ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hind okeanında hərəkətdə olan kimyəvi yüklü tankerin İran ordusu tərəfindən atılan pilotsuz hücum təyyarəsi tərəfindən vurulduğunu bildirib. Bizimyol.info xəbər verir ki, Pentaqondan mətbuata verilən şərhdə: "Liberiya bayrağı altında Yaponya və Hollandiyaya məxsus "Chem Pluto" adlı kimyəvi tanker gəmisi Hind okeanında, sahildən 370 kilometr aralıda, təxminən 10 dəqiqə ərzində vurulub.
Açıqlamada hücumun İrandan atılan bir istiqamətli hücum pilotsuz təyyarəsi ilə edildiyi, hadisədə can itkisinin olmadığı və tankerdəki yanğının söndürüldüyü bildirilib.
Açıqlamada, hücum zamanı yaxınlıqda ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmi olmadığı, ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) Hindistanda təyinatına doğru davam edən gəmi ilə əlaqə saxlamağa davam etdiyi qeyd edilib. Bəyanat bildirilir ki, bu İranın 2021-ci ildən bəri kommersiya gəmiçiliyinə yeddinci hücumudur.
İran hücumla bağlı açıqlama verməsə də, dəniz təhlükəsizliyi şirkəti "Ambrey" sözügedən tankerin Səudiyyə Ərəbistanından Hindistana getdiyi və İsraillə əlaqəsi olduğu barədə məlumatı "BBC" ilə paylaşıb.
İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına davam edən hücumlarına cavab olaraq Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə İsrail gəmilərini hədəfə ala biləcəkləri ilə hədələmişdilər. Husilərin hərəkətə keçməsindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
Bildirilir ki, Hind okeanında baş verən son hadisə İsrailin 7 oktyabrdan bəri Qəzzaya hücumları prosesində bir ilkdir.