrilir və müdafiə olunan tərəf üçün bir çox üstünlüklər qazandırır.

Ukrayna hərbi rəhbərliyi Rusiyadan fərqli olaraq, bu yaşayış məntəqəsi uğrunda döyüşlərə daha adekvat yanaşır. Ona görə də hansısa məqamda mühasirəyə düşməmək və böyük itkilər verməmək üçün Avdeyevkanın təslim edilməsi istisna olunmur. Lakin həmin vaxta qədər Rusiyanın burada özünün nə qədər canlı qüvvəsini və texnikasını ”yandıracağı” bəlli deyil.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun mütəxəssisləri kütləvi itkilər qarşılığında Rusiya ordusunun Avdeyevkadakı cüzi irəliləyişlərini “Rusiya ordusunun növbəti biabırçılığı” adlandırırlar. Ancaq o da məlumdur ki, Rusiya üçün belə biabırçılıqlar, itkilər, xüsusilə də canlı qüvvə itkisi demək olar, heç bir əhəmiyyət daşımır və əsas məsələ Kremlin qoyduğu siyasi tapşırığı nə yolla olursa-olsun yerinə yetirməkdir. Siyasi tapşırıq isə ona xidmət edir ki, qış və hava şəraiti ilə bağlı mümkün nisbi fasilə öncəsi Vladimir Putinə Avdeyevka səviyyəsində də olsa, “qələbə” lazımdır...

Cəlal Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
“Ukrayna üçün F-16 qırıcıları iki həftəyə Rumıniyaya çatdırılacaq”.

“Report” xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Mark Rutte “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu o deməkdir ki, yaxın vaxtlarda ukraynalı pilotlar üçün hazırlıq kursları başlaya bilər”, - o qeyd edib.

Baş nazir onu da vurğulayıb ki, ölkəsi Rusiyanın davamlı təcavüzü qarşısında Ukraynanı lazım olduğu qədər və uzun müddət dəstəkləməyə davam edəcək: “İsrail və Qəzzadakı dağıdıcı vəziyyət diqqətimizi Ukraynadan yayındırmayacaq”.
Ardını oxu...
Fələstin-İsrail münaqişəsinin gərginləşməsi təhlükəsi ABŞ-da real olaraq qəbul edilir.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

"Qüvvələrimizi qorumaq üçün bütün lazımi tədbirləri görürük, hazırda münaqişənin regiona yayılmaması üçün regionun digər ölkələri ilə işləyirik, lakin bu təhlükə realdır", - o bildirib.

O vurğulayıb ki, Vaşinqton Fələstin-İsrail münaqişəsinin qızışmasının qarşısını almaq üçün ciddi, sistemli və davamlı addımlar atır.
 
Ardını oxu...
Qərb hərbi ekspertləri son günlər Ukrayna təyyarələrinin məhv edilməsinin kəskin şəkildə artdığına diqqət çəkiblər.

Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, ABŞ-ın istefada olan kəşfiyyatçısı Skott Ritter yüksək texnologiyalı Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukrayna silahlı qüvvələrinin aviasiyasını tamamilə iflic etdiyini iddia edib.

“Ruslar Ukrayna ordusunun əsas texnikasını (aviasiya aktivlərini) məhv edir. MiQ-29 təyyarəsi havaya qalxan kimi vurulur”, - deyə o bildirib.

Rusiyalı ekspertlər bildirib ki, son vaxtlar Ukrayna orta hesabla günə 2,5 qırıcı itirir. Rusiya MN rəhbəri Sergey Şoyqu da yeni sistemlər sayəsində son 10 gündə Ukraynanın 24 döyüş təyyarəsinin məhv edildiyini təsdiqləyib.

Bəs, söhbət hansı yeni texnologiyadan gedir?

Şoyqu bu barədə danışmayıb. Ancaq hərbi ekspertlər ehtimal edir ki, bu, uzaqmənzilli hədəfləri aşkarlayan və idarə edən təyyarələr (AWACS) ola bilər.

Rusiyada hazırda 9 belə təyyarə var - 6 təkmilləşdirilmiş A-50U və 3 birinci seriyalı A-50.

Təyyarənin ilk modifikasiyası hələ 1985-ci ildə istifadəyə verilib. Təyyarədə üçölçülü radar, alınan məlumatları toplamaq və göstərmək üçün avadanlıq, qırıcıları hava hədəflərinə yönəltmək üçün rəqəmsal kompüter sistemi və daha neçə təkmil funksiyalar olub.

A-50U təkmil versiyasının sınaqları 2009-cu ilin sonunda başa çatıb. Tərtibatçılar idarəetmə və kommunikasiya vasitələrini təkmilləşdirib və taktiki heyət üzvlərinin işini modernləşdiriblər. İndi bütün məlumatlar onların qarşısında ekranlarda göstərilir.

Bu tip təyyarələrin fərqləndirici xüsusiyyəti və əsas silahı gövdənin yuxarı hissəsində yerləşən 9 metrlik Vega-М radar diskidir ki, o, eyni vaxtda 230 kilometrə qədər məsafədə 150 hədəfi izləyə bilir. Böyük təyyarələri isə 400 km-dən aşkar etmək olur. Hər bir A-50 uzaq məsafədən 10-a qədər qırıcını hədəfə ala bilər.

Bu təyyarənin “gözlərinin” qırıcılara verdiyi 230 kilometr, məsələn, Belarusun Qomel ərazisindən Kiyevin hava məkanına nəzarət etmək üçün kifayətdir. Ancaq yeganə sual yaranır: əvvəllər də A-50-lər var idi, niyə indi təyyarələri vurmaqda belə effektivdir?

Rus ekspertlərin fikrincə, komandanlıq düşmənin uzaqmənzilli zenit müdafiə vasitələrinin hələ tam sıradan çıxmadığı şəraitdə onlardan cəbhə xəttinin yaxınlığında istifadə etmək riskinə getməyib. İndi uzun müddətdir ki, S-300-ün döyüş bölgəsində olması barədə heç nə eşidilmir. Baxmayaraq ki, əvvəllər onların kamikadze dronları tərəfindən məhv edilməsi videoları kifayət qədər tez-tez yayılırdı. “Yəqin ki, düşmən paytaxtı qorumaq üçün qalan bu tip hava hücumundan müdafiə sistemlərini geri çəkib”, - mənbə bildirib.

Amma bununla da bitmir. Rusların müxtəlif modifikasiyaları ilə döyüşə başqa texnologiyalar da daxil etdiyinə əmin olan etibarlı mənbələr var.

10 fevral 2022-ci ildə, müharibənin başlamasına iki həftə qalmış yeni hazırlanmış hava radarı ilə yeni DLRO A-100 Premier təyyarəsinin ilk uçuşu baş tutub. Hazırda sınaqdan keçirilir və 2024-cü ildə istifadəyə verilməlidir. Bəlkə, bu texnika da artıq hazırdır?

A-100 lokatoru öz imkanlarına görə təkcə A-50-dən deyil, potensial düşmənin əksər oxşar maşınlarından çox üstündür. O, eyni vaxtda 650 kilometrə qədər məsafədə 300-ə qədər hədəfi izləmək qabiliyyətinə malikdir.

Ekspertlər iddia edir ki, 10 günə 24 döyüş təyyarəsinin vurulması ilk dəfədir: ola bilsin ki, bu, A-100 radarının işidir.

“Son günlər Ukraynaya məxsus 24 təyyarənin məhv edilməsinin “günahkarı” A-100 radarıdırsa, o, Ukraynanın istənilən uçan obyektini 400-500 kilometr məsafədən vura bilirsə, demək, praktiki olaraq Ukraynanın bütün səmasına nəzarət edir. Bu vəziyyətdə Qərb təyyarələrinin Kiyevə çatdırılması ehtimalı azdır”.
 

Dünyapress TV

Xəbər lenti