Ardını oxu...
Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu iddia edilən “RaHDit” (Evil Russian Hackers) haker qrupu Krım körpüsünə son hücumda Türkiyədə fəaliyyət göstərən “Palmali” şirkətlər qrupuna məxsus və Azərbaycan Ordusunun şəhidlərindən birinin adını daşıyan tankerin əlinin olduğunu iddia edib.

Teref.az bildirir ki, haqqin.az saytının dünən gecə yayımladığı məqalədə belə deyilir. Məqalədə həmçinin xatırladılır ki, haqqında söhbət gedən tanınmış gəmiçilik şirkətinin sahibi Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovdur.

Sayt yazır ki, hakerlərin fikrincə, nəzəri cəhətdən pilotsuz kamikadze dronları iki tankerdən buraxıla bilərdi: “Beks Loyal” və “Xudayar Yusifzadə”, çünki hücumdan bir neçə gün əvvəl onlardan biri Novorossiyskdən 100 kilometr uzaqda, ikincisi bir az cənubda olub və sonradan hər iki gəmi dənizdə qarşılaşıb.
Ardını oxu...
“Beks Loyal” və “Xudayar Yusifzadə” tankerləri müvafiq olaraq Marşal Adaları və Liberiyanın bayraqları altında üzürlər və Malta ilə Yunanıstan limanlarında qeydiyyatdadırlar

Hakerlər Krım körpüsünə hücum üçün pilotsuz uçuş aparatlarının məhz bu vaxt bir tankerdən digərinə yükləndiyini ehtimal edirlər. RaHDit onu da qeyd edib ki, ola bilsin ki, kamikaze dronlarını idarə etmək üçün Krım körpüsünün birbaşa görünmə zonasında drift üzərində dayanan başqa bir gəmidən istifadə edilib.

“Beks Loyal” və “Xudayar Yusifzadə” adlı tankerlər müvafiq olaraq Marşal Adaları və Liberiya bayraqları altında üzür və Malta və Yunanıstan limanlarında qeydiyyatdadırlar.

İnternetdə ən populyar və ən çox istifadə olunan gəmi izləmə sistemlərindən biri olan Marine Traffic-in məlumatına görə, “Xudayar Yusifzadə” adlı tanker iyulun 5-də İzmail (Ukrayna) limanını tərk edərək iyulun 18-də Elefsis (Yunanıstan), “Beks Loyal” isə Tuzla (İstanbul, Türkiyə) limanını tərk edərək, iyulun 13-də Konstana limanına (18 iyul) çatıb. “Xudayar Yusifzadə” tankeri Palmali Gemicilik ve Acentelik AS (Palmali Shipping & Agency) qrupuna, “Beks Loyal” gəmisi isə Owner Beks Shipmanagement & Trading A.S.-ə məxsusdur.
Ardını oxu...
Hakerlərin bəyanatı rəsmi dövlət agentliyi olan RİA Novosti də daxil olmaqla, çoxsaylı Rusiya KİV-ləri tərəfindən yayılıb.

Gəminin məxsus olduğu “Palmali Shipping & Agency” şirkəti gəmisinin Krım körpüsünə mümkün hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edib.

“RİA Novosti”nin yaydığı bəyanatda şirkət rəhbərliyi Krım körpüsünün sütunlarından birinin partlaması zamanı “Xudayar Yusifzadə” gəmisinin göstərilən ərazidən kənarda olduğunu təsdiqləyib.



Verilən məlumata görə, “Xudayar Yusifzadə” adlı tanker yüklənmək üçün Rostov-Don limanına gedirmiş. Lakin Kerç boğazında gəmilərin yığılması səbəbindən tankerin Rusiya sərhəd xidməti tərəfindən gömrük yoxlamasının gözləməsi gecikib, buna görə gəminin kirayəçisi müqaviləni ləğv edib və tanker yeni yük sifarişi ilə Elefsis limanına (Yunanıstan) istiqamət alıb.
Ardını oxu...
Gəminin məxsus olduğu “Palmali Shipping & Agency” şirkəti gəmisinin Krım körpüsünə mümkün hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edib

“Beks Loyal” tankerinin sahibi olan Beks Ship Management And Trading S.A.-nın əməliyyatlar rəhbəri Efre Tunali Rusiya mətbuatına bildirib ki, onların gəmisi də hücum yerindən uzaqda olub.

“Dəniz Hərəkəti sistemindən aydın olur ki, hadisə baş verən zaman bizim tanker Krım körpüsündən 100 dəniz mili uzaqlıqda olub”, - Tunali bildirib. - Tankerin əvvəlki icarəçisi də, indiki də Rusiya vətəndaşıdır. Biz yalnız Rusiya mallarını daşıyırıq və buna görə də gəmimizin adının Krım körpüsünə hücumla bağlı hallanmasından çox narahatıq”.
 
Ardını oxu...
Rusiya hərbçiləri Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxlanıldığı terminalı atəşə tutub.

Teref.az UNİAN-a istinadən xəbər verir ki, hücum “Kalibr” raketləri ilə həyata keçirilib.

Bildirilib ki, işğalçılar 100 ton noxud və 20 ton arpa məhv ediblər.

Partlayış nəticəsində iki nəfər yaralanıb.

Qeyd edək ki, ruslar üçüncü gecədir ki, Odessa vilayətinə hücuma keçiblər.

 
 
 
Ardını oxu...
ABŞ-ın "Boeing B-52H Stratofortress" strateji bombardmançı təyyarələri müttəfiq ölkələrlə birgə Estoniya üzərində təlim uçuşları aparıb.

APA xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bombardmançıların sayı barədə məlumat yoxdur.

Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, Birləşmiş Ştatlar mütəmadi olaraq belə təlimlər keçirir, onlar müttəfiqlərin bütün dünyada potensial böhranlara cavab verməkdə qarşılıqlı fəaliyyətini yaxşılaşdırır.
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu çərçivəsində Ukraynaya 2027-ci ilə qədər ildə 5 milyard avro məbləğində hərbi təchizat məqsədilə xüsusi mexanizm yaratmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Biz Ukraynaya hərbi yardım üçün xüsusi xətt yaratmağı təklif etdik: növbəti 4 il ərzində ildə 5 milyard avro. Bu, eyni alət, Avropa Sülh Fondu çərçivəsindədir, lakin indi bu, xüsusi xətt olacaq”, - o bildirib.
 
Ardını oxu...
Rusiyanın “Vaqner” özəl şirkətinin təsisçisi Yevgeni Priqojin muzdlula döyüşçülərin Belarus ərazisinə gəldiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Priqojin muzdlulaların qarşısında çıxış edib.

Priqojin döyüşçüləri Belarusa gəlişləri münasibətilə təbrik ünvanlayıb:

“Biz şərəflə döyüşdük, siz Rusiya üçün çox şey etdiniz. Qərara alındı ​​ki, özümüzü tam sübut edə biləcəyimiz anı gözləmək üçün bir müddət Belarusda olaq”, - deyə o bildirib.
 
Ardını oxu...
Belarusdakı istifadəsiz Tsel düşərgəsinə “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri daxil olub.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, ötən gün bununla bağlı yeni görüntülər yayılıb.

Bildirilib ki, Belarusun cənubundakı həmin düşərgəyə onlarla avtomobil daxil olub.

Əldə olunan məlumata görə, Tselə 100 avtomobil və 600-ə yaxın canlı qüvvənin getdiyi bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl də Rusiyanın müttəfiqi olan Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner"in hazırda ölkə daxilindəki düşərgələrdə olduğunu bildirib.

Qeyd edək ki, Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin iyun ayında döyüşçü yoldaşları ilə birlikdə Rusiya administrasiyasına qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

Priqojin Belarusa getdikdən sonra “Vaqner”in ölkədə məskunlaşmasını təklif edən Lukaşenko Belarus ordusunun “Vaqner” döyüşçülərinin təcrübəsindən yararlana biləcəyini bildirmişdi.
Ardını oxu...
 
Ardını oxu...
İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
 
Ardını oxu...
Müdafiə Nazirliyinin "Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasında ərzaq məhsullarının müayinəsi, Azərbaycan Ordusunun Kinologiya Mərkəzində və Quru Qoşunların tabeliyində olan hərbi hissələrdə saxlanılan xidməti itlərin sağlamlıqlarının qorunması məqsədilə qidalı mühitlərin, reaktivlərin, tibbi ləvazimatların və dərman preparatlarının satın alınması" tenderi ləğv olunub.

DİA.AZ xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

Hər halda MN-nin tenderlərində iştirakçı sayının az olması kifayət qədər şübhəli məsələdir. Görünür, burada monopoliya olduğundan şirkətlər hətta ilkin rəqabətə belə maraq göstərmirlər.
 
Ardını oxu...
"Vaqner" özəl hərbi şirkətin əsgərləri Krasnodardakı otellərin əksəriyyətini zəbt ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Astra” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, vaqnerçilər Krasnodardakı otelləri avqusta qədər bron ediblər və orada istirahət edirlər. Ancaq özlərini vəhşi kimi aparırlar: otel otaqlarını sıradan çıxarır, öz aralarında və otel işçiləri, o cümlədən sakinlərlə vaxtaşırı dava-dalaş salırlar.

Bildirilir ki, Milli Qvardiya bu gün səhər otellərdən birinə gəlib, çünki özəl hərbi şirkətin döyüşçüsü otel işçisinə hücum edib.

“Səhər bizdə Milli Qvardiyanın üç maşını var idi, vaqnerçilərdən biri otel işçisini az qala boğacaqdı. Ondan pul oğurlandığını düşünürdü, amma pul otaqdakı seyfdən çıxdı. Onlar dəhşətli dərəcədə pintidir, birbaşa çarpayıya “tualet etdikləri” də olur. Onlar səhər 7-dən gecəyə qədər içirlər”, - otellərdən birinin əməkdaşı deyib.
Ardını oxu...
Qərb Ukraynadakı hərbi münaqişədən yorulur.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın istefada olan vitse-marşalı Şon Bell deyib.

"Qərbin Ukraynaya silah tədarükü getdikcə çətinləşir, risklər və xərclər də artır. Müharibə yorğunluğu yavaş-yavaş gəlir və biz bəzi həqiqətlərin, bəzi tələlərin indi üzə çıxdığını görürük", - o bildirib.
 

Dünyapress TV

Xəbər lenti