Ardını oxu...
Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu ilə görüşüb.

Bu barədə diplomat “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu ilə görüşməkdən şadam. Biz Azərbaycan və Pakistan arasında münasibətlərin hazırkı səviyyəsini və ikitərəfli əlaqələrimizin, xüsusən də hərbi və hərbi-texniki sahədə daha da möhkəmləndirilməsi yolları barədə fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.
Ardını oxu...
Sentyabrın 12-si saat 20:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Kilsəkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
 
Ardını oxu...
Ermənistan və Birləşmiş Ştatlar bazar ertəsi sentyabrın 11-də birgə hərbi təlimlərə başlayıb. Yerevanın Moskvanın orbitindən uzaqlaşmasının son əlaməti olaraq qiymətləndirilən hərbi təlimlər Azərbaycanla gərginliyin artdığı bir vaxt və Ermənistanda Rusiyanın təhlükəsizlik qarantı rolunu oynamaması ilə bağlı fonunda narazılıqlar keçirilir.

ABŞ Ordusunun Avropa və Afrika sözçüsü Fransa xəbər agentliyinə “Eagle Partner” təliminin açılış mərasiminin baş tutduunu bildirib.

Ermənistan Müdafiə Nazirliyi təlimlərin məqsədinin beynəlxalq sülhməramlı missiyalarda ABŞ qüvvələri ilə “qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq”dan ibarət olduğunu bildirib.

ABŞ Ordusunun Avropa və Afrika Komandanlığı isə Zar və Armavir təlim sahələrində sentyabrın 11-20 tarixlərində 175 erməni hərbçisi ilə birlikdə təxminən 85 əsgərin təlim keçəcəyini bildirib.

Təlimlərin Ermənistanın 12-ci Sülhməramlı Briqadasını bu ilin sonunda qiymətləndirmə üçün NATO standartlarına cavab verməyə hazırlamağa kömək edəcəyi bildirilib.

Rusiya keçən həftə ABŞ-Ermənistan birgə təlimləri ilə bağlı narahatlığını ifadə edib. Kremlin sözçüsü Peskov bildirib ki, “bu təlimlər xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur”.

Ermənistan səfiri ölkənin atdığı “dost olmayan addımlar”la bağlı sentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin açıqlamasında Ermənistan nümayəndəsinə “sərt” töhmət verildiyini bildirilsə də, ölkələrin “müttəfiq olaraq qaldığı” vurğulanıb.

Rusiya 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində atəşkəsə vasitəçilik edib və Qarabağa 2000 nəfərdən ibarət sülhməramlı qüvvə göndərib.

Rəsmi Yerevan Rusiyanın Qarabağda təhlükəsizliyi təmin edə bilmədiyini bildirir. Baş nazir Paşinyan keçən həftə Ermənistanın təhlükəsizlik baxımından Rusiyaya arxalanmasının “strateji səhv” olduğunu deyib.
 
Ardını oxu...
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dünyanı təşvişə salan çıxış edib.

Medvedev 11 sentyabr hücumlarının ildönümünə bir gün qalmış ABŞ-ın yaxın gələcəkdə oxşar hücuma məruz qalacağını bildirib. Lakin o, bu hücumun nüvə və ya bioloji komponentə malik olma potensialının olduğunu qeyd edib.

Dmitri Medvedev Telegram hesabında “11 sentyabr ərəfəsində bir neçə kəlmə” sözləri ilə açıqlamalar verib. O, ABŞ-ı təkəbbür və narsisizmdə ittiham edib.

Proqnoz vermək istəməyən Medvedev ABŞ-ın tezliklə nüvə və ya bioloji hücuma məruz qalacağını, ya da daha pis olacağını deyib.

Nüvə gücünə sahib olan ölkələrdən birinin emosional qərar verəcəyini və kütləvi qırğın silahlarından istifadə edəcəyini iddia edən Medvedev, "Bu qədər. Oyunun sonu" şəklində cümləsini bitirib.

Rusiya rəsmisi nüvə və ya bioloji hücumu edəcək ölkənin hansı olacağı ilə bağlı açıqlama verməyib./Manset.az
Ardını oxu...
ABŞ-ın “General Atomics” şirkəti bu ilin dekabrında hava-hava sinfinə məxsus raketlər atacaq “LongShot” pilotsuz uçuş aparatının sınağına başlayacaq.

Bu barədə “Breaking Defense” məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyi hələ iyun ayında şirkətlə PUA-nın sınağının üçüncü mərhələsinə dair dəyəri 94 milyon dollar olan müqavilə imzalayıb. PUA-nın hazırlanması zamanı əsas diqqət uzaq hədəflərin vurulmasına yönəldilib.

Başqa sözlə, bu PUA-lar qırıcı təyyarə funksiyasına malik olacaq.
avtosfer.az
 
Ardını oxu...
Ukraynadakı münaqişənin yaxın gələcəkdə sülh yolu ilə həll olacağını düşünmürəm.

Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həll olunacağımıza çox da ümidim yoxdur. Hesab edirəm ki, hər iki tərəf münaqişəni davam etdirmək qərarına gəlib”, - Quterreş bildirib.\\Axar.az
Ardını oxu...
2022-ci ildə amerikalı iş adamı İlon Mask Krım yarımadası yaxınlığında "Starlink" peyk internetinin işini məhdudlaşdırmağı və bununla da Ukraynanın Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələrinə hücumunun qarşısını almağı əmr edib.

Publika.az xəbər verir ki, bu barədə iş adamının sentyabrın 12-də ictimaiyyətə açıqlanacaq tərcümeyi-halında deyilir.

Materialın fraqmentləri CNN tərəfindən dərc olunub.

Məlumata görə, guya İlon Mask Ukrayna silahlı qüvvələrinin döyüş tapşırıqları zamanı onun peyk şəbəkəsindən istifadə edəcəyini gözləmirmiş.

"Starlink"”in bağlanması səbəbindən partlayıcı maddələr daşıyan Ukrayna sualtı PUA-larının əlaqəsi kəsilib və sahilə yuvarlanıb.

Tərcümeyi-halın müəllifi Walter İsaacsonun qeyd edib ki, iş adamı "Starlink"i qarşı tərəfə zərbə vurmaq üçün deyil, dinc məqsədlər üçün yaradıb
Ardını oxu...
“Şimali Koreya lideri Kim Çen Inın Vladivostokda Vladimir Putinlə planlaşdırılan görüşü Rusiyanın Ukraynadakı yeni strategiyasından və dünya üçün ortaya çıxa biləcək daha böyük təhlükələrdən xəbər verir. Artıq Ukraynanın Rusiyaya qarşı başlatdığı əks-hücumun dördüncü ayındayıq. Hələ ki, məhdud səviyyədə uğurlar və Rusiyanın bir neçə əks hücumunun şahidi olmuşuq. Hazırda Moskva Ukraynanın Surovikin xətti boyunca davam edən hücumlarda döyüşçülərini, tanklarını, mərmilərini və raketlərini tükətməsinə imkan verir. Düşünürəm ki, Ukraynanın Qərb silahları ilə təchiz edilmiş və xüsusi təlim keçmiş manevr qüvvələri burada məhv edildikdən sonra Rusiya yanvarda özünün genişmiqyaslı hücumuna başlaya bilər”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniya Ordusunun ehtiyatda olan polkovniki Riçard Kempin “The Telegraph” nəşrində yayımlanan “Putin qələbə üçün yeni bir plan hazırlayır” başlıqlı məqaləsində bildirilib.

Sözügedən məqalənin tərcüməsini oxuculara təqdim edirik: “Moskvanın bu planı Birinci Dünya Müharibəsindən sonra almanların 1918-ci ilin martında başlatdığı və daha çox ərazi ələ keçirdiyi Kayzerşlaxt hücumunu xatırladır. Putin üçün problem ondan ibarətdir ki, o, Ukrayna qüvvələrini məğlub etməyə çalışarkən çoxlu sayda sursat, xüsusən də artilleriya mərmiləri və ballistik raketlər itirir. Rusiya Qərbin əksər ölkələrindən daha böyük hərbi sənayeyə sahib olsa da, on minlərlə insanı orduya səfərbər etməyi bacarsa da, bu, yeni və böyük bir əks-hücum üçün kifayət etmir.

Elə bu səbəbdən də məsələyə Şimali Koreya dövləti daxil olur. Pxenyan ən azı bir ildir ki, Rusiyaya böyük miqdarda mərmi və müxtəlif raketlər göndərir. Bu daşımaların əsas hissəsini “Vaqner” qrupu təşkil edir. İyul ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyanda idi və ehtimal edirəm ki, o, burada əlavə silah-sursatla bağlı danışıqlar aparırdı. Şoyqu burada “Ələddinin mağarası”nı kəşf edib. Bu “mağarada” çoxlu sayda ağır silahlar və artilleriya sursatları var. Onların əksəriyyəti köhnə və yararsız ola bilər. Lakin Rusiyanın qələbə taktikası da yeni deyil. Rusiya almanların 1918-ci ildə etdiyi kimi, say və silah baxımından əzici üstünlük əldə edərək, bu gücdən öz xeyrinə yararlanmağa çalışır.

Lakin Şimali Koreya bu yardımları qarşılıqsız etməyəcək. Qərbin sanksiyaları altında əzilən Pxenyanın Rusiya neftinə, ərzağına və xammalına böyük ölçüdə ehtiyacı var. Bundan əlavə, Rusiya inkişaf edən münasibətlər fonunda, Şimali Koreyanın nüvə silahı proqramını dəstəkləyə, xüsusən də qitələrarası ballistik raketlərin inkişafı üçün onu lazım olan valyuta və texnologiya ilə təmin də bilər. Rusiyanın bu sahədə böyük imkanları mövcuddur. Pxenyanın bu yolla nüvə proqramını inkişaf etdirməsi dünyanın təhlükəsizliyini təhlükə altına ata bilər.

Amma bəzi analitiklər hesab edirlər ki, Kimin Rusiyaya planlaşdırılan səfəri ABŞ kəşfiyyatı tərəfindən ifşa edildiyi üçün təxirə salına bilər. Lakin bu, o qədər də önəm kəsb etmir. Çünki İki ölkə arasında dərin köklü əlaqələrin olması bu əməkdaşlığın iki lider arasında görüş olmadan da davam və inkişaf etməsi üçün kifayət edir.

Buradan qaranlıq qalan əsas sual budur: Belə bir görüşün təşkilinə nə ehtiyac var idi?

Bu, Kim üçün anti-Qərb rejimləri qarşısında dövlət xadimi kimi mövqe sərgiləməyə fürsət verir. Putin isə bu yolla öz xalqına dünyadan təcrid olunmadığını sübut etməyə çalışa bilər. Amma bunun arxasında başqa bir plan da ola bilər. Məsələn, Putin bu sövdələşmədən təzyiq vasitəsi kimi istifadə edərək, ABŞ administrasiyasının Kiyevi atəşkəsə məcbur etməsini istəyə bilər.

Ancaq nə olursa olsun, Qərb hazırkı əks-hücumun uğursuzluqla nəticələnəcəyi təqdirdə Ukraynaya hazırlaşmağa kömək etməlidir və Putinin “Kayzerşlaxt” planına imkan verməlidir. Almanların 1918-ci ildə başlatdığı bu hücum təchizat çatışmazlığı səbəbindən dayanmışdı. Biz Putinin də eyni tale ilə üzləşəcəyinə ümid bəsləyə bilmərik.

Ukraynanın rusların başladacağı genişmiqyaslı əks-hücuma müqavimət göstərə biləcəyi məum deyil. Ukraynada 1918-ci il ssenarisi reallaşarsa, Qərbdən, eləcə də Ukraynadan böyük güc və maliyyə tələb olunacaq. Qərb Ukraynaya əvvəlki yardımlarından daha çox yardım etməli olacaq. Bu, maliyyə baxımından müttəfiq dövlətlər üçün böyük çətinlik yaradacaq”.
 
Ardını oxu...
Hindistan Ermənistanı silahlandırmağa davam edir.

Belə ki, bu ölkənin Ermənistana silah tədararükü edəcəyinə dair yeni məlumatlar yayılıb.

Qeyd olunur ki, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah satacaq.

Razılaşmaya “Pinaka” raket sistemləri və onların sursatları, eləcə də tank əleyhinə digər silahlar daxildir.

Bununla yanaşı, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon dollar olan "ATAGS" daşınan haubitsaları da tədarük ediləcək.

Maraqlıdır, Hindistanın Ermənistanı silahlandırmaqda məqsədi nədir? Erməniləri Qarabağda yeni müharibəyə hazırlaşdırırlar?

TEREF.AZ-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan son dövrlərdə Nikol Paşinyanın timsalında fərqli ritorika ilə çıxış edir:

“Faktiki olaraq, sülh danışıqlar masasından geri çəkiliblər. Paşinyan 2022-ci ilin oktyabrında Praqa və bu ilin mayında Brüsseldə ölkəmizin ərazi bütövlüyünü tanıdığını, eyni zamanda Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etmişdi.

Amma Paşinyan bir neçə gün öncə qondarma rejimin “müstəqilliyini” təbrik etdi və Azərbaycana demədən ora “humatinar yardım” göndərməklə “şou” həyata keçirdi. Yəni atdığı hər iki addımla və son dövrlərdəki ritorikası ilə sülh masasından çəkildiyini, mövqeyini 180 dərəcə dəyişdiyini nümayiş etdirməkdədir.

Bu isə hərbi eskalasiyaya aparan yoldur. Təbii ki, bu vəziyyət sonsuza qədər davam edə bilməz və Azərbaycanın da səbri tükənə bilər”.

O vurğulayıb ki, Ermənistan da fərqindədir ki, sülh müqaviləsi imzalanmayacaqsa, hərbi qarşıdurma yaşana bilər:

“Üstəlik, Ermənistana dəstək verən güclər də onları silahlandırmağa davam edir. Təəssüflər olsun ki, Hindistan bu prosesdə aktiv rol oynayır.

Həmçinin, İran, Fransa, Kanada və digər dövlətlər də Ermənistanı silahladırmağa davam edir. Hindistan bu məsələdə erməni mövqelərindən çıxış edir. Hindistanın Ermənistanı silahlandırması, rəsmi Dehlinin burada iqtisadi maraqlarının olduğunu göstərir”.

Partiya sədri əlavə edib ki, Ermənistan çalışır ki, hər hansısa hərbi eskalasiya olarsa, Azərbaycana müqavimət göstərə bilmək üçün özünə mövqe formalaşdırsın:

“Lakin bu da mümkün ola məsələ deyil. Azərbaycan da hərbi sahəyə kifayət qədər ciddi diqqət ayırır. Hərb sənayesinə və orduya ayrılan vəsaitlərin də əvvəlkindən daha artıq olduğunu nəzərə almaq lazımdır. Belə bir deyim var ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan.

Azərbaycan regionun ən güclü ordusuna malikdir. Ermənistanın silahlanmasına rəğmən, ordusu 2 il bundan əvvəl Azərbaycan Ordusu tərəfindən darmadağın edilib. İndi də Azərbaycan Ordusuna hərbi müqavimət göstərmək imkanlarına malik deyil.

Əslində, ermənilərin silahlanması bölgədə sülhün və sabitliyin mövcudluğuna təhdiddir”.

Dünyapress TV

Xəbər lenti