"HƏMAS ilə atəşkəsdən sonra İsrail hərbçiləri dərhal Qəzza zolağına zərbələr endirməyə qayıdacaq".
APA-nın “The Times of Israel” nəşrinə istinadla verdiyi məlumata görə, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib.
Halevi bildirib ki, atəşkəs və girov razılaşması İsrail ordusunun HƏMAS üzərində təzyiqi olmadan baş tutmayacaqdı.
“Biz bütün girovları qaytarana qədər bu səyləri dayandırmaq niyyətində deyilik, istəmirik və buna hazır deyilik... Onları geri qaytarmaq bizim mənəvi borcumuzdur”, - general vurğulayıb.