"Müharibədən sonra 17 min "Kalaşnikov" yoxa çıxıb" - KazaryanYaradılıb 16.01.2024 08:29 | Baxış sayı: 69“2020-ci ildə 44 günlük müharibədən sonra 17 min “Kalaşnikov” avtomatı yoxa çıxıb”.KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan məlumat verib.O, silahların nə vaxt, harada və hansı şəraitdə yoxa çıxması barədə dəqiq açıqlama verməyib.Kazaryan silahların könüllü təhvil verilməsi ilə bağlı işlərin aparılmasının zəruriliyini ifadə edib. Facebook-da paylaş