Ardını oxu...
Teref.az yazır ki, Azərbaycan Ordusunun topoqrafiya ixtisaslı zabiti polkovnik-leytenant Ağayev Vüqar Şümşad oğlu Laçın rayonu istiqamətində döyüş tapşırıqları üzrə vəzifələrini yerinə yetirərkən məlum olmayan səbəbdən (qeyri-rəsmi diaqnoz: ürəktutma) həyatını itirərək şəhid olub.
44 günlük Vətən Müharibəsi zamanı polkovnik-leytenat Vüqar Ağayev döyüş fəaliyyətlərinin planlaşdırılması və yerinə yetirilməsi zamanı göstərdiyi yüksək xidmətlərə görə müxtəlif orden və medallarla təltif edilmişdi.
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Çin Rusiyaya öldürücü hərbi yardım göstərmək qərarına gəlsə, “qırmızı xətti” keçəcək".

Publika.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Diplomat vurğulayıb ki, ABŞ Çinin sülhü qorumaq istəyi ilə bağlı bəyanatını alqışlayır, lakin Rusiyaya öldürücü silahların verilməsi ciddi nəticələrə səbəb olacaq qəbuledilməz mövqe kimi qiymətləndiriləcək.

Qrinfild qeyd edib ki, ABŞ Çinə öz rəqibi kimi baxır və onunla rəqabət aparmağa və müqavimət göstərməyə hazırdır. Diplomat milli maraqların qorunmasının ABŞ üçün prioritet olduğunu və onların müdafiəsi üçün tədbirlər görəcəklərini vurğulayıb.

ABŞ dövlət katibi Entoni Blinken də xəbərdarlıq edib ki, Çin vəziyyətin ciddiliyini və Ukraynaya qarşı müharibə üçün Rusiyaya silah ötürüləcəyi təqdirdə yarana biləcək nəticələri anlamalıdır.
 
Ardını oxu...
Şimali Koreya Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket atıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Renhap" agentliyi Cənubi Koreya ordusuna istinadən bildirib.

Məlumata əsasən, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) Komitəsi yerli vaxstla səhər saat 7:00-7:11 arasında Cənubi Pxenan əyalətindəki Sukçxon bölgəsindən iki qısa mənzilli raketin atıldığını qeydə aldığını bildirib:

"Monitorinq və ayıq-sayıqlığımızı gücləndirməklə, ordumuz ABŞ sıx əməkdaşlıq edərək hərbçilərimiz tam döyüş hazırlığını saxlayır".

Müəllif: Teleqraf.com
 
Ardını oxu...
“Ukraynaya döyüş tanklarının verilməsinin tərəfdarı olan ölkələr öz vədlərini yerinə yetirməli və tankları verməlidirlər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransında deyib.

“Belə tankları vermək iqtidarında olanların bunu indi etməsi lazımdır”, - o bildirib.

Bundan əvvəl “Die Welt” qəzeti Niderland və Danimarkanın Kiyevə “Leopard 2” tanklarının verilməsində iştirak etməyəcəyini yazıb.

Yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 “Leopard 2” tankı göndərəcəyini və digər ölkələrə bu texnikanın təkrar ixracına icazə verəcəyini təsdiqləyib.
 
Ardını oxu...
Tank tədarükünün mümkün qədər tez olacağı gözlənilir

"Niderland Almaniya və Danimarka ilə birlikdə Ukraynaya 100-dən çox “Leopard” tankı verəcək".

AYNA UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynada səfərdə olan Niderlandın Baş naziri Mark Rutte Prezident Volodimir Zelenski ilə görüşün yekununa dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynaya “Leopard2” tankları, həmçinin “Patriot” zenit-raket kompleksi və döyüş sursatları təhvil veriləcək.

Jurnalistlərin tankın tədarükü ilə bağlı sualına cavab olaraq hökumət başçısı bunun mümkün qədər tez olacağını deyib.

Xatırladaq ki, Mark Rutte fevralın 17-də Ukraynaya səfər edib.
 
Ardını oxu...
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən Rusiyanın “Auchan” hipermarketlər şəbəkəsi humanitar yardım adı altında Ukraynanın işğal olunmuş rayonlarında Rusiya hərbçilərini müxtəlif şəkildə təmin edir.

TEREF.AZ musavat.com-a istinadla xəbər verir ki, bunun bağlı “The Insider”, “Le Monde” və “Bellingcat” birgə məlumat yayıblar.

Baş ofisi Fransada yerləşən “Auchan” bir çox digər xarici şirkətlərdən fərqli olaraq müharibə başlayandan sonra Rusiyanı tərk etməyib. Araşdırma nəticəsində əldə olunan informasiyaya əsasən, Ukraynada döyüşən rus hərbçilərinə həm “Auchan”ın öz anbarlarından, həm də könüllülər tərəfindən mağazalar şəbəkəsinin ərazisində toplanan ərzaq Rusiya ordusuna göndərilib. Bundan əlavə, “Auchan” hərbi komissarlıqlara işçilərini səfərbər etməkdə köməklik edib. Halbuki şirkət məhz işçilərinin “qayğısına qaldığı” üçün Rusiya bazarını tərk etmək istəmədiyini bildirmişdi.

Araşdırma müəllifləri “Auchan” menecerlərinin yazışmalarını və bəzi sənədləri dərc ediblər. Məlum olub ki, “Auchan” tərəfindən qondarma humanitar yardım adı altında kişilər üçün nəzərdə tutulan ülgüc, paltar və hətta siqaret cəbhəyə göndərilib. Burada onlara icra orqanlarının strukturları ciddi kömək göstərib. Araşdırmada “Auchan”ın öz işçiləri haqqında məlumatları toplayıb hərbi komissarlıqlara ötürdüyü, səfərbərlik zamanı çalışanlara çağırış vərəqələrini birbaşa iş yerlərində çatdırdığı təsbit edilib. “Auchan”ın Rusiya rəhbərliyi məlumata şərh verməkdən imtina edib. Fransadakı mərkəzi ofis isə şirkətin siyasətdən kənar olduğunu və orduya heç bir dəstək vermədiyini söyləməklə kifayətlənib. Ukraynadakı “Auchan” isə araşdırmadan şoka düşdüklərini bildirib və mərkəzi ofisdən izahat tələb edib.

Qeyd edək ki, beynəlxalq standartlara görə, yalnız mülki əhaliyə göstərilən kömək humanitar yardım sayılır.
 
 
 
Ardını oxu...
Rusiyanın ilhaq etdiyi Krım yarımadasında hərbi hissədə partlayış olub.
Hadisə yarımadanın Armyansk şəhərində baş verib.
Rəsmi qurumlar hadisə ilə bağlı hələ açıqlama yaymayıb.
 
Ardını oxu...
Rusiya lideri Vladimir Putin bu həftə ərzində NATO-nun müdafiə nazirlərinin Brüsseldə keçirilməsi planlaşdırılan görüş öncəsi, iki nüvə silahı daşıya bilən təyyarəsini havaya qaldırıb.
Putinin əmriylə havalanan Tu-160 təyyarələri Norveç dənizi üzərində, Şotlandiyanın şimalındakı neytral ərazilərdə uçuçlar həyata keçiriblər.

Xəbərdə qeyd olunur ki, NATO-la sərhəddə baş tutan uçuşun müddəti 13 saat çəkib.
Daily Mail
 
Ardını oxu...
Ermənistanın Azərbaycanla sərhədində 15 alman polisi, 8 fransız jandarması patrulluq edəcək
Teref.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Avropa İttifaqının Azərbaycanla sərhəddə patrulluq eləmək üçün Ermənistana göndərəcəyi uzunmüddətli missiyanın tərkibində 15 nəfər alman polisi də olacaq. Bu Barədə açıqlamanı Almaniya hökumətinin mətbuat katibi Şteffen Hebeştrayt verib. O, bu qərarı AFR Nazirlər Kabinetinin verdiyini bildirib. Onun sözlərinə görə, missiyanın heyətində Aİ-nin müxtəlif ölkələrindən olan 100 nəfər polis olacaq.

Aİ missiyasına Almaniya federal polisinin zabiti başçılıq edəcək.

Bundan əvvəl verilən xəbərlərdə Avropa parlamentinin deputatı Natali Luazonun missiyanın 20 fevral tarixində işə başlayacağını və tərkibində 8 nəfər fransalı jandarmanın olacağını bildirmişdi.

Xatırladaq ki, Ermənistanın sərhədlərini Rusiya Sərhəd Xidməti qoruyur.
Ardını oxu...
Ukraynanın əks-hücum hərəkətləri ilə bağlı konsensus var: indi onları həyata keçirmək üçün alətlər əldə etmək qalır

Bu gün “Ramşteyn” formatında Əlaqə Qrupunun yeni iclası keçiriləcək. Amma məncə, bir çox qərarlar ənənəvi olaraq iclas zamanı deyil, bir gün əvvəl qəbul edilir. Yığıncaqlar yalnız bu qərarların təsdiqidir. Təkcə silah təminatı ilə bağlı deyil, həm də artıq bizə göstərilən yardımın auditi ilə bağlı suallar da həll olunur. Yəni bu cədvəldə nəyi dəyişdirmək, nəyi təkmilləşdirmək lazım olduğunu da təhlil edirlər.

“Ramşteyn” təmas qrupunun görüşü tərəfdaşların Ukraynaya dəstəyinin davamlı olduğunu nümayiş etdirir.

Silahların verilməsi ilə bağlı birbaşa qərarlara gəlincə, gündəlikdə üç məsələ var: aviasiya, 100 kilometr məhvetmə radiusuna malik uzaqmənzilli raketlər, eləcə də hava hücumundan müdafiə imkanlarımızın davamlı olaraq gücləndirilməsi. Və hər üç mövqe üzrə qərarların veriləcəyini gözləmək olar.

Biz artıq Ukraynaya 150 km və ya daha çox mənzilli raketlərin verilməsi barədə qərar haqqında eşitmişik, lakin daha çox ehtiyacımız var. Xüsusilə, ATACMS raketləri məsələsində. Həmçinin cəmiyyət indi təyyarə əldə etmək imkanı ilə bağlı aydınlıq istəyir. Xüsusilə də bu məsələlər Prezident Zelenskinin Avropaya səfəri zamanı əsas mövzulardan biri olub.

Xatırladaq ki, Ukraynaya təyyarələrin verilməsi məsələsi uzun müddətdir ki, müzakirə olunur. Tammiqyaslı müharibənin əvvəlindən Ukrayna öz tərəfdaşlarından səmanı bağlamağı xahiş etdi və təyyarənin bizə təhvil verilməsi məsələsi hələ 2022-ci ilin avqustunda gündəmdə idi. Ola bilsin ki, bu, məsələn, Ukraynaya tankların verilməsi kimi fəal şəkildə işıqlandırılmayıb, amma əslində təyyarələrlə bağlı müzakirələr yarım ildir ki, davam edir. Bu gün biz bu qərarın yekunlaşma mərhələsinə gəldik.

Aviasiya əldə etmək sürəti həm də pilotlarımızın təlim müddətindən asılıdır. Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı bildirir ki, pilotlarımıza təlim keçmək üçün təxminən altı ay vaxt lazımdır. Ona görə də Böyük Britaniyanın Baş naziri Rişi Sunak üç il lazım olduğunu deyəndə, Ukrayna Prezidenti zarafatla dedi ki, “biz sizə iki il yarım təcrübəsi olan pilotlar göndərəcəyik”.

Belə ki, yaxın vaxtlarda aviasiya ilə təmin olunması barədə qərar qəbul olunarsa, bu il Ukraynada ilk Qərb təyyarəsi peyda olacaq.

İndi təyyarələrin Ukraynaya verilməsi qərarını Avropa və Qərbin əksər ölkələri dəstəkləyir. ABŞ və Böyük Britaniyadan başqa, Polşa, Baltikyanı ölkələr və Hollandiyadan da dəstək var. Xatırladaq ki, Ukrayna təyyarələrin təhvil verilməsi xahişi ilə rəsmi olaraq Hollandiyaya müraciət edib.

Hətta Avropa Parlamentinin sədri Zelenskinin səfəri zamanı Ukraynaya ən qısa zamanda təyyarələrin verilməsinin vacibliyini qeyd edib. Bu gün keçiriləcək görüş ərəfəsində isə NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna üçün döyüş təyyarələrinin gözlənilməsinin mümkünlüyünü açıqlayıb. Yəni ki, Ukraynanın həqiqətən də bu məsələdə beynəlxalq dəstəyi var. Təbii ki, Ukraynaya təyyarələrin verilməsi ilə bağlı müəyyən ehtiyatları olan ölkələr var. Biz bilirik ki, bu, məsələn, silah təminatı ilə bağlı hər hansı qərar qəbul etməkdə çətinlik çəkən Almaniya ola bilər.

Bununla belə, biz tərəfdaşları bunun təkcə bizim ehtiyacımız olduğuna inandırmırıq. İlk növbədə, söhbət ondan gedir ki, bu, Qərbin hərbi doktrinalarına,hərbi əməliyyatların inkişafı və gedişi ilə bağlı ideyalarına uyğundur. Niyə? Hamı bilir ki, uğurlu əks-hücum əməliyyatları üçün ilk növbədə tanklar və zirehli texnika lazımdır. İkincisi, bizə artilleriya və uzaqmənzilli raketlər lazımdır. Artıq bu məsələ qismən həll olunub. Üçüncüsü, bu, aviasiyadır.

Bütün bunlar birlikdə uğurlu əks-hücum hərəkətlərinin açarıdır. Və mənim fikrimcə, Ukraynanın əks-hücum hərəkətləri ilə bağlı konsensus var. İndi onları həyata keçirmək üçün alətlər əldə etmək qalır.

Müəllif: Aleksandr Musienko - Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri

Mənbə: UNİAN

Müəllif: Ayna.az
 

Dünyapress TV

Xəbər lenti