HƏMAS bu qədər silahı necə topladı və İsrailin hansı silahları var
İsrail-HƏMAS toqquşması 6-cı günündədir. Ötən şənbə günü İsrailə hücum başladıqdan sonra minlərlə raket, çoxsaylı pilotsuz uçuş aparatı və saysız-hesabsız kiçik silah və sursatdan istifadə edilib.

İsrailin hava və dəniz blokadası altında olan bölgə ciddi nəzarət altında saxlanılıb. Bu, ağlıllara belə bir sual gətirir: HƏMAS bu böyüklükdə hücumu həyata keçirmək üçün kifayət qədər silahı necə toplayıb?
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697122511_1.png
Ölkə.Az xəbər verir ki, ABŞ-nin CNN telekanalı bu mövzuda diqqətçəkən təhlil dərc edib.

Hücum iki tərəfdən İsrail, bir tərəfdən Misirlə əhatə olunan 360 kvadrat kilometrlik Qəzzada başlayıb. Bu, az resursları olan və təxminən 2,5 milyon əhalisi olan kasıb bir bölgədir.

ABŞ ünvan kimi İranı göstərir

CNN bu suala cavab verir: hiyləgərlik, improvizasiya, əzmkarlıq və xaricdəki xeyriyyəçilər.

ABŞ və İsrail HƏMAS hücumunun arxasında İranın olduğuna dair heç bir dəlil tapa bilməsələr də, CNN-də aparılan təhlildə İranın HƏMAS-ın ən mühüm hərbi dəstəkçisi olduğu və Aralıq dənizi blokadasından qaçan gizli transsərhəd tunellər və qayıqlar vasitəsilə bölgəyə silah göndərildiyini iddia edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697122555_1.png
HƏMAS-ın silah istehsal edən fabrikləri

ABŞ Hərbi Hava Qüvvələri üçün Yaxın Şərq məsələlərinə dair təhlillər hazırlayan Denver Universitetindən Aaron Pilkinqton hücumun miqyasına diqqət çəkərək bildirib ki, bu, HƏMAS-ın uzun müddətdir, həm qaçaqmalçılıq, həm də istehsal yolu ilə öz arsenalını inkişaf etdirməsi deməkdir.

HƏMAS-ın yüksək rütbəli rəsmisi Əli Barakə də bu iddianı təsdiqləyən açıqlamalar verərək sözügedən hücuma 2 ildir, hazırlaşdıqlarını bildirib.

Baraka "Russia Today"in ərəb xəbər kanalı "RTArabic"ə müsahibəsində HƏMAS-ın silah istehsalı ilə bağlı təfərrüatları bölüşüb:

"250 km, 160 km, 80 km və 10 km mənzilli raketlər üçün yerli zavodlarımız var. Bizim minaatan və güllə zavodlarımız var, Kalaşnikov və onların güllələri üçün zavodlarımız var. Ruslardan aldığımız icazə ilə güllə istehsal edirik. Biz bunları Qəzzada tikirik".

Hücumdan əvvəl göndərilən kripto pullar

İngilis "Telegraph" qəzeti hücumun maliyyələşdirilməsini təhlil edərkən, böyük hücumdan bir neçə ay əvvəl HƏMAS-a milyonlarla dollar dəyərində kripto pul göndərildiyini iddia edib.

Analitiklərin fikrincə, 2023-cü ilin birinci yarısında HƏMAS-ın nəzarətində olan kriptovalyuta hesablarına 134 milyon dollardan çox vəsait köçürülüb. "Wall Street Journal"ın açıqladığı rəqəmlərə görə, HƏMAS son 18 ayda təxminən 41 milyon dollar kriptotoken toplayıb.

HƏMAS-ın qlobal maliyyə sanksiyalarından xilas olmaq üçün kriptovalyutalardan istifadə etdiyini yazan "Telegraph" qəzeti İsrailin hücumdan sonra HƏMAS-ın kripto hesablarını dondurduğunu xatırladıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697122514_2.png
İsrailin hansı silahları var?

Britaniyanın "SkyNews" telekanalı İsrailin hansı silahlara sahib olduğunu araşdırıb.

Professor Maykl Klark "SkyNews"a bildirib ki, İsrail ordusunun çoxlu sayda tankı və zirehli texnikası var və bunlar döyüş meydanında əsl fərq yarada bilər.

İsrailin istehsal etdiyi "Merkava" tankı Almaniyanın "Leopard 2" döyüş tankına bənzəyir. Dörd ekipaj üzvünün maksimum müdafiəsini təmin etmək üçün ağır ön zirehlərə sahib olan "Merkava" 120 mm-lik əsas topla yanaşı, ikinci dərəcəli silahla təchiz olunub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697122648_1.png
Hava gücü baxımından da çox güclü olan İsrail öz “Kfir” döyüş təyyarələrindən istifadə edir. Hərbi-hava qüvvələrinin ABŞ-dən tədarük etdiyi çoxlu sayda qabaqcıl “F-35” döyüş təyyarələri də var.

Yüksək texnologiyalı, innovativ perspektivi mənimsəyən hava qüvvələri tez-tez dron texnologiyasından istifadə edir.

Dünyapress TV

Xəbər lenti