Ardını oxu...
İsrail Hərbi Hava Qüvvələrinin ehtiyatda olan 37 qırıcı pilotundan ibarət qrup hökumətin təklif etdiyi məhkəmə islahatına etiraz etmək üçün bir günlük döyüş təlimini buraxacaqlarını açıqlayıb.

“Çərşənbə günü, martın 8-də biz demokratiya və xalqın birliyi naminə vaxtımızı düşünməyə həsr edəcəyik və buna görə də həmin gün əməliyyat tədbirləri istisna olmaqla, təlimlərə qatılmayacağıq. Həftənin qalan hissəsində planlaşdırılmış şəkildə növbətçiliyə riayət edəcəyik”, - məktubda yazılıb.

Bildirilib ki, etirazçılar ABŞ Hərbi Hava Qüvvələrinin F-15 qırıcılarını idarə edən 69-cu eskadronu təmsil edirlər.

Xatırladaq ki, baş nazir Benyamin Netanyahu və onun sağ koalisiyasının noyabrın 1-də keçirilən milli seçkilərdə qalib gəlməsindən sonra məhkəmə islahatları İsraildə qızğın müzakirələrə səbəb olub. Kütləvi etirazlar az qala hər axşam Təl-Əvivdə, eləcə də Qüdsün Knesset və Ali Məhkəmə olan rayonlarında keçirilir.

Mənbə: rossaprimavera.ru
 
Ardını oxu...
İranın Əfqanıstanla sərhədində silahlı toqquşma baş verib.
Bu barədə Əfqanıstanın Nimroz əyalətindəki mənbələrə istinadən "Aamaj News" agentliyi məlumat yayıb.

Atışma zamanı tərəflər müxtəlif növ silahlardan istifadə ediblər. Münaqişənin səbəbi hələlik məlum deyil.

Zərərçəkənlər barədə məlumat verilmir.

İran tərəfi sərhəddə baş verən toqquşmalara münasibət bildirməyib.

Əfqanıstanın "Haşt-e Subh" qəzetinin Nimroz əyalətindəki mənbələrə istinadən verdiyi məlumata görə, İran sərhədçiləri ilə "Taliban" arasında silahlı toqquşmalar davam edir. Toqquşmalar daha əvvəl, 2021-ci ilin dekabrında, eləcə də 2022-ci ilin iyulunda da qeydə alınıb.

Bu il fevralın sonlarında "Taliban" bir iranlı sərhədçini əsir götürüb və danışıqlardan sonra geri qaytarıb.
 
Ardını oxu...
Ermənistan Hindistandan artilleriya mərmiləri alıb.

Məlumata görə, söhbət 155 mm-lik mərmilərdən gedir.

Bildirilir ki, Ermənistan tərəfi qeyd olunan kaliberdə 21600 ədəd mərmi əldə edib.

Vurğulanır ki, sursatların tədarükünün 2024-cü ilin sentyabrına qədər başa çatması planlaşdırılır.

Mənbə: alphadefense.in
 
Ardını oxu...
Ukrayna 2023-2025-ci illər üçün BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) Rəhbərlər Şurasına öz namizədliyini irəli sürmək niyyətindədir. Mütəxəssislərlə razıyam ki, bir il əvvəl, Çernobıl və Zaporojye atom elektrik stansiyaları ələ keçirilən zaman dərhal Rusiya Federasiyasına təzyiqi artırmaq lazım idi. Amma atom obyektlərinin tutulmasının ilk günlərində nədənsə belə qərarlar yox idi. Buna görə də, Ukraynanın Energetika Nazirliyinin rəhbərliyinə, “Energoatom” rəhbərliyinə və Dövlət Nüvə Tənzimləmə Qurumuna kifayət qədər suallar var.

Bir il əvvəl də bizim nümayəndəmizi MAQATE Şurasına daxil etmək mümkün idi. Bunun niyə baş vermədiyinə dair bir çox fikir var: “Energoatom”dakı rus izindən tutmuş hakimiyyətin hərəkətsizliyinə qədər... Zaporojye Atom Elektrik Stansiyası bir ilə yaxındır ki, işğalçılar tərəfindən ələ keçirilib və bu gün də rusiyalı Çudakov MAQATE-nin baş direktorunun cənab Qrossinin müavinidir. Beləliklə, indi biz MAQATE-nin Rəhbərlər Şurasında nüfuz sahibi olan rusların mövqeyini birtəhər dəyişdirə bilərikmi, bu başqa sualdır. Üstəlik, Ukrayna nümayəndəsini Agentliyin Şurasına daxil etmək üçün MAQATE-nin sentyabrda keçiriləcək Baş Assambleyasını gözləmək lazım gələcək.

Təbii ki, liderlər korpusunda, Şurada Ukrayna nümayəndəsinin olması bizim üçün vacibdir. O, bizə lazım olan məsələləri gündəmə gətirə biləcək. Müvafiq nazirliyin rəhbərinin fikrincə, bu, Ukraynanın beynəlxalq aləmdə rolunu gücləndirə biləcək. Ancaq etiraf etmək lazımdır ki, bir nümayəndə MAQATE-nin fəaliyyətinə real təsir göstərə bilməyəcək.

Məsələ ondadır ki, MAQATE missiyasının yalnız texniki mandatı var, yəni onlar yalnız nüvə materialının yayılmaması, nüvə enerjisindən təhlükəsiz istifadə, eləcə də radioaktiv tullantıların, sərf olunmuş nüvələrin təhlükəsiz idarə olunması məsələlərinə cavabdehdirlər. Və yalnız bu məsələlərə baxa bilirlər. Yəni MAQATE missiyasının nə hərbi, nə də siyasi mandatı var. Yalnız BMT-nin “mavi dəbilqə”lərini təqdim edə bilən BMT Təhlükəsizlik Şurası belə mandata malikdir.

MAQATE-nin baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasına hesabat verərkən hansısa təhlükəsizlik qətnaməsini və ya AES-də təhlükəsizlik zonasının tətbiqini irəli sürməyə çalışarkən, hər hansı bir fikir Rusiya Federasiyasının vetosu ilə üzləşir. Yəni Rusiya Federasiyası BMT-nin daimi üzvü olduğu üçün beynəlxalq ictimaiyyətin bu nüvə terrorizmi ilə bağlı nəsə etmək cəhdlərinə veto hüququndan istifadə edir.

Və MAQATE-nin baş direktoru nəsə etməyə çalışsa da, ruslar ona “diplomatik yolla” imkan vermirlər. Yəni MAQATE-nin heç bir konvensiyası və Nüvə Terrorçuluğu Aktlarına Qarşı Mübarizə Konvensiyası Rusiyanı dayandırmır. Ancaq bu, imtina etməli olduğunuz demək deyil. Yaponiya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa kimi güclü nüvə sənayesi kompleksinə və güclü atom elektrik stansiyalarına malik olan ölkələrin Rusiya Federasiyasına qarşı güclü dəstəyini toplamaq lazımdır. Bu cür dövlətlərin ruslara təzyiqi işə yaraya bilər.

Digər təzyiq mexanizmi Rusiya iqtisadiyyatının əsas qüvvələrindən biri olan “Rosatom”a qarşı sanksiyaların tətbiqi ola bilər. Artıq bir ildir ki, bu sanksiyaları gözləyirik. Bu arada, "Rosatom" Zaporojye AES-də mümkün fəlakətlə dünyanı manipulyasiya etməyə və qorxutmağa davam edir.

Müəllif: Qriqori Plaçkov – Ukrayna Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinin sabiq sədri

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur
Ardını oxu...
İkinci Qarabağ müharibəsində ölən erməni hərbçilər haqqında dəhşətli faktlar üzə çıxıb.

Teref.Az erməni mediasına istinadla xəbər verir ki, 44 günlük müharibədə ölən Sasun Petrosyanın atası məhkəmədə deyib.

Bu gün İrəvanda hakim Con Ayrapetyanın sədrliyi ilə hərbi hissələrdən birinin batalyon komandiri, müvəqqəti və kiçik zabitlərin rəisi İşxan Vahanyanın işinin istintaqı davam etdirilib.

44 günlük müharibədə həlak olan əsgərlərin yaxınları da iclas zalında olub.

Qeyd edək ki, İşxan Vahanyan 2020-ci ildə ictimai təhlükəli əməlləri törətməkdə ittiham olunur. O, oktyabrın 9-dan “müdafiə ordusu”nun 5-ci atıcı taborunun komandiri vəzifəsinə təyin olunub. Mayor rütbəsi ilə xidmətinə görə həmin taborun müvəqqəti və kiçik zabitlərinin bilavasitə rəisi olub.

“Oğlumla danışanda mənə dəhşətli faktlar dedi. Oğlumun dediyinə görə, yüksək rütbəli hərbçi onlara yaralıları öldürməyi əmr edib.

“Bizə deyir ki, yaralıların başına vurun, uçsunlar”, zabit deyib. Onun general olub-olmadığını, kim olduğunu dəqiq deyə bilmərəm. Çünki oğlum dəqiq kim olduğunu demədi, bunu deyən yüksək rütbəli hərbçi olub.

“Uşaqlar mühasirəyə alındığından təbii ki, zabitləri, komandirləri günahlandırdılar. Bəs kimi günahlandırsınlar? Tağım komandirindən tutmuş PB komandirinə qədər oğlanlara xəyanət etdiklərinə görə cavab verməli olacaqlar”, – Petrosyan deyib. \\KONKRET.az
Ardını oxu...
Rusiyanın İL-76 MD hərbi-nəqliyyat təyyarəsi partlayıb.

“AzPolitika.info” xəbər verir ki, hadisə bu təyyarələrin istehsal olunduğu Ulyanovsk şəhərindəki "Aviastar" müəssisəsində baş verib. 72 tonluq təyyarənin fyüzelyaj bölməsinin sınaqları zamanı partlayış olub, nəticədə təyyarənin korpusu dağılıb. 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edək ki, son vaxtlar Rusiya və Belarus ərazilərində ukraynalı diversantlar ciddi şəkildə fəallaşıblar. Təyyarənin partladılmasının onlar tərəfindən həyata keçirildiyi istisna olunmur.
Ardını oxu...
“Rusiya Ukraynada hərbi əməliyyatları gücləndirməyə hazırlaşır. Hazırda Baxmuta yeni hücum davam edir, Rusiya hərbçiləri bu istiqamətdə çoxlu güc və vəsait sərf edirlər”.

Bu sözləri NATO Baş katibi Yens Stoltenberq Litvanın LRT telekanalına müsahibəsində deyib.

“Rusiya Ukraynanın müdafiə xəttinə Birinci Dünya müharibəsindən bəri görmədiyimiz sayda qoşun yığır”, - deyə baş katib bildirib.

Stoltenberqin sözlərinə görə, Moskva daim daha böyük müharibəyə və yeni hücum əməliyyatlarına hazırlaşır. Məhz bu məqsədlə ordu səfərbər olunur, silahlar alınır və istehsal olunur.

“Rusiya Federasiyası digər avtoritar rejimlərlə - İran və Şimali Koreya ilə əlaqələri gücləndirir, Belarus isə artıq uzun müddətdir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü üçün platformaya çevrilib”, - deyə o əlavə edib.
 
Ardını oxu...
Almaniya Ukraynaya iki ədəd hava hücumundan müdafiə sistemi verərək öz paytaxtını hücumlardan qorunmaz halda saxlayıb.

“Report” “Le Monde”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Rheinmetall” konserninin baş direktoru Armin Papperger bildirib.
Ətraflı
“Berlini müdafiə edə biləcək iki sistemimiz var idi, amma indi onlar Ukraynadadır”, - o deyib.

Onun sözlərinə görə, söhbət “Skynex” hava hücumundan müdafiə sistemindən və konsernin ən son məhsullarından olan özüyeriyən HHM sistemi olan “Skyranger”dən gedir. Almaniyanın paytaxtını qorumaq üçün 4 ədəd belə sistem kifayət edərdi.

Daha əvvəl Ukrayna xarici işlər naziri Dmitro Kulebanın “Rheinmetall”ın rəhbəri ilə görüşdüyü və Kiyev üçün tank, zirehli nəqliyyat vasitələrinin gələcək tədarükünü müzakirə etdiyi bildirimişdi. A.Papperger bu il Ukraynaya 20-25 “Leopard 1” tankı tədarük etməyə hazır olduğunu açıqlamışdı.
 
Ardını oxu...
ABŞ Nümayəndələr Palatasının komitə sədri, respublikaçı konqresmen Maykl Makkol Ukraynaya “F-16” hərbi təyyarələrinin verilməsi üçün Ağ evə təzyiq edəcəklərini deyib.

“AzPolitika.info” xəbər verir ki, Xarici İşlər Komitəsinin sədri və Ukrayna ilə birgə komissiyanın həmsədri olan Makkol “ABC News”-a açıqlamasında Ukraynaya lazımi anda lazımi silahların verilməsinin effekt verdiyini xüsusi vurğulayıb və bu baxımdan “F-16”-ların da istisna təşkil etmədiyini bildirib.

Makkol deyib ki, ABŞ Ukraynaya “F-16”-ları və uzaq mənzilli raketləri “həlledici anda və dönüş nöqtəsində” verə bilər: “Biz onlara istədikləri və doğrudan da istifadə etməyi bacardıqalrı silahları verəndə, onlar qalib gəlirlər. Bunu yubadanda isə məsələ uzanır və Putinin də istədiyi budur”.
Ardını oxu...
Fevralın 26-da Ukraynanın Donetks vilayətinin Avdiivka rayonunda Rusiyanın təyyarəsi vurulub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.

“Bu qələbəni yaxınlaşdıran hər kəsə təşəkkür edirəm, müvəqqəti işğal olunmuş ərazilərdə insanlarımıza kömək edən hər kəsə minnətdaram. İndi döyüşdə olan hər kəsə eşq olsun! Yeri gəlmişkən, mən bu gün Avdiivka yaxınlığında düşmənin daha bir təyyarəsini vuran 110-cu ayrı mexanikləşdirilmiş briqadanın uşaqlarına xüsusi minnətdaram”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Hərbi Hava Qüvvələri Komandanlığı və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurulan təyyarə ilə bağlı hələlik məlumat verməyib.
 

Dünyapress TV

Xəbər lenti