“Ermənistan-Azərbaycan sərhədində eskalasiya riski sıfırdır“ - Paşinyan
Ermənistan-Azərbaycan sərhədində indi demək olar ki, eskalasiya riski sıfırdır.

APA xəbər verir ki, bu barədə Ermənistanın baş naziri ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

Paşinyan bildirib ki, sərhəddə heç bir gərginlik yoxdur.

Baş nazir bildirib ki, nə Ermənistan, nə də Azərbaycan tərəfində qoşunların cəmləşməsi yoxdur.

Dünyapress TV

Xəbər lenti